Arxiv
8 Yanvar 2019, 11:45 | ƏDƏBİYYAT
Mobil telefonla yazılan “Çuğullar”

Nemət Mətin

 

“Çuğullar” kitabını oxuyuram. Azər Qismətin qələmi iti, sözü kəsərli, fikirləri gecələr parlayan ay kimi aydındır. Böyük mütaliə bazası ona imkan verir ki, sözlərlə tanqo oynasın. Fikirlərinə düzüm vermək onun üçün iki vur ikidir. Cümlələr qəliz, eyni zamanda təsirli, oxucudan xüsusi diqqət tələb edəndir. Azərin "çuğulları" ölkə boyu səpələniblər. Müəllif romanda Azərbaycanı qarış-qarış gəzib. Müxtəlif xasiyyətli insanların həyatı sadəcə vərəq dolsun deyə təsvir olunmur. Hər birinin həyatını danışarkən yazıçının məqsədi hansısa bir fikri anlatmağa yönəlib. Sanki ibrətamiz məsəllər oxuyursan və ya dağ başında qoca rahib sənə hadisələrin mahiyyətini anladır.

“Çuğul” sözünün mənasına nəzər yetirək. Ərəbcə olan şaqul (rusca: отвес) sözünün təhrifindən əmələ gəlib. Ustalar hörgü zamanı ondan istifadə edirlər ki, divarda əyrilik alınmasın. Söz bizdə mə­cazi məna da kəsb edib: “xəlvət işi xəbər verən” anlamında işlədilir (çuğullamaq). Müəllif əsərdə qeyd edir ki, mənim ölkəmdə əksəriyyət çuğulları sevmir. Hətta quldura, başkəsənə yaxşı münasibət bəslənilir, nəinki çuğulara...

 Fikrimcə, hər ölkənin, dövlətin, hakimiyyətin, imperiyanın ayaqda qalması üçün çuğullar böyük rol oynayır. Çingizxanın dünyanı fəth etməsində çuğulların birbaşa əməyi var. Hətta Napoleon öz çuğullarından ordu üçün istifadə edirdi. Düşmən ərazisində xəbər yayırdılar. Guya, Napoleonun düşmən hökmdarından 3 dəfə çox silah-sursatı, döyüşçüləri var. Bir növ düşmən gözünü qorxudurdular. Stalin isə çuğullarının hesabına ölkəni idarə edirdi. Kimin tövləsində neçə baş inək vardısa, onlar bilirdilər. Adətən böyük imperiyaların dağılması çuğulların azlığına və ya üstlərində idarənin itirilməsinə görə baş verir. 

  Çuğulların vicdanlısı da olur. Nitratı çox olduğu üçün kartofları müsadirə etmək istəyən çuğul kəndlinin gözlərindəki bədbəxtliyi təsvir etdiyi məqam təsirli idi. Başqa bir hadisədə toyuqları yağlı etmək üçün milçəkdən qurd düzəldib toyuqlara yedizdirən kəndlini tutan çuğuldan danışılır. Oxucu özü qərar verməlidir. Çuğullar düzgün hərəkət edirlər, ya yox...

 Rotterdamlı Erazm İtaliyadan İngiltərəyə dönərkən bir həftəyə qələmə aldığı, özünün ciddi qəbul etmədiyi, amma ona dünya şöhrəti gətirən əsas əsəri sayılan “Axmaqlığın tərifi” kitabında yazır:

  “Axmaqlar ən möhtəşəm hökmdarlar üçün o dərəcədə əyləncəlidir ki, bəziləri onlarsız nə süfrə arxasına keçir, nə gəzintiyə çıxır, nə də bircə saat qərar tuta bilir”. Hətta müəllif qeyd edir ki, hökmdarlar axmaqları aqillərdən üstün tuturlar. Çünki acı həqiqətdənsə, bəzən şirin axmaqlıq daha huzurlu təsir bağışlayır. “Çuğullar”ı oxuyarkən Erazmın sözlərini xatırladım. Axmaqların çuğullara oxşarlığı çoxdur…

 Yazıçı əsərdə ürək yanğısı ilə nəinki çuğulları, eyni zamanda geridəqalmışları, cahilləri öz düşüncə ələyindən keçirir. Onun daha bir unikallığı yenilikçi olmağındadır. Təbiət təsvirlərini müasir üslubda təqdim edir. Məsələn, kəndin təsvirinə baxaq: "Qədim kənd. Üstü kirəmitli evlər, çat-çat boyalı şüşəbəndlər. Bəlkə də, Renuar illərlə buradan çıxmazdı ki, hər evi çəkib gözünün qurdunu öldürsün. Van Qoq sapsarı günəbaxanları, neçə əsr əvvəl çökəklikdə yaranan gölü, sahilində tilovla balıq tutan kəndliləri çəkməsəydi, əl çəkməzdi: and içirəm ki, bu, onun ən məşhur əsəri olardı. Meşəlik o qədər cəngəlliyə bənzəyirdi ki, Daniel Orteqa uzaq Nikaraquadan gəlib inqilab edərdi ki, sarmaşıq kimi bir-birinə dolanan nazik gövdəli ağaclar arasında gizlənə bilsin. Çörçil siqarın tütününü burda yetişdirər, içdiyi rus arağının spirtini burda çəkdirərdi. Tereza ana kəndli qadınlardan fərqlənməz, əyilib-durub göy-göyərti becərərdi".

 Azər Qismətin kitabı sadə telefonunun qeyd bölməsində yazdığını biləndə heyrətləndim. İnsanda bir səbrə baxın. Hər gün evdən işə gələndə hissə-hissə yazdığı əsər sonda kitab halına gəlib. Hər gün yarım səhifə yazını işdə kompüterə köçürərək iri həcmli roman ərsəyə gətirib. Mendeleyevin sözü olmasın: “Qeyd edilməmiş fikir, itirilmiş xəzinəyə bərabərdir”.

 Obrazların xasiyyətləri o qədər dərindən göstərilir ki, teatr tamaşası qurulsa, asanlıqla aktyorlar rolun öhtəsindən gələrdilər. Bir nəfəsə oxuyub bitirə bilmədiyim kitablardan olan "Çuğullar" çağdaş Azərbaycan romanları içində maraq oyadan tək-tük əsərlərdəndir. Adıçəkilən əsər yazı texnikasına görə bir yenilikdir. Hazırlıqlı oxucu üçün nəzərdə tutulan “Çuğullar” romanı hər dövrdə mövzu cəhətdən öz aktuallığını qoruyub saxlayacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti ucuzlaşdı 20 İyun 2019, 23:37 Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20