Arxiv
1 Yanvar 2019, 12:44 | ƏDƏBİYYAT
Ramiz Rövşən qıcıqlandırır...   

Rəşad Məcid


Ramizin az qala bütün şeirlərini əzbər bilən dostum Nazim bir dəfə ərkyana giley bildirən təbəssümlə məndən soruşdu: 

- Şair niyə bizə "it-qurd" deyir?!

Təəccübləndim. 

- Deyir ki: “Yazdığım söz mənim deyil, Hər itin-qurdun malıdı!” 

Mən də gülümsədim... 

Tikinti və daş işləriylə məşgul olan dostum Elxan da "şair bizi aşağılayıb" deyə gileylənir:

- Çörəyin daşdan çıxırsa 
Qab-qacağı neynirsən?!
Bir məclisdə yerin yoxsa
Qanacağı neynirsən?!

Hərəyə bir cür dəyir şairin misraları! 

Lap elə "hərə bir cür gün qazanır" və ya " Dünya qəfil işıqlansa " deyəndə də...

Yaxud tapmacavari "Bu qəbirdə bir dərd yatır , Baş daşı da qorxur ondan!" - deyib oxucunu diksindirir, o da şeirin məğzinə yanaşmaqdan qorxub qurcuxa-qurcuxa qalır! 

Amma resept də verir axı!!!

Qalaların uçulanda, "sıxılmaqdan əlin şişib, dırnağın ovcunu deşəndə", hirsin - qəzəbin yumruğunda düyünlənib əsəbin şahə qalxdığı, infarktın - insultun bir addımlığında olduğun zamanda yol da göstərir axı!!!

- Uçdu mən quran qalalar..
Yaxşı ki, var gül balalar,
Dedilər : "Ovcunda nə var
Gələk acaq yumruğunu?!"

Deməli, Ramiz Rövşən hərəni bir cür qıcıqlandırır!

Həm də hərəyə bir cür dəstək olur! 

Oxucularını, sevənlərini ərki və ərköyünlüyüylə, paxılları çox sevilməsiylə, qorxaqları cəsarətlylə, düşmənləri təmkiniylə, əlacsızları reseptiylə..

Bir az eqositliyi də var, əlbəttə ...

Dostumu hirsləndirən misraları görün necə tamamlayır:

“Yazmadığım sözlər mənə
Yazdığımdan vəfalıdı!” 

Ramiz yazmaqdıqlarını, gizlətdiklərini, üzə çıxarmadıqlarını daha vəfalı bilir! Məncə, əsl Şair Eqosudu bu!
Bu Eqo isə keçmişdə və gələcəkdə yerini tutub yetərincə bərkidən, Sözündən tam mənada əmin sənətkarlarda olur!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə iki qadını maşın vurdu 16 İyul 2019, 22:53 Avropa Komissiyasına yeni sədr seçildi 16 İyul 2019, 22:39 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı 16 İyul 2019, 22:18 Göyçayda gənc qadın özünü kanala atdı 16 İyul 2019, 22:04 “Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Quba və Xaçmaza infotur təşkil olunub 16 İyul 2019, 19:50 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı 16 İyul 2019, 18:45 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20 Manat və dolların sabahkı məzənnəsi 16 İyul 2019, 17:05 Rövşən Rzayev vətəndaşları qəbul etdi 16 İyul 2019, 16:59 Şəmkirdə muzey əşyaları ilə bağlı təqdimat keçirildi 16 İyul 2019, 16:54 Türk alimləri süni ürək və qaraciyər hazırlayır 16 İyul 2019, 16:43 Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA 16 İyul 2019, 16:42 Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi 16 İyul 2019, 16:35 Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü 16 İyul 2019, 16:32