Modern.az

Göygölün istirahət məkanlarında polis reydləri... (FOTOLAR)

Göygölün istirahət məkanlarında polis reydləri... (FOTOLAR)

Təhsil

1 Avqust 2011, 12:56

Göygöl rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları istirahət mövsümünün başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
Modern.az saytının Qərb bölgəsi üzrə əməkdaşı xəbər verir ki, qanun keşikçiləri Göygöl rayonunun ərazisindən keçən Gəncə-Daşkəsən və Gəncə-Hacıkənd yolunda yol-nəqliyyat qaydalarını pozan sürücüləri müəyyənləşdirmək üçün mütamadi reydlər keçirirlər.
Reyd zamanı ən çox aşkarlanan qayda pozuntuları arasında avtomobillərin qeydiyyatı, texniki baxışı, habelə sürücülərin sənədlərinin qaydasında olmaması halları çoxluq təşkil edib.
Yol polisi bölməsinin keçirdiyi reyddə əraziyə istirahət məqsədilə gəlib sərxoş halda qayıdanlara da rast gəlinib. Bununla yanaşı, yol polisləri sərt döngəli dağ yollarında sürət həddini aşaraq həm özləri, həm də digərləri üçün təhlükə yaradan sürücülər haqqında da inzibati tədbirlər görür.

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Vüqar Hüseynov Modern.az-a istirahət mövsümündə Göygöl ərazisinə gələn sərnişinlərin təhlükəsizliyini təmin etmək və yol nəqliyyat hadisələrinin qarşısına almaq  məqsədilə belə reydlərin artırıldığını bildirib. Qaydaları pozduqlarına görə, cərimələnənlər arasında polisə etiraz edənlər, hətta əmrə tabe olmaq istəməyənlər də olub.

Qeyd edək ki, reyd zamanı yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozan onlarla sürücünün abtomobilləri cərimə meydançasına aparılıb.





Xaliq Qurbanlı
Gəncə

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü