Modern.az

Məşhur  aktyor  vəfat etdi

Məşhur  aktyor  vəfat etdi

8 Fevral 2019, 19:30

Məşhur ingilis aktyoru Albert Finni 82 yaşında vəfat edib.

Modern.az  xəbər verir ki, A.Finni beş dəfə Oskar mükafatına namizəd olub. O, Kral Dramatik İncəsənət Akademiyasında teatr aktyoru kimi fəaliyyətə başlayıb. Aktyor sonralar özünü filmlərdə sınayıb. “Şənbə gecəsi və bazar günü”, “Tom Cons”, “İki yol”, “Böyük balıq”, “Bornun ultimatumu” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Qızıl Qlobus, Emmi və s. mükafatlar laureatı olan Finni, dörd dəfə ən yaxşı aktyor adına layiq görülüb. (Azərtac)

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı