Modern.az

Həmşincə, ermənicə?  

Həmşincə, ermənicə?   

26 Yanvar 2019, 15:47

Türkiyədə həmşinlər adlı kiçik bir xalq yaşayır. Həmşinlərin öz dili və mədəniyyəti var. Araşdırmacı Mahir Özkan həmşin dili ilə bağlı tədqiqat aparıb. O hesab edir ki, xristian ermənilər olduğu kimi, müsəlman ermənilər də var və bunlar həmşinlərdir.  

Mahir  Özkan  həmşinlərlə bağlı kitab da yazıb. O, kitabda qeyd edir: “Xristian ermənilər olduğu kimi, müsəlman ermənilər də var. Sonunda hər kəs bunu qəbul edəcək.  Kimsə bunu bizə qadağan edə bilməz. Erməni dilini istifadə edirik və erməni mədəniyyəti və tarixi ilə bağlılığımız var. Kimsə bunu rədd edə bilməz".

Qeyd edim ki, Mahir Özkanın “Həmşinin öyküləri” kitabı çap olunmazdan öncə hissə-hissə ermənilərə məxsus "Agos" qəzetində yayımlanıb.

Bir önəmli məqamı da diqqətə çatdırım ki, Mahir Özkanın dəstəkçisi Türkiyədəki erməni kilsələri, özəlliklə Ortadoks erməni kilsəsidir. Onlar “Həmşinin öyküləri” kitabına sponsorluq da ediblər. “Həmşinin öyküləri” kitabı həmşin və erməni dilində yayımlanıb, kitabda hər iki dil qarşılaşdırılıb. Erməni və həmşin ədəbiyyatının bağlantısı verilib. 

Bu məsələylə bağlı Türkiyədə fikirlər iki yerə bölünüb. Həmşinlər daha çox Rizə və Artvində yerləşib. Son illər isə  Kocali Düzcedə məskunlaşmağa başlayıblar.  Orda həmşin mədəniyyət və araşdırma dərnəyi də yaradılıb. 

Həmşinlərlə bağlı Türkiyədə fikirlər müxtəlifdir. Əsilsiz Erməni İddialarıyla Mücadilə Dərnəyinin rəhbəri Göksel Gülbey isə həmsinlərin türk olduğunu deyir. Onun Modern.az-a bildirdiyinə görə,  həmşinlər Ermənistan dövləti və erməni lobbisinin gizli planına daxil edilib. Ermənilər həmşincənin erməni şivəsi və dili  olması ilə bağlı  durmadan konfranslar keçirir və bunu həmşinlərə də diqtə etməyə çalışırlar

Göksel Gülbey deyir ki, bölgədəki  ermənilər və PKK ilə işbirliyi edən həmşinlər var və ermənilər də Mahir Özkan kimi araşdırmaçılar vasitəsilə onlardan istifadə edirlər.  

Qeyd edim ki, Türkiyənin Qara dəniz bölgəsindəki həmşinlər də iki qrupa bölünüb. Onların da bir hissəsi erməni kökənindən gəldiklərini və dillərinin ermənicə olduğunu bildirirlər. Digər qrup isə həmşinlərin müstəqil bir millət olduğunu, özlərinə məxsus dilə və mədəniyyətə malik  olduqlarını bildirirlər. 

 Məhsəti Şərif

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir