Modern.az

Türk Birliyi yaradılır - Təşəbbüskar Türkiyədən Modern.az-a DANIŞDI  

Türk Birliyi yaradılır - Təşəbbüskar Türkiyədən Modern.az-a DANIŞDI  

14 Mart 2018, 15:27

Türk Dünyası Parlamentarilər Birliyin sədri Nail Çələbi ötən gün Ankarada Türk dünyası jurnalistləri ilə görüşündə  “Avropa Birliyi kimi bir Türk Birliyinin qurulması artıq şərtdir. Türk Birliyi olsaydı  Türkiyə indi bu qədər yalnız olmaz, söykənəcək bir dayağımız olardı” deyib. 


O, belə bir birlyinin qurulması istiqamətində fəaliyyətə başladıqlarını bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan Nail Çələbi deyib ki, bütün Türk cumhuriyyətlərindəki dostları ilə, siyasətçilərlə görüşlər keçirilir, Türk Birliyinə ehtiyac olduğu vurğulanır.


“Bütün bu məsələləri izah etdikdən sonra onlar da müsbət qarşılasalar, ilk addımları atacağıq. Amma bununla bağlı hər hansı bir tarix deyə bilmirəm. Birliyin qurulmasına Azərbaycandan müsbət cavab gələcəyinə əmin olsaq da, Özbəkistan və Türkmənistan haqda bunu deyə bilmərik. Ona görə bu dövlətlərin hamısında görüşlər keçirəndən sonra ortaq qərar nədirsə, o nöqtədə birləşərək bu birliyin təməlini  qoymuş olacağıq. Fikrimiz, məqsədimiz, tələbimiz budur. Türk Birliyinin məqsədi Avropa Birliyi, Ərəb Birliyi necə formalaşıbsa, onun bənzəri bir təşkilatlanmaqdır.
Dolayısıyla Türk Birliyi Avropa Birliyinin bir başqa modeli olaraq düşünülür. Mənim fikrimcə, Bu təşkilatın içində mədəni, iqtisadi birliklərlə yanaşı, hərbi güc birliyi də formalaşmalıdır. Biz Azərbaycanla qardaşıq, belə bir sıxıntımız yoxdur, digərləri ilə isə təməl yoxdur. Bu təməli formalaşdıracaq bir birlik olarsa, Türkiyə və Türk dünyası bir bütün şəklində çox böyük olar və heç kimə möhtac qalmaz, kimsə bizə baş qaldıra bilməz, bizim də heç kimlə işimiz olmaz. Türkiyə bu gün İraqda, İranda, Suriyada və başqa yerlərdə müxtəlif sıxıntılar yaşayır. Kənar güclərin hədəfi Türkiyəni sıxıntıya salmaqdır, üzvü olduğmuz NATO belə Türkiyəyə dəstək göstərmir. Biz deyirik ki, özümüz birlik yaradaq və heç kimə möhtac olmayaq. Öz-özümüzə dəstək olaq”.


N.Çələbinin sözlərinə görə, Türk Birliyinin yaranması üçün ortaq dilin olması vacibdir.

“Həmı öz dilini bilsin, amma hər kəsin danışa biləcəyi bir türk dili olsun. Mənim fikrimcə, Türkiyə türkcəsi hamımıza uyğun bir türkcədir. Əgər ortaq dili istifadə edə bilsək, əlaqələrimizi inkişaf etdirməkdə heç bir çətinliyimiz olmaz. Azərbaycanla problemimiz yoxdu, Qırğızıstan və Qazaxıstanla nisbətən anlaşa bilirik, amma digərləri ilə problem yaşayırıq. Nəyə görə türklər bir-biri ilə rusca danışmalıdır? Ortaq dilimiz olsa, daha da yaxşı inkişaf edərik. Yavaş-yavaş digər türk ölkələrində də latın əlifbasına dönüş başladı, bu proses nə qədər sürətli gedərsə,  məqsədimizə o qədər tez çata bilərik. Bütün bunları görüşlərimizdə müzakirə edəcəyik”.


Müsahibimizin sözlərinə görə, hazırkı dövrdə  Türk Birliyinin yaranmasına ümid var.

“Biz bu yolda əlimizdən gələni edəcəyik, gücümüz çatdığı qədər mübazirə aparacayıq. Bu bir dövlət siyasətidir. Ona görə biz buna siyasi şəkil vermək istəyirik. Bu məsələ mənim deyil, dövlət başçıları səviyyəsində həll olunmalıdır. Ümid edirik ki, bu yolda uğur qazanacağıq”.

 


N.Çələbi deyib ki, bu zamana qədər Türk Birliyinin yaranmamasına səbəb əlaqələrin aşağı səviyyədə olmasıdır.

“Bizi sevməyən dövlətlər var, biz ilk olaraq özümüz özümüzü sevməliyik. Ondan sonra bütün işlərimiz qaydasına düşəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu