Arxiv
27 Noyabr 2018, 08:11 | MEDİA
Xaricdə yaşayan jurnalist: “Azərbaycan  və Türkiyə mətbuatını Bülent Ersoyla Elza Seyidcahana bənzədirəm” - MÜSAHİBƏ  

Kəbutər Haqverdi: “Burada ən böyük xoşbəxtlik təqaüdə çıxmaqdır, oturduğun yerdə işlədiyin qədər pul alırsan”

Dünya bu gün Ərdoğan hakimiyyətini bitirməyin yollarını axtarır, o, isə Türkiyənin tarixini yenidən yazır”

 

Modern.az saytı xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Budəfəki həmsöhbətimiz Türkiyənin İstanbul şəhərində yaşayan həmkarımız Kəbutər Haqverdidir. Onunla müsahibəni təqdim edirik.  
 

Kəbutər Haqverdinin jurnalist kimi ilk fəaliyyəti Biləsuvarda rayon qəzetində olub. Daha sonra Sabir Rüstəmxanlının baş redaktoru olduğu “Azərbaycan” qəzetində işləyib.  

Ardınca ailə vəziyyətilə bağlı mətbuatdan getsə də, bir müddət sonra yenidən jurnalistikaya qayıdıb və “Şans” qəzetində işləyib. 
Azərbaycanda son iş yeri  14 il çalışdığı “Yeni Azərbaycan” qəzeti olub. Daha sonra Türkiyə vətəndaşı ilə ailə quraraq İstanbul şəhərinə köçüb. 

- Kəbutər xanım, Türkiyədə milli valyuta dollara nisbətdə xeyli ucuzlaşdı. Bu, sizin ailə durumunuza hansı formada təsir etdi?

- Hər kəsə necə, bizə də elə. Burada bir qayda var ki, işləyən adamın maaşı inflyasiyaya görə nizamlanır. İstər dövlət işində, istərsə də özəl sektorda işləyən olsun, bu, məcburidir. Təbii ki, devalvasiyadan sonra ev kirayələri, gediş haqları, kommunal xidmətlər bahalaşdı.

- İstanbul da bahalı şəhər hesab olunur. Bahalı şəhər, bahalaşma və milli valyutanın kəskin ucuzlaşması... Belə bir situasiyada yaşamaqda hansı çətinliklər çəkirsiniz?

- İstanbul kimi bahalı bir yerdə yaşamağı bacarırsansa, devalvasiya və inflyasiya o qədər də dəhşətli görünmür. Üstəlik yerli valyutadan istifadə etdiyimizə görə, ciddi problemlər yaşamadıq. Necə deyərlər, ellə gələn qara gün də toy-bayramdır.


- Bahalı adı gələndə çoxlarının ağlına ən yaxşı şeylər gəlir. Halbuki, İstanbulun yəqin ki, neqativ tərəfləri də var.

- Uzaqdan İstanbul komfortlu, kef içində yaşamaq üçün gözəl bir məkan kimi görünə bilər. Əslində isə burada fərqli yaşayış var. Bəlkə də çoxları deyəcəyim sözlərə görə məni qınayacaq. Dünyanın hər yerində yaşayan rəfiqələrimlə fikir mübadiləsindən sonra deyə bilərəm ki, Türkiyə kapitalizmin ən pis şərtlərini özündə daşıyan bir ölkədir.

Ancaq Allaha şükürlər olsun ki, son illər bu tendensiyanın aradan qalxması üçün görülən işlərin nəticəsi insanların yaşayışında hiss olunmağa başlayıb.

2012-ci ildə qaz xətti olmayan, daş kömür və odun sobaları ilə qızdırılan, qaz balonlarınının işlədildiyi məhəllələri görəndə çox heyrətlənmişdim. Mən daha bir şok da yaşamışdım.

Televiziya kanallarında “bit sabunu gəldi” deyə reklam çarxını görəndə, bunun zarafat olduğunu sandım. Daha sonra öz yaşıdım olan, amma oxuya, yaşaya bilməyən insanlarla qarşılaşdım. Onda mənə bəlli oldu ki, ucqar kəndlərdə məktəb yoxdur, bir neçə il əvvələ qədər orada insanların çoxu yalnız 4-cü sinfə qədər oxuyurlar.

Bu da kənardan çox cazibədar və gözəl görünən İstanbul...

- Bəs ümumiyyətlə Türkiyədə lirənin ucuzlaşmasından sonra biz görmədiyimiz hansı hadisələr oldu?

- Bayaq dediklərim aysberqin görünən tərəfidir. Görünməyən tərəfi isə odur ki, Türkiyədə bir gecənin içində 4 mindən çox şirkət iflasa uğradı. Xüsusilə nəşriyyatlar iflic oldu. Çünki kağız Türkiyədə idxal olunan məhsullar kateqoriyasına daxildir. Buna görə də, nəşriyyat sektorunun xarici borcu bir gecədə dörd dəfə artdı.

Bizim cəmi 3 yaşı olan “Araz yayınları” da xeyli borca düşdü. Bir çox layihələrimiz təxirə salındı.

Türklərdə bir söz var: “Borc igidin qamçısıdır”. Yəni bu o deməkdir ki, daha çox çalışacaqsan.


- Bəs siz necə çalışacaqsınız?

- Biz də yolumuza daha ehtiyatla və daha diqqətlə davam edirik. Qarşıda yeni layihələrimiz var. Dekabr ayının 3-də Dünya Əlillər Günüdür. Bu gün münasibəti ilə Türkiyədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə əlil vətəndaşlara 3 min kitab hədiyyə edəcəyik.

Xalq Təhsil Şöbəsinin ev sahibliyi edəcəyi bu toplantıya bir çox tanınmış insanlar, nazirliklər qatılacaq.

Gələn ilin fevral ayının son həftəsi Peşəkar Nəşriyyatların dördüncü İstanbul Görüşməsi tədbirinə qatılacağıq.

Əldə etdiyimiz təcrübələrdən yararlanaraq bu il kitablarımızın xaricə satılmasına çalışacağıq. Hər il olduğu kimi, bu il də Azərbaycanla bağlı bir neçə kitabın çapına hazırlaşırıq. 2019-cu ildə azərbaycanlı yazar Fazil Güneyin çox maraqlı romanı olan “Qara Qan-Qarabağ”ın tərcüməsi üçün işlər gedir. Müəllifi olduğum “Cənnətdən sürgün” romanının da üçüncü dəfə çapına hazırlaşırıq. Fevral ayı üçün daha iki layihəmiz var. Biri rəsm və karikatura sərgisi, digəri isə Ahıska türklərinin tarixi ilə bağlı beynəlxalq konfransdır. Bunlar hamısı vaxt və vəsait tələb edən işlərdir. İnşallah öhdəsindən gələcəyimizi düşünürəm.

- İkinci dəfə evlənmisiniz. Bu evilikdən heç övladınız olubmu?

- Xeyr. Heç bu barədə düşünməmişəm də. Ancaq bir nəvəm var. 2 yaşında “şeytan” bir qızdır. (Kəbutər xanımın ilk evliliyindən olan qızı türkiyəli oğlanla ailə qurub - A.K.) Amma mənə alışa bilmir. Çünki onun ailəsinin ləhcəsində danışmıram. Tez-tez məndən “siz haradan gəlmisiniz?” deyə soruşur.

- Həyat yoldaşınız nə işlə məşğuldur?

- Təqaüddədir. Burada ən böyük xoşbəxtlik təqaüdə çıxmaqdır. Oturduğun yerdə işlədiyin qədər pul alırsan. Dövlətin təqaüddə olanlara çox böyük güzəştləri var. Müəyyən yaşdan sonra şəhər içində pulsuz gediş biletin olur. Təqaüdçü bir iş qurursa, vergilərdən azad olunur.

- Türkiyə vətəndaşı ilə ailə qurduğunuza görə peşman deyilsiniz?

- Peşman olmaq deyəndə ki... Fərqli dünyagörüşü, fərqli yaşayış tərzi, fərqli düşüncələrlə qarşılaşırsan. Mən adaptasiya ola bilmədim, hələ də özümü ağ-qara kimi hiss edirəm. Düşünürəm ki, dünyada bizim nə kişimizin, nə də qadınımızın əvəzi var. Rahat olmaq üçün gərək içində olduğun ailə və cəmiyyət kimi fikirləşəsən, buna adaptasiya olasan. Bu da nəyəsə görə, mənə qismət olmadı. Azərbaycanda olanda deyirdilər ki, elə bil toz-torpaqlı kənddə doğulub böyüməmisən. Burada da məhz Azərbaycan mentalitetindən qaynaqlanan yanaşmadan əziyyət çəkirəm. Hətta yeməklərinə belə alışa bilmirəm. Bir sözlə, evim mini Azərbaycandır.

- Mətbuatla əməkdaşlığınız hansı səviyyədədir?

- Mətbuatdan uzaqlaşmamışam. www.hocalihaber.com saytını yaradıb, onun 3 il baş yazarı olmuşam. Bir çox qəzetlərlə əməkdaşlıq etmişəm. Artıq Türkiyənin çox önəmli mətbuat orqanlarından biri olan “Yeni Akit” qəzetində ekspert qismində açıqlamalarım verilib.


- Bəs Azərbaycanla Türkiyə mətbuatını necə müqayisə edərdiniz?

- Azərbaycan mətbuatı Türkiyə mətbuatından çox güclüdür.Məsələn, Azərbaycanda mətbuat bir problemin üstünə bir həftə getsə, həmin problemin həll olunacağı qətidir. Amma təəssüf ki, bəzən bunu etmək istəmirlər, buna görə də mənzərə çox acınacaqlıdır. Azərbaycan mətbuatında axmaq şou və kriminal xəbərlər, qaralama kampaniyaları baş alıb gedir.

Türkiyə mətbuatı isə iliyinə qədər siyasiləşmiş, “xalturaçı” bir qüvvədir. Necə deyim, Azərbaycan mətbuatı ilə Türkiyə mətbuatını müqayisə etmək, Bülent Ersoyla Elza Seyidcahanı müqayisə etmək kimi bir şeydir. Bu mənada Azərbaycan və Türkiyə mətbuatını Bülent Ersoyla Elza Seyidcahana bənzədirəm. Hər ikisi istedadlıdır. Amma Bülent tarixə yaradıcılığı ilə imza atır, Elza isə vulqarlığı ilə.

- Bəzən Facebook-da da azərbaycanlı jurnalistləri qınayırsınız. Əsasən nədən narazısınız?

- Sosial şəbəkələrdə həmkarlarımı ona görə tənqid edirəm ki, mətbuat meyarını itirib. İki cızma-qara edənə “məşhur yazar” deyirlər. Bir mövzunu oradan buradan çırpışdırıb yazanı “məşhur tarixçi” kimi təqdim edirlər. Azərbaycan mətbuatı  Elza Seyidcahanı şair, Hafiz Hacıyevi isə siyasətçi kimi tanıdır.

- Bildiyimizə görə, Türkiyədə diaspor işində də fəallıq göstərirsiniz, sənədsiz azərbaycanlılara yardımlar edirsiniz. Bu haqda ətraflı danışardınız.

- Bu, ictimai bir işdir. Yəqin ki, peşə vərdişindən qaynaqlanır. Sənədsiz azərbaycanlılarla bağlı problemin həll olunmasına Diasporla iş Üzrə Dövlət Komitəsi rəhbərlik edir. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu da soydaşlarımızın vəziyyəti ilə yaxından maraqlanır, buna görə də gücləndirilmiş iş rejimində çalışır. Bu iki qurum xaricində sənədsiz azərbaycanlılarla bağlı görülən işlər haqqında danışmaq və proqnozlar vermək ümumi işə zərər gətirməkdən başqa bir şey deyil.

Çünki soydaşlarımız sosial şəbəkələri diqqətlə izləyir, gələcək taleləri haqda hər bir fikrə həssaslıqla yanaşırlar. Odur ki, təsdiqi olmayan fikirlər və ehtimallar səsləndirmək pis nəticələr verər və zərər gətirər. Sadəcə onu deyim ki, çox böyük kütlə Türkiyədə həyatları sual atlında yaşamaqdadır.

Təsəvvür edin ki, uşaq vaxtı Türkiyəyə valideynləri ilə gələn və əlində doğum şəhadətnaməsindən başqa bir sənədi olmayan minlərlə insan var. Onların təhsili haqqında söhbət belə gedə bilməz. Evləniblər, ata olublar, amma indi evlilik yaşında olan övladlarının adı yazılmış rəsmi bir sənədləri belə yoxdur. Yəni, insanlar normal haqlarından yararlana bilmirlər. Amma şükür Allaha ki, Diaspor Komitəsinin sədri Fuad Muradovun İstanbul diaspor fəalları ilə görüşə gəldiyi səfərindən sonra problemin həlli istiqamətində işlər başlandı. İnşallah dekabr ayında ilkin nəticələr açıqlanacaq.

 

- Nə əcəb Türkiyədə siyasi proseslərə qatılmırsınız?

- Çünki bura gələndə Türkiyə vətəndaşı deyildim. Türkiyədə ölkə vətəndaşı olmayanların siyasi fəaliyyətinə qadağa qoyulub.

- Bilirsiniz, Türkiyədə də, Azərbaycanda da prezident Rəcəb Tayyib Ərdoğan haqda birməmalı fikirlər yoxdur. Siz Türkiyə vətəndaşı kimi nə düşünürsünüz?

- Mən həmişə Türkiyədə yaşayıb Azərbaycan iqtidarına, Azərbaycanda yaşayıb Ərdoğana müxalif olanlara heyrətlənirəm.

15 iyul dövlət çevrilişinə cəhdi xatırlayın. Türkiyə bu hadisə nəticəsində böyük itki verdi. Ölənlərin sayı 20 Yanvar qırğınında şəhid olanların sayından iki dəfə çox idi. Ən dəhşətlisi o idi ki, burada öldürən də, öldürülən də eyni millətin nümayəndələri idi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. O gecənin səhərindən başlayaraq Türkiyə əhalisi küçələrdə növbə tutmağa başladı. “Ərdoğan Türkiyəni min il geri atdı” deyərək müxalifətçilik edənlər o günləri xatırlasınlar.

Dünya bu gün Ərdoğan hakimiyyətini bitirməyin yollarını axtarır. Bir neçə ay öncə Hrant Dink Vəqfinin konfransına qatılmışdım. Türkiyənin ustad jurnalistləri və QHT nümayəndələri, vəkillər, ictimai xadimlər, dünyanın hər yerindən öz ölkəsinin müxalifətində təmsil olunan qüvvələrin toplandığı qurultaya Afrikanın 9 min nəfərlik bir qəbilə başçısı da gəlmişdi. Onlar burada Ərdoğan hakimiyyətini devirməyin düsturlarını müzakirə edirdilər.

Yəni Ərdoğan belə güclü liderdir. Azərbaycanda oturub “filankəs başını bağladı”, “filankəs çadra geyindi” deyib statuslar yazmaq olar. Amma bu, o qədər bəsit hərəkətdir ki. Bilmək lazımdır ki, Ərdoğan Türkiyənin tarixini yenidən yazır.

- Bakıya həmişəlik qayıtmaq istəyiniz varmı?

- Bakıya qayıtmağı düşünmürəm. Əksinə, ictimai işlərdən yazmağa vaxt tapa bilmədiyim kitablara başlamaq istəyirəm. Burada məni hər həftə evində, ocağı başında gözləyən insanlar var. Onların probleminin həlli bir neçə ilə düzələcək. Daha sonrasını isə gələcək göstərəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sanksiya təhdidləri Türkiyəni haqlı mübarizədən yayındırmayacaq 17 Oktyabr 2019, 00:50 Prezident nazirlərdən hesab sordu: “Nə üçün bizdə qeyri-neft sektorunda ümumi artım o qədər də böyük deyil?” - DİALOQ 17 Oktyabr 2019, 00:44 Ərdoğan Rusiyaya gedir 17 Oktyabr 2019, 00:34 "PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir" - Tramp 17 Oktyabr 2019, 00:18 Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 Prezidentdən bir-birlərini şantaj edən məmurlara XƏBƏRDARLIQ: “Bu, dözülməzdir” 16 Oktyabr 2019, 21:47 İlham Əliyev: “Mən Əli Əsədovu Baş Nazir təyin edərkən ona bir çox vəzifələr tapşırdım... islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları”   16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00