Arxiv
11 Dekabr 2009, 12:36 | ÖLKƏ
Deputat Elmira Axundova üç gündə 7 kənddə olub

Dekabrın 7, 8 və 9-da millət vəkili Elmira Axundova deputat seçildiyi 71 saylı Masallı Seçki Dairəsinin seçiciləri ilə 7 kənddə (Təzəkənd, Qızılağac, Qızılavar, Ərkivan, Gəyəçöl, Kalinovka və Hüseynhacılar) görüş keçirib. Modern.az saytının əməkdaşı deputatın Ərkivan, Gəyəçöl və Kalinovka kəndlərində sakinlərlə görüşünü izləyib.

Masallıda kəndlərin mədəniyyət evləri bərbad olduğundan deputat seçicilərlə görüşləri məktəblərdə keçirib.

Məktəb söküləcək Deputat Ərkivanda görüşün nədən məktəbdə təşkil olunduğu ilə maraqlandı. Cavab isə belə oldu: Mədəniyyət evi bərbaddır.

Qeyd edək ki, görüşün təşkil olunduğu “Bədirli” məktəbində 50 müəllim çalışır, 522 şagird təhsil alır. Müəllimlər qeyd etdilər ki,10 il öncə 5 buraxılış sinifi olduğu halda, bu il məktəbin bir birinci sinifi var. Səbəb isə belə izah edildi: əvvəllər alələrdə ən azı 5-6 uşaq olurdusa, indi bu göstərici 1-2 uşaqdır. Bundan başqa, bəzi ailələr köçüb gediblər. Görüş zamanı müəllimlər məktəb binasının bərbad, uşaqların isə dərsə davamiyyətinin zəif olduğunu dilə gətirdilər. Millət vəkili müəllimlərə dedi ki, gələn həftə bu məktəbin yerində yeni məktəbin inşasına başlanılacaq: “Bu məsələ ilə bağlı dəfələrlə Baş nazirin, təhsil nazirinin yanında oldum. Ölkədə 41 qəzalı mətəbin siyahısına “Bədirli” məktəbi də salınıb. Bu yaxınlarda Pezidentin Ehtiyat Fondundan qəzalı məktəblər probleminin aradan qaldırılmasından ötrü 3 milyon manat ayrıldı. Ondan sonra “Bədirli” məktəbi ilk onluğa salındı. Ona görə mən müəlimləri, şagirdləri təbrik edirəm. Problemin həlli üçün ölkə rəhbərliyinə, Təhsil Nazirliyinə təşəkkür etmək lazımdır”.

Qeyd edək ki, “Bədirli” məktəbi 1930-cu ildə inşa edilib.

Müəllimlər SSRİ dövründən bu məktəbin təmirə ehtiyac olduğunu, lakin indiyədək buna fikir verilmədiyini dedilər.

 

Ünvanlı yardım ünvanına çatmır

 

Seçicilər üzləşdikləri problemlərdən də danışdılar. Qeyd edildi ki, insanlar ünvanlı sosial yardım ala bilmirlər. Pensiya məsələsi də adamların narazı qaldığı məqamlardan idi. 5-6 il öncə pensiyaya çıxanlar indi pensiyaya çıxanlardan az pul alırlar. Seçiclər kommunal xidmət sahəsində irəliləyişləri də önə çəkdilər.

Səsləndirilən problemlərin aradan qaldırılması üçün Elmira Axundova parlamentdə dəfələrlə çixiş etdiyini söylədi. Bununla belə, deputat ölkədə infrastruktur, kommunal xidmət sahəsində böyük irəliləyişlər olduğundan məmnunluq ifadə etdi.  

Müəlimlərin işi dövlət quluğuna aid edilsin

 

Görüşdə müəllimlər maaşların artacağı təqdirdə təhslin də keyfiyyətli olacağını vurğuladılar. Onların bu təklifini müdafiə edən deputat bildirdi ki, bu gün Azərbaycan müəlliminin maaşı 800-1000 manat olsa, təhsildə arzulanan nəticəni əldə etmək mümkündür. Pedaqoji işçilər onu da dedilər ki, müəlimlərin işi dövlət quluğuna aid edilsin.

 

Elmira Axundova bu il 3 min seçici qəbul edib

 

Deputat ərkivanlılarla vidalaşıb Gəyəçölə getdi. Bu kəndin məktəbi də “Bədirli” məktəbindən o qədər fərqlənmir. İstifadəyə verildiyi 20 il deyil, amma içərisi bərbad vəziyyətdəri. Üçmərtəbəli binanın sonuncu mərtəbəsi tam yararsızdır. Ona görə də bu mərtəbəyə giriş bağlanılıb. Bina qəza vəziyyətində olduğundan, bura elektrik enerjisi verilmir. Şagirdlər sinifdə paltoda otururlar. Məktbdə XXI əsrin əsər-əlaməti hiss olunmur.

Kəndin uşaq bağçası isə lap acənacaqlı vəziyyətdədir. Eyni günü mədəniyyət evi də yaşayır... Deputatla görüşə gələnlər öncə bu məsələlərdən danışdılar. Amma az keçməmiş fərdi məsələlər ümumi problemləri kölgədə qoydu. Çoxu dərdini təklikdə deməyi təkidlə tələb etdi və buna nail də oldu.

Görüşdə deputatın fəaliyyəti barədə bəzi məlumatlar da verildi. Məlum oldu ki, onun təşəbbüsü ilə Masallıda 5 məktəb tikilib, 5-i isə təmir edilib. Buna görə jəm də Prezidentə və Heydər Əliyev Fonduna minnətdarlıq edildi.

O da məlum oldu ki, Elmira Axundovanın Prezidentə müraciətindən sonra Masallıdan olam Böyük Vətən Müharibəsi veteranlarına 11 ədəd “Oka” avtomobili verilib, əlillərə isə 25 ədəd əlil arabası paylanılıb. Görüşdə deyildi ki, təkcə bu il deputat 3 min seçici qəbul edib, onlardan 2 mininin problemlərini həll edib.

Əməkdaşımızla söhbətində Elmira Axundova bildirib ki, gördüyü işlər icra hakimiyyəti ilə əməkdaşlığın bəhrəsidir.

  

Növbəti kənd-Kalionovka

 

SSRİ vaxtında burada daha çox ruslar yaşayıb. İndi də ruslar var, amma azdırlar. SSR dağılandan sonra rusar çıxb Rusiyaya, Ukraynaya gediblər. Kəndin əhalisi 5 mini ötüb. 1012 evdən ibarət yaşayış məntəqəsi Qarabağ müharibəsində 8 şəhid verib. Məlumatları əməkdaşımıza kənd icra nümayəndəsi Nizami Məmmədov deyib.

Kənddə mədənyyət evi seçki məntəqəsi oduğundan deputatla görüş məktəbdə keçirildi. Məktəb təmirdən yeni çıxıb. Müəllimlər təmir məsələsini deputatın zəhməti ilə bağladılar. Düzdür, məktəbin zahiri görünüşü yaxşıdır. Amma sinif otaqlarına daxil olan kimi qışın soyuğunu hiss etdik. Müəllimlər, görüşdə iştirak edən sakinlər qaz, işıq, su məsələsindən gileyləndilər. Deputat yerindəcə məktəbin sayğac məsələsini həll etdi. Lənkəran Pedaqoji Texnikumunu bitirən bir gəncin işlə təmin olunmasına yardımçı oldu. Əsgərlikdə olan bir nəfərin əməliyyat olunmasına razılıq aldı. Əlillik dərəcəsinə ehtiyacı olan bir neçə nəfərin problemini həll etdı.   

Ümumiyyətlə, Kalionovkada seçicilər deputatlarına hər şeydən- qonşu davasından tutmuş uşağının pis oxuduğuna görə sinifdə qalmasına qədər dərdlərini danışdılar. Deputata müraciətlər daha çox məhkum insanların əfv olunması ilə bağlı idi. Elmira Axundova onların hamısını sona qədər dinlədi, mümkün olanlara kömək edəcəyini bildirdi.

Millət vəkili kalinovkalıların yol, su, qaz və sair problemlərinin həllinə çalışacağına söz verdi. Bu görüş 4 saat çəkdi...

Biz Kalinovkadan ayrılanda, millət vəkili Hüseynhacılar kəndinə- seçicilərlə görüşə getdi. 

 

Bərbad vəziyyətdə olan "Bədirli" məktəbi

Seçicilər dərdlərini deməyə gəliblər

Deputat da onları dinləyir

Gələn həftə bu məktəb söküləcək

Bu da məktəb binasıdı

Gəyəçöl kəndində görüş

Onları işıq, qaz, yol problemi maraqlandırır

Modern.az

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir - Nazir müavini 9 Dekabr 2019, 17:06 Novruz Məmmədov feysbuka QAYITDI - FOTO 9 Dekabr 2019, 16:59 Eks-prezident oğluna şirkət hədiyyə etdi 9 Dekabr 2019, 16:49 “Türk dövlətlərinin resursları birləşdirməsi zamanın tələbidir” - Elməddin Behbud 9 Dekabr 2019, 16:46 İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib 9 Dekabr 2019, 16:41 Naxçıvan Ali Məclisi də buraxıldı - Yeni seçki keçiriləcək - SƏRƏNCAM 9 Dekabr 2019, 16:36 Zakir Qaralov ögey övladlara işgəncə faktını nəzarətə götürdü 9 Dekabr 2019, 16:36 İlham Əliyevdən 17 min 800 nəfəri sevindirəcək SƏRƏNCAM 9 Dekabr 2019, 16:22 Prezident Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibini təsdiq etdi 9 Dekabr 2019, 16:20 ADP bu namizədlərlə seçkiyə gedir - SİYAHI 9 Dekabr 2019, 16:18 Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI 9 Dekabr 2019, 16:06 Deputatdan cəbhə və sərhəd bölgəsinin əhalisi ilə bağlı vacib TƏKLİF 9 Dekabr 2019, 15:58 AMEA doktorantura və dissertanturaya qəbul elan edib 9 Dekabr 2019, 15:52 İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında narkotik aşkarlanıb 9 Dekabr 2019, 15:47 Azərbaycan Turizm Bürosu Çində mükafat qazandı 9 Dekabr 2019, 15:41 Türkiyədə bomba partladı - 2 nəfər öldü, 7-si yaralandı 9 Dekabr 2019, 15:36 Ermənistanın hərbi büdcəsi AÇIQLANDI 9 Dekabr 2019, 15:30 Hacıqabulda gənclərlə görüş keçirilib - FOTO 9 Dekabr 2019, 15:22 Azərbaycan Ordusunun komandir toplanışı keçirilib - FOTO 9 Dekabr 2019, 15:14 Fazil Məmmədovdan xəbər VAR 9 Dekabr 2019, 15:07 Azərbaycan və Rusiya arasında yeni sənədlər İMZALANDI 9 Dekabr 2019, 14:56 “Bu namizədlərin seçkilərdə uğur qazanması mümkün deyil” - Ekspert 9 Dekabr 2019, 14:53 Lavrov bu gün Trampla görüşəcək 9 Dekabr 2019, 14:50 BMU-da Heydər Əliyevin anım tədbiri keçirilib - Foto   9 Dekabr 2019, 14:45 Bakıda uşaqlara qarşı iyrənc əməl - Hədələyib 1850 manat aldılar 9 Dekabr 2019, 14:40 Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü 9 Dekabr 2019, 14:32 İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİB - FOTO 9 Dekabr 2019, 14:26 Rusiya bütün beynəlxalq yarışlardan kənarlaşdırıldı  - QADAĞA 9 Dekabr 2019, 14:25 “Dəyərlərin öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır- Fuat Bakışlı yazır...   9 Dekabr 2019, 14:17 Dünyanın ən gənc baş naziri seçildi - FOTO 9 Dekabr 2019, 14:10 Vulkan püskürdü, 5 nəfər öldü 9 Dekabr 2019, 14:00 Azərbaycanda çalışan miqrantlar - fəhlələr, “importnu dayələr”, türk aqronomlar...  9 Dekabr 2019, 13:54 Dövlət Komitəsinin sədrindən qadınlara ÇAĞIRIŞ 9 Dekabr 2019, 13:52 Daha bir əcnəbi nümayəndə heyəti Qarabağa qanunsuz səfər etdi 9 Dekabr 2019, 13:51 Atası ilə ögey anası tərəfindən döyülən uşaqlarla bağlı - Rəsmi açıqlama 9 Dekabr 2019, 13:43