Modern.az

Zəlzələşünaslar Bayıl şossesində tədqiqata başladılar

Zəlzələşünaslar Bayıl şossesində tədqiqata başladılar

Aktual

12 Oktyabr 2018, 16:00

Bakı şəhərinin Səbail rayonunda,  Badamdarla 20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.

Qurumdan Modern.az-a verilən məlumata görə, kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.
            
Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılmış və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilmişdi. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü