Arxiv
14 mart 2018, 15:27 | AKTUAL
Türk Birliyi yaradılır - Təşəbbüskar Türkiyədən Modern.az-a DANIŞDI  

Türk Dünyası Parlamentarilər Birliyin sədri Nail Çələbi ötən gün Ankarada Türk dünyası jurnalistləri ilə görüşündə  “Avropa Birliyi kimi bir Türk Birliyinin qurulması artıq şərtdir. Türk Birliyi olsaydı  Türkiyə indi bu qədər yalnız olmaz, söykənəcək bir dayağımız olardı” deyib. 


O, belə bir birlyinin qurulması istiqamətində fəaliyyətə başladıqlarını bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan Nail Çələbi deyib ki, bütün Türk cumhuriyyətlərindəki dostları ilə, siyasətçilərlə görüşlər keçirilir, Türk Birliyinə ehtiyac olduğu vurğulanır.


“Bütün bu məsələləri izah etdikdən sonra onlar da müsbət qarşılasalar, ilk addımları atacağıq. Amma bununla bağlı hər hansı bir tarix deyə bilmirəm. Birliyin qurulmasına Azərbaycandan müsbət cavab gələcəyinə əmin olsaq da, Özbəkistan və Türkmənistan haqda bunu deyə bilmərik. Ona görə bu dövlətlərin hamısında görüşlər keçirəndən sonra ortaq qərar nədirsə, o nöqtədə birləşərək bu birliyin təməlini  qoymuş olacağıq. Fikrimiz, məqsədimiz, tələbimiz budur. Türk Birliyinin məqsədi Avropa Birliyi, Ərəb Birliyi necə formalaşıbsa, onun bənzəri bir təşkilatlanmaqdır.
Dolayısıyla Türk Birliyi Avropa Birliyinin bir başqa modeli olaraq düşünülür. Mənim fikrimcə, Bu təşkilatın içində mədəni, iqtisadi birliklərlə yanaşı, hərbi güc birliyi də formalaşmalıdır. Biz Azərbaycanla qardaşıq, belə bir sıxıntımız yoxdur, digərləri ilə isə təməl yoxdur. Bu təməli formalaşdıracaq bir birlik olarsa, Türkiyə və Türk dünyası bir bütün şəklində çox böyük olar və heç kimə möhtac qalmaz, kimsə bizə baş qaldıra bilməz, bizim də heç kimlə işimiz olmaz. Türkiyə bu gün İraqda, İranda, Suriyada və başqa yerlərdə müxtəlif sıxıntılar yaşayır. Kənar güclərin hədəfi Türkiyəni sıxıntıya salmaqdır, üzvü olduğmuz NATO belə Türkiyəyə dəstək göstərmir. Biz deyirik ki, özümüz birlik yaradaq və heç kimə möhtac olmayaq. Öz-özümüzə dəstək olaq”.


N.Çələbinin sözlərinə görə, Türk Birliyinin yaranması üçün ortaq dilin olması vacibdir.

“Həmı öz dilini bilsin, amma hər kəsin danışa biləcəyi bir türk dili olsun. Mənim fikrimcə, Türkiyə türkcəsi hamımıza uyğun bir türkcədir. Əgər ortaq dili istifadə edə bilsək, əlaqələrimizi inkişaf etdirməkdə heç bir çətinliyimiz olmaz. Azərbaycanla problemimiz yoxdu, Qırğızıstan və Qazaxıstanla nisbətən anlaşa bilirik, amma digərləri ilə problem yaşayırıq. Nəyə görə türklər bir-biri ilə rusca danışmalıdır? Ortaq dilimiz olsa, daha da yaxşı inkişaf edərik. Yavaş-yavaş digər türk ölkələrində də latın əlifbasına dönüş başladı, bu proses nə qədər sürətli gedərsə,  məqsədimizə o qədər tez çata bilərik. Bütün bunları görüşlərimizdə müzakirə edəcəyik”.


Müsahibimizin sözlərinə görə, hazırkı dövrdə  Türk Birliyinin yaranmasına ümid var.

“Biz bu yolda əlimizdən gələni edəcəyik, gücümüz çatdığı qədər mübazirə aparacayıq. Bu bir dövlət siyasətidir. Ona görə biz buna siyasi şəkil vermək istəyirik. Bu məsələ mənim deyil, dövlət başçıları səviyyəsində həll olunmalıdır. Ümid edirik ki, bu yolda uğur qazanacağıq”.

 


N.Çələbi deyib ki, bu zamana qədər Türk Birliyinin yaranmamasına səbəb əlaqələrin aşağı səviyyədə olmasıdır.

“Bizi sevməyən dövlətlər var, biz ilk olaraq özümüz özümüzü sevməliyik. Ondan sonra bütün işlərimiz qaydasına düşəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda yeni hökumət formalaşdıqdan sonra üçtərəfli komissiyanın fəaliyyəti bərpa olunacaq 23 İyun 2021, 13:30 Azad edilən ərazilərdə 13 hidroloji stansiya quraşdırılacaq 23 İyun 2021, 13:20 Pandemiya səbəbindən sahibkarlara 50 milyon manata yaxın subsidiya ödənilib 23 İyun 2021, 13:15 Azad edilən ərazilərdə 2 milyard kubmetr su ehtiyatları var - Baş nazirin müavini 23 İyun 2021, 13:10 “Erməni xalqının dövlətçilik anlayışı yoxdur” - Rusiyalı ekspertlər OD PÜSKÜRDÜLƏR 23 İyun 2021, 13:06 Goranboyda dövlət qulluqçuların peşə bayramı qeyd olunub 23 İyun 2021, 13:03 Sabah 42 dərəcə isti olacaq - Günün altında qalmayın! 23 İyun 2021, 13:00 İki informasiyada gizlənən kodlar: Erməni generalın bəyanatının PƏRDƏARXASI 23 İyun 2021, 12:56 Ağdamın Salahlı Kəngərli kəndi - VİDEO 23 İyun 2021, 12:52 Yanğına görə aeroport yolunda sürət həddi endirildi 23 İyun 2021, 12:48 Taqanroq diviziyasının igid döyüşçüsü Şamil Yadigarov - FOTOLAR 23 İyun 2021, 12:43 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI 23 İyun 2021, 12:40 Keçmiş mətbuat katibi HƏBS EDİLİB 23 İyun 2021, 12:35 Emin Əmrullayev Bakı Ali Neft Məktəbində   23 İyun 2021, 12:34 Prezident BMT-nin ali nümayəndəsini qəbul edib  23 İyun 2021, 12:30 Sinoptiklərin hava xəbərdarlığına görə HƏKİM MƏSLƏHƏTİ 23 İyun 2021, 12:25 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib 23 İyun 2021, 12:20 Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?