Arxiv
19 May 2018, 17:15 |
Belqrad Universitetində Cümhuriyyətin 100 illiyi qeyd olundu
Belqrad Universitetində Cümhuriyyətin 100 illiyi qeyd olundu

Mayın 18-də Belqrad Universitetində yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Serbiyadakı Səfirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Belqrad Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.

 

 “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin direktoru, Azərbaycan Dillər Universitetinin dosenti Lalə Məcidova tədbiri açaraq, bu il Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olduğunu qeyd edib, Azərbaycan Prezidenti  İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu bildirib və bu münasibətlə həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib.

 

Belqrad Universitetinin Filologiya Fakültəsinin dekanı professor Liliyana Markoviç Belqrad Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin açılmasından, eləcə də bu günlərdə Azərbaycan Dillər Universitetində “Serb Dili və Mədəniyyətli Mərkəzi”nin fəaliyyətə başlayacağından məmnunluğunu ifadə edərək, hər iki Mərkəzin yaradılmasına göstərdikləri dəstəyə görə Azərbaycan və Serbiyanın dövlət başçıları İlham Əliyevə və Aleksandar Vuçiçə təşəkkürünü bildirib, Mərkəzlərin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

 

Belqrad Universitetinin Şərqşünaslıq Kafedrasının direktoru professor Ancelka Mitroviç təmsil etdiyi təhsil ocağında Şərq dillərinin tədrisindən bəhs edib, bu səpkidə yeni yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin Serbiya ictimaiyyəti tərəfindən maraqla qarşılandığını, Belqrad Universitetinin tələbələrinə xalqımızın tarixi, dili və zəngin adət-ənənələri tanış olmasına şərait yaradacağına əmin olduğunu söyləyib.

 

Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Mərkəz tərəfindən həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.

 

Belqrad Universitetinin professoru, şərqşünas Ema Milkoviç Şərq və Qərbin qovşağında yerləşən, tarixən çoxmillətli və müxtəlif dinlərin çulğalaşdığı bir məkan kimi Azərbaycanın malik olduğu zəngin multikulturalizm ənənələrindən bəhs edib.

 

Azərbaycanın Serbiyadakı Səfirliyinin müşaviri Cavanşir Məcidov öz çıxışında Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması və elan edilməsi, həmin dövrdə ölkəmizdə cərəyan edən hadisələr, milli dövlətimizin hələ yüz il bundan qabaq, hətta bir çox Qərb ölkələrindən əvvəl demokratik dəyərləri bəyan etdiyini, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir vətəndaşına bərabər hüquqlar, qadınlara səsvermə və təhsil almaq hüququ verdiyini vurğulayıb. O, bugünkü Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, onun bütün demokratik ənənələrinə sadiq qaldığını və bu ənənələri bu gün də yaşatdığına diqqət çəkib.

 

Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Esma Sirbubalo 10 may 2018-ci il tarixində Belqrad Milli Teatrının Simfonik Orkestri və Azərbaycanın tanınmış musiqiçiləri – xalq artisti, tarzən Ramiz Quliyev, əməkdar artistlər, dirijor Eyyub Quliyev və opera ifaçısı, soprano Afaq Abbasovanın iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Belqradda keçirilmiş konsert proqramı haqqında təəssüratları ilə bölüşüb.

 

Sonra tədbir iştirakçıları “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı filmə baxıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:27, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün