Arxiv
16 Oktyabr 2018, 09:07 | AKTUAL
Universitetlər publik hüquqi şəxsə çevrildi - Ali məktəblərdə nələr dəyişdi?

Bir müddət öncə Prezidentin sərəncamları ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu aldılar. Bundan əvvəl isə bu statusa malik olan Bakı Mühəndislik Universiteti sözügedən istiqamətdə fəaliyyətini davam etdirirdi.

Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradan məsələdir. Bu isə ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir.

Maraqlıdır, bir ildən artıqdır, tətbiq olunan bu mexanizm hazırda özünü doğrulda bilirmi? Publik hüquqi şəxs olan ali təhsil ocaqlarının maliyyə durumu hansı səviyyədədir?

 

Modern.az bu suallara aydınlıq gətirmək üçün adıçəkilən universitetlərlə əlaqə saxlayıb.


Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli universitetin məlum dəyişiklikdən sonra heç bir maliyyə çətinliyi yaşamadığını bildirib:

“ADU publik hüquqi şəxs statusu alandan sonra fəaliyyətini əvvəlkindən daha yaxşı səviyyədə davam etdirib. Professor Kamal Abdullanın rektor təyin olunmasından sonra ali məktəbin fəaliyyətində xeyli dəyişiklik edildi.

Ümumiyyətlə, hazırda bir çox universitet özü-özünü maliyyələşdirmək prinsipi ilə çalışır. Publik hüquqi şəxs mexanizminin mahiyyəti də məhz budur. ADU-da dövlət sifarişi ilə və ödənişli təhsil alan tələbələr var. Tələbələrin qəbul və tədris proseslərində heç bir çatışmazlıq yaşanmayıb. Təhsil haqları, digər istiqamətlərdən əldə olunan vəsaitlər ali məktəbin maliyyə təminatına kifayət edir. Hətta Kamal müəllim rektor təyin olunduqdan sonra, bayram günlərində bütün işçilərə maaşdan əlavə mükafatlar verilir”.


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumatda da ali məktəbin maliyyə problemlərinin olmadığı vurğulanıb:


“Məlum olduğu kimi, Azərbaycan  Prezidenti 21 iyun 2017-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin  Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi haqqında sərəncam imzalayıb.

Hazırda UNEC-in publik hüquqi şəxsə çevrilməsi prosesi davam edir və sərəncamın 4-cü bəndində nəzərdə tutulduğu kimi, Azərbaycan Dövlət İqtisad Universiteti öz fəaliyyətini əvvəlki qaydada davam etdirir”.

Daha ətraflı informasiya ilə çıxış edən Bakı Mühəndislik Univeristetinin (BMU) elmi işlər üzrə prorektoru Elçin Süleymanov isə saytımıza açıqlamasında publik hüquqi şəxs mexanizminin məqsədini və hazırkı reallığı şərh edib. Onun sözlərinə görə, publik hüquqi şəxs statusu ali məktəblərə təhsillə bağlı müəyyən alternativ qazanc əldə etmə müstəqilliyi verir:

“Əslində dövlət büdcəsindən maliyyələşən və publik hüquqi şəxs statusu olan ali məktəblər arasında ciddi fərq yoxdur. Azərbaycanda bütün universitetlərin maliyyələşməsi dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına təmin olunur.  Sadəcə publik hüquqi şəxs statusu universitetlərə alternativ qazanclar, məsələn, əlavə kurs açmaq, elm tutumlu layihələr həyata keçirmək və s. müstəqilliyi verir. Digər ali məktəblər bu tib addımları atmaq üçün mütləq Təhsil Nazirliyi ilə razılaşmalı, Nazirlər Kabineti ilə bunu əsaslandırmalıdır.

Bu statusun ali məktəblərə verilməsinin səbəbləri xaricə pullu xidmət göstərmək üçün lazım olan altyapı, bina, kadr potensialını formalaşdırmaqdır. Hazırda alternativ qazancla ətrafa xidmət göstərə biləcək ali məktəblər də məhz publik hüquqi şəxs statusu əldə etdilər. Məsələn, ADU xarici dil kursları, müxtəlif dil xidmətləri göstərmək, UNEC mühasibatlıq, konsaltinq, magistr hazırlığı, BMU isə şirkətlər, sənaye müəssisələri üçün məsləhət xidmətləri, mühəndislik istiqamətində işlərlə məşğul ola bilər. BMU-da həmçinin British Petrolium şirkətinin sponsorluğu ilə bir neçə yüksək səviyyəli, müasir laboratoriyalar mövcuddur”.

E. Süleymanovun fikrincə, ümumi olaraq, hazırda tamamilə publik hüquqi şəxs mahiyyətində, arzuolunan səviyyədə xidmət göstərən ali məktəb yoxdur:

“Gəlirlərin cəmi 10 faizi alternativ vasitələrdən əldə edilir. Gəlirlərin əksəriyyəti isə iqtisadi xərclərə sərf olunur. Yekun olaraq, publik hüquq şəxs statusu daha çevik qərar vermə, universitetin alternativ gəlir əldə etmə müstəqilliyini formalaşdırır. Ali məktəblərimizin bu üstünlükdən hansı dərəcədə faydalandığı isə sual altındadır”.

Aysel Aslan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54