Modern.az

Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”

Keçmiş baş nazir Novruz Məmmədova müraciət etdi: “Sizinlə görüşmək fikrindəyəm”

22 Aprel 2018, 13:20

“Novruz Məmmədovun Baş nazir təyinatını yüksək qiymətləndirirəm. Zamanında Baş nazir olduğum üçün bu işin məsuliyyətli olduğunu daha yaxşı anlayıram. Ümid edirəm ki, Nazirlər Kabinetində dəyişikliklərin aparılması öz uğurlu nəticəsini verəcək”.

Bunu Modern.az-a açıqlamasında sabiq baş nazir Rəhim Hüseynov deyib.


O, yeni Baş nazirlə tanışlıqlarından da bəhs edib.


“Novruz Məmmədovla əvvəldən tanışlığımız olub. Amma illər keçəndən sonra əlaqələrimiz kəsilib. Ümid edirəm ki, Baş nazir olaraq Novruz Məmmədov Azərbaycanın Qarabağ probleminin həlli yolunda lazımi addımlar ata biləcək. Hətta, onunla görüşmək barədə də düşünürəm”.


Qeyd edək ki, Rəhim Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb. AXC hakimiyyəti dövründə könüllü olaraq Baş nazir vəzifəsindən gedib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi