Arxiv
5 İyun 2018, 09:10 | HADİSƏ
Lalə Şövkət yeni nazirlərə SƏSLƏNDİ: Köhnələrə oxşamayın!  

“Lalə Şövkət Cümhuriyyətimizin  100 illiyini çox yaxşı əhvalda,  mətbuata qapalı şəkildə keçirib. Azərbaycan xalqını, partiya üzvlərini təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətini quran kişiləri fəxarətlə yad edib”.


Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP)sədri Əvəz Temirxan ALP lideri Lalə Şövkətin Cümhuriyyət gününü necə keçirməsinə münasibət bildirərkən deyib.

Partiya sədri onu da bildirib ki, Lalə Şövkət Nazirlər Kabinetində təmsil olunan gənclərlə bağlı müsbət düşüncədədir.

““Gənclik millətimizin gələcəyidir” deyirlər. Halbuki, uşaqlar gələcəyimizdir. Gənclik millətimizin bu günüdür. Ümumilikdə isə gənclərin Azərbaycan hakimiyyətində vəzifəyə gətirilməsini alqışlayırıq. Yeni nəsil köhnə nəsildən həmişə enerjilidir. Buna görə də kimliyindən asılı olmayaraq, hakimiyyətə iqtidar ya da müxalifət prizmasından yanaşmadan deyə bilərik ki, Azərbaycan adına vəzifəyə təyinat alan hər bir gəncimizə uğurlar arzulayırıq. Lalə xanımın gənc nazirlərdən bir xahişi də var: Özlərini sələflərinə oxşatmasınlar! Rüşvətxor, korrupsioner, dar düşüncəli, adam saymayan olmasınlar. Dövlət deyəndə xalqı nəzərdə tutsunlar, öz ailələrini yox”.


Əvəz Temirxan Lalə Şövkətin bələdiyyə sistemi ilə bağlı gələcək planlarından da söz açıb.

“Bildiyiniz kimi, Lalə Şövkət Azərbaycanın inkişafı haqqında 20-dən çox kitab hazırlayıb. Azərbaycan Liberal Partiyasının “beyin mərkəzi”ndə bələdiyyə iqtisadiyyatı üzərində iş gedir. Bələdiyyənin mülkiyyət hüququ var. Bələdiyyə müəssisə, rəqabətə dözümlü şirkət yarada bilər. Şirkətin məhsulları təkcə Azərbaycanda deyil, bütün dünyada brend adı qazana bilər. Ona görə də bələdiyyə iqtisadiyyatı proqramı üzərində çalışırıq”.

“Liberal Partiya növbəti bələdiyyə seçkilərinə qatılacaqmı” sualını partiya sədri belə cavablandırıb:

“2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə qatılıb-qatılmamaq barədə də partiyada ciddi fikir mübadiləsi aparırıq. Bu haqda düşüncələrimiz ondan ibarətdir ki, seçkiyə gedəcək.Liberal Partiya üzvləri elə bir proqramla çıxış etsinlər ki, üstünlüyü ələ ala bilsinlər. Hər hansı bir bələdiyyədə üstünlüyü əldə edə bilsək, orada elə bir bələdiyyə yaradarıq ki, o, bütün dünyada tanına bilər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57 Nazir Səttar Mehbalıyevin oğlu ilə bağlı əmr VERDİ 9 İyul 2020, 23:45