Arxiv
18 Yanvar 2019, 12:30 | AKTUAL
İranlı generalın Bakıdan Ermənistana verdiyi MESAJLAR

“Prezident İlham Əliyev yanvarın 16-da İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerini iqamətgahında qəbul etdi. Prezident Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi. Həqiqətən Iran-Azərbaycan əlaqələri indiki qədər intensiv olmamışdı”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, son illər ərzində İran və Azərbaycan prezidentləri arasında 10-dan çox görüş keçirilib:

 

“Bu il ərzində Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü də nəzərdə tutulub. Budəfəki görüş yeri Moskvadır.

 

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov da Məhəmməd Baqeri ilə görüşdü. Oqtay Əsədov iranlı qonaqla görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafından danışdı. Oqtay Əsədov özü də bu yaxınlarda Tehranda səfərdə olmuş və prezident Həsən Ruhani tərəfindən qəbul edilmişdi. Xatırlatmaq lazımdır ki, İran prezidentləri Tehranda nadir hallarda xarici ölkələrin parlament sədrləri və ya nazirləri ilə görüşürlər. Ancaq İran prezidenti Azərbaycan üçün istisna etdi. Digər tərəfdən Azərbaycan rəsmilərinin Tehrana səfərlərinin proqramının hazırlanmasında İranın Azərbaycandakı səfiri, əslən azərbaycanlı Cavad Cahangirzadə fəal iştirak edir. Cavad Cahangirzadə səfir olmasına baxmayaraq, İranın yüksək vəzifəli şəxsləri, o cümlədən İran parlamentinin sədri Əli Laricani ilə sıx əlaqələri var və o bu əlaqələrdən istifadə edərək iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirməyə çalışır.

İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqeri Bakıda maraqlı açıqlama verdi. Məhəmməd Baqeri bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.

 

İran rəsmiləri əvvəllər də bir neçə dəfə Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulamışdılar. Ancaq Məhəmməd Baqeri bu dəfə Qarabağla bağlı açıqlamanı elə dedi ki, sanki Tehran Qarabağ məsələsində Azərbaycana dəstəyi artırmağa hazırdır. Digər tərəfdən, İran ordusunun baş qərargah rəisi Qarabağla bağlı açıqlamanı xüsusi vurğulamaq üçün Bakıda televiziya jurnalistləri (içərilərində İranın televiziya kanallarının əməkdaşları da çox idi) üçün qısa birifinq keçirdi. Yəni sanki Məhəmməd Baqeri istəyirdi ki, onun Qarabağla bağlı açıqlamasını hamı eşitsin”.

Politoloq Məhəmməd Baqerinin Azərbaycana dəstək açıqlamasının səbəblərini də izah edib:

 

“Birincisi, Məhəmməd Baqeri əslən azərbaycanlıdır, Təbrizdə doğulub. İran hakimiyyətində və dini dairələrində azərbaycanlıların sayı az deyil. Əlbəttə, bu azərbaycanlıların bir qismi İranın milli və təhlükəsizlik maraqlarından çıxış edirlər. Ancaq hətta həmin azərbaycanlılar görürlər ki, İranda heç də hər şey qaydasında deyil və onların bir qismi azərbaycanlıların təbii maraqlarına simpatiya ilə yanaşırlar. Həmin azərbaycanlıların bir qismi İranın Ermənistanla əlaqələrinə də xoş baxmaya bilərlər. Mümkündür ki, Məhəmməd Baqeri bir azərbaycanlı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana qətiyyətli dəstəyi Bakıda vurğulamağı lazım bilib. Baqeri Bakıdakı açıqlamasını İran prezidenti və ya ali dini lideri ilə razılaşdırmaya da bilərdi. Baqerinin açıqlaması öz liderlərinə mesaj əhəmiyyəti də daşıya bilərdi, yəni Tehran Ermənistanla münasibətlərdə Azərbaycan torpaqlarının işğalı amilini unutmamalıdır.

 

İkincisi, Məhəmməd Baqerinin açıqlaması Tehranın düşünülmüş siyasəti də ola bilər. Moskva kimi Tehran da Ermənistanın yeni baş naziri Nikol Paşinyanın xarici siyasətindən narazı ola bilər. Ermənistan hakimiyyətindəki “Qarabağ klanı” 20 il həm Moskvanı, həm də Tehranı qane edirdi. Çünki, “Qarabağ klanı” Moskva ilə Tehranın oyun qaydalarını qəbul etmişdi. Paşinyan “Qarabağ klanının” cızdığı oyun qaydalarını qəbul etmir. Ona görə də Tehran Paşinyana ehtiyatla yanaşır. Mümkündür ki, Tehran Azərbaycana dəstəyini bir qədər artırmaqla Paşinyana təzyiq etmiş olur. Bu halda Məhəmməd Baqerininin açıqlaması Tehranın Paşinyana təzyiq vasitəsinin tərkib hissəsidir”.

 

Son bir il ərzində İrandan Azərbaycana gələn yüksək rütbəli hərbçilərin sayının artdığını vurğulayan E. Şahinoğlu bildirib ki, görünür, Tehran bu yolla Azərbaycanın ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacağına əmin olmaq istəyir:

 

“Rəsmi Bakı hər dəfə deyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq, üçüncü dövlətlərin əlində alət olmayacaq və s. Ancaq bu açıqlamalar heç də həmişə İran rəsmilərini və hərbçilərini rahatlatmır. Ona görə də onlar hər dəfə Bakıya gəlir və eyni açıqlamaları Azərbaycan rəsmilərinin dillərindən eşitmək istəyirlər. Məhəmməd Baqeri də bunun qarşılığında Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verdiklərini söylədi. Ancaq Azərbaycan üçün bu azdır. Azərbaycanın Tehrandan gözləntisi budur ki, İran Qarabağ məsələsində Türkiyə kimi mövqe tutsun, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla diplomatik əlaqələri kəssin, sərhəddi qapatsın. İran belə bir addım atarsa bu Nikol Paşinyanın Qarabağ siyasətini ciddi korrektəyə məcbur edə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ" daha bir qələbə qazandı 23 Sentyabr 2019, 21:27 Kürdəmirdə kütləvi dava: yaralılar var 23 Sentyabr 2019, 21:14 Salyana yeni rəis təyin olundu 23 Sentyabr 2019, 20:58 Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir 23 Sentyabr 2019, 20:46 Putin Ermənistana gedir 23 Sentyabr 2019, 20:30 Bakıda qayınata gəlinini baltalayaraq öldürüb 23 Sentyabr 2019, 20:17 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı 23 Sentyabr 2019, 20:03 “Əfqan Muxtarlı aclığa başlayıb” - Penitensiar Xidmət 23 Sentyabr 2019, 19:58 Bakı Dəmiryolu Vağzalında fəhlə yıxılaraq xəsarət alıb   23 Sentyabr 2019, 19:49 Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb 23 Sentyabr 2019, 19:40 Kişinin başına dəmir parçası düşdü   23 Sentyabr 2019, 19:29 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu - FOTO 23 Sentyabr 2019, 19:20 Məmmədyarov həmkarı ilə görüşdü 23 Sentyabr 2019, 19:09 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO 23 Sentyabr 2019, 19:00 Nazirlər Kabinetində büdcə müzakirələri 23 Sentyabr 2019, 18:53 Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü 23 Sentyabr 2019, 18:44 “Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR   23 Sentyabr 2019, 18:35 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA 23 Sentyabr 2019, 18:26 Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO 23 Sentyabr 2019, 18:15 Oqtay Əsədov qızıl medalla təltif olundu 23 Sentyabr 2019, 18:06 Elmar Məmmədyarov argentinalı nazirlə əməkdaşlığı müzakirə etdi 23 Sentyabr 2019, 17:58 Manatın sabahkı məzənnəsi necə olacaq... 23 Sentyabr 2019, 17:42 Müəllimlərin işə qəbulunun II turu üzrə nəticələr açıqlandı 23 Sentyabr 2019, 17:36 Ağacın dibini betonlayan şəxs cəzalanıb 23 Sentyabr 2019, 17:35 ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb 23 Sentyabr 2019, 17:33 Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26 Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56 “Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi 23 Sentyabr 2019, 16:53 İlham Əliyev 13 milyon manatlıq sərəncam imzaladı 23 Sentyabr 2019, 16:52 Həftədə neçə kiloqram arıqlamaq olar? – Dietoloqdan XƏBƏRDARLIQ 23 Sentyabr 2019, 16:46 Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 23 Sentyabr 2019, 16:38 Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI 23 Sentyabr 2019, 16:31 Füzuli Rzaquliyev: “Sizcə, bu şərəfsizlərin torpaq  qaytarmaq fikri olar?!” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 16:20