Arxiv
25 May 2018, 00:06 | MƏDƏNİYYƏT
“Həbsdə dostumuza işgəncələr verilir, sənin isə xeyli borcun var” – Ağrılı məktublar –AXC-100

 

 

 

Modern.az  Cümhuriyyətin 100 illik yubileyi münasibətilə yazılarını davam etdirir:

 

 Rəsulzadə  mühacirətdə olduğu zaman həm Azərbaycanın məcburi səbəblərdən dünyanın bir çox ölkələrində yaşamalı olduğu aydınları, həm də əcnəbi əlaqələri ilə məktublaşır. Ən çox məktub yazdığı şəxslərdən biri də Paris Sülh Konfransına göndərilən diplomat, ictimai xadim və jurnalist Ceyhun Hacıbəylidir. 

 

Onların arasındakı məktubların ümumi sayı 40-a qədərdir. M.Ə.Rəsulzadə bu məktubları 1922-ci ilin oktyabrından İstanbuldan göndərməyə başlayıb. Sonrakı məktubları isə yaşadığı digər ölkələrdən, ünvanlardan göndərib.

 

Son məktublarından biri isə 1954-cü ildə yazılıb. Həmin ilin 6 dekabrında yazılan məktubda Rəsulzadə ürək ağrısı ilə qeyd edir:  

 

“Əziz və möhtərəm Ceyhun bəy! Münhendən alınan qara xəbər buradakı vətənsevərlərin dərin təəssüflərinə səbəb oldu. Mərhum Əbdürrəhman Fətəlibəylinin uğradığı faciəli aqibət hər kəsdə qəddar düşmənə qarşı nifrəti daha da qüvvətləndirmişdir. Azərbaycanlı istiqlaliyyətçilərin duyduqları acıya tərcüman olaraq mərhumun ən yaxın arkadaşları Azərbaycan qrupunun bir təmsilçisi olmaqla Sizə ən səmimi təşəkkürlərimi bildirir, candan təziyət edirəm. Yürüdülən çətin mücadilədə qəddar düşmənə qarşı ayıq olmaq şərtdir. Mücadilə davam edəcəkdir.

Sayğılarımla, M. Ə. Rəsulzadə”.

 

Amma bu yeganə ağrılı məktub deyil! Bu iki xadim arasındakı məktublaşmaların hər birində bur ağrı-acını görə bilirik.

 

Məsələn, 1924-cü il 17 fevral tarixli məktubunda  “Yeni Qafqasiya” jurnalının abunə problemlərindən danışır. Ceyhun bəyin Fransada jurnalın abunəsinə yardımçı olmasını bildirir. Qeyd edir ki, şair Əhməd Cavad həbsdədir və ona işgəncələr verilir. Eyni zamanda Ceyhun bəyin məqaləsini də aldığını bildirir.

 

 

Aralarındakı məktublaşmalardan biri də 23 oktyabr 1930-cu il tarixində  Varşavadan göndərilib. Bu məktubda Rəsulzadənin böyüklüyünün bir daha şahidi oluruq. Onun özü maddi baxımdan o qədər də yaxşı durumda olmasa da, daha ağır vəziyyətdə olan Ceyhun bəyin maddi rifahı üçün əlindən gələni edir. Məktubda da bundan söz açılır:

 

 “Əzizim Ceyhun bəy! 

 

Sonuncu məktubunuza bu vaxta qədər cavab verə bilmədim. Məqsəd İstanbuldan Sizinlə əlaqədar olan məsələdən müəyyən bir cavab almaq idi. Çox təəssüflər olsun ki, Xəlil bəydən aldığım məktubda, İstanbul bir formal nöqsanı əsas gətirərək, Sizin maaşınızın büdcəyə daxil edilməsi məsələsinin təxirə salındığını bildirilir. Nümayəndə heyətindən Sizin təkrar heyətə daxil edildiyiniz haqqında qərarın surətinin gəlməsini gözləyirlər. Bununla belə, mən bu formal məsələnin başa çatmasını gözləmədən, Sizə verilmək üçün Miryaqub bəylə hələlik 500 frank göndərdim. Ümid edirəm ki, gələn ay üçün məsələ tamamilə aydınlaşar. Sizin alacağınız da təsdiq olunar. Məktubunuzda “mənə hə, və ya yox, aydın cavab veriniz!” deyə bir ton vardır. “Beş aydır gözləyirəm, filan” deyirsiniz. Bu xüsusda qismən özünüz də günahkarsınız. Sonra nəzərə almaq lazımdır ki, məsələnin həlli xeyli dərəcədə məndən və ya Mir Yaqub bəydən deyil, onun həlli ilə əlaqədar müəssisələr və onlardakı prosseduralardan asılıdır. Hər halda “dilimdən iltizam aldılar da, sonra əhəmiyyət vermədilər” misalındakı münasibətiniz hadisəyə qətiyyən uyğun deyildir. Bu doğru olmaz. Bununla bərabər, Sizə rusca nəşr olunan bir broşurumu (kitabçamı) göndərirəm. 

Hələlik hörmət və salamlarla. Məmməd Əmin

 

Qeyd edək ki, həmin məktublar 2010-cu ildə Moskvada M.Ə.Rəsulzadənin rus dilində nəşr edilən “Sbornik proizvedeniyi i pisem” kitabında çap olunub.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 4 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30 Azərbaycanda uzunömürlülərin sayı AÇIQLANDI 19 Fevral 2020, 14:24 “Lionel Messi ilə bu mükafatı bölüşmək möhtəşəm hissdir” - Formula 1 üzrə dünya çempionu 19 Fevral 2020, 14:18 Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü 19 Fevral 2020, 14:12 Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:12 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:06 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:00 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Bakıda çay evində 24 yaşlı oğlan ürəyindən bıçaqlandı 19 Fevral 2020, 13:30 İranda koronavirus aşkarlandı 19 Fevral 2020, 13:24 Şəmkirdə xeyli sayda silah-sursat tapıldı 19 Fevral 2020, 13:18 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42