Arxiv
9 Oktyabr 2018, 11:08 | İQTİSADİYYAT
Gömrükdən gizlədilən valyuta aşkarlananda aqibəti necə olur? - AÇIQLAMA  

Oktyabrın 8-də gömrük əməkdaşları tərəfindən Gürcüstan vətəndaşının bəyannamədə göstərdiyi 1000 ABŞ dollarından əlavə, gömrük nəzarətindən 16085 ABŞ dolları gizlətdiyi aşkarlanıb. Qeyd edək ki, bu, ilk və son hal deyil.

Maraqlıdır, vətəndaşın bəyənnamədə göstərmədiyi və gömrük orqanları tərəfindən aşkarlanan valyutaların aqibəti necə olur?


Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu kimi hal qeydə alındıqda faktla əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanılır:

“Gömrük orqanları tərəfindən valyuta və ya valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisindən qeyri-qanuni yollarla çıxarılması halları aşkar olunduqda hüquqpozma predmeti olan valyuta və ya valyuta sərvətlərinin dəyəri 4  min manatadək olduğu təqdirdə faktla əlaqədar inzibati xəta haqqında iş üzrə icraat başlanılır.

Qeyd olunan icraatın nəticəsi olaraq baxılması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin sanksiyasına əsasən, hüquqazidd əməli törətmiş şəxslər barəsində inzibati cərimə və ya valyuta və ya valyuta sərvətlərinin məhkəmə orqanları tərəfindən müsadirə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul olunur. Yuxarıda qeyd olunan hüquqpozma predmeti olan valyuta və ya valyuta sərvətlərinin dəyəri 4 min manatdan yuxarı olduğu təqdirdə isə həmin əməli törətmiş şəxslər barəsində cinayət təqibi üzrə icraat başlanılaraq istintaq aparılır”.


DGK rəsmisinin sözlərinə görə, istintaqın yekununda cinayət işi tərtib olunmuş ittiham aktı ilə birlikdə baxılması üçün Baş Prokurorluğa göndərilir:

“İttiham aktı təsdiq olunduqdan sonra cinayət işi məhkəmə orqanlarına göndərilərək təqsirləndirilən şəxsə cəza təyin edilməsi, habelə cinayətin predmeti olan valyuta və valyuta sərvətlərinin aqibətinin məhkəmənin yekun qərarı (hökm və ya digər qərar) əsasında həll olunur. Belə olan halda, cinayətin predmeti olan valyuta və ya valyuta sərvətləri Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən,  xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiq dairəsinə aid olarsa, valyuta və ya valyuta sərvətləri məhkəmənin hökmü ilə müsadirə olunur”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36 Naxçıvanda 11 nəfər koronavirusdan ölüb 3 İyul 2020, 18:35 Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - SƏRƏNCAM 3 İyul 2020, 18:31 “Türk Hava Yolları” İstanbul-Bakı reysi ilə bağlı açıqlama YAYDI 3 İyul 2020, 18:30 Zərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək  - Prezidentin köməkçisi 3 İyul 2020, 18:26 “Məndə koronavirus var” deyə özündən şübhələn şəxs öncə hara zəng etsin? 3 İyul 2020, 18:23 TƏBİB sədrindən evdə qalanlara məsləhət: idman edin! 3 İyul 2020, 18:20 Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi 3 İyul 2020, 18:14 Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb 3 İyul 2020, 18:10 Hamilələr xəstəliyi daha ağır keçirir? - TƏBİB-dən cavab 3 İyul 2020, 18:07 Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı 3 İyul 2020, 18:03 İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB 3 İyul 2020, 18:00 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır 3 İyul 2020, 16:45