Modern.az

Gənclər üçün Təhsil Mərkəzinin saytı yeniləşib

Gənclər üçün Təhsil Mərkəzinin saytı yeniləşib

1 Avqust 2011, 15:33

Bu gündən etibarən Gənclər üçün Təhsil Mərkəzinin yenilənmiş internet səhifəsi (www.gtm.az) istifadəyə verilib.

Strateji məqsədlərindən biri kimi ictimaiyyətlə əlaqələrin düzgün qurulmasına xüsusi diqqət ayıran Mərkəz hər il internet saytın yenilənməsi ilə, onun daha oxunaqlı olmasının tərəfdarı olduğunu bəyan edir.

Mərkəzin həyata keçirdiyi fəaliyyətlərin düzgün işıqlandırılması, mətbuatla işin səmərəli qurulması və eyni zamanda şəffaflığın təmin edilməsi vəzifələrini özündə daşıyan internet səhifə tezliklə 2 xarici dildə də istifadəyə veriləcək.

Əvvəlki səhifələrdən fərqli olaraq, yeni səhifədə Mərkəzin fəaliyyətini sosial şəbəkələr vasitəsi ilə də izləmək imkanı yaranıb.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır