Modern.az

Goranboydakı qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO

Goranboydakı qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO

Hadisə

2 Avqust 2026, 13:55

Xəbər verdiyimiz kimi, Goranboyda 33 yaşlı Elvin Aslanov öldürülüb, şübhəli şəxs kimi isə onun atası saxlanılıb.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, E.Aslanov valideynlərinin mübahisəsi zamanı həlak olub.

İlkin ehtimala əsasən, ailə münaqişəsi zəminində düşən dava zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman araya girən oğlu Elvin bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətdən dünyasını dəyişib.

Qətlə yetirilən E.Aslanovun fitnes klub rəhbəri olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir