Modern.az

Nazir Sahil Babayev 4 şöbə müdirini işdən çıxardı

Nazir Sahil Babayev 4 şöbə müdirini işdən çıxardı

17 May 2018, 11:10

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir.

 

Modern.az xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, S.Babayevin əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.

Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır. 

 

Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.

Sizə yeni x var
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq