Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ  

Sabah hava necə olacaq? - PROQNOZ   

3 Yanvar 2019, 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz  8-10 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  766  mm  civə  sütunundan  761  mm  civə sütununa enəcək.  Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq. 

Azərbaycanın rayonlarında – sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz - Yanvarın 4-ü axşamdan 5-i səhərədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 

Xəbərdarlıq - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 05-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.


Rayonlarda yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir