Modern.az

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb

Aktual

3 Yanvar 2019, 10:35

Ötən gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 13-u “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub