Arxiv
12 Fevral 2019, 16:09 | AKTUAL
Sosialyönümlu siyasәt strategiyası - İnsanlara yüksәk qayğı prinsipi 

Elman Babayev


2018-ci il prezident seçkilərindən sonra ötən 10 aya yaxın müddət ərzində dövlət başçısının verdiyi qərarlar, başladılan yeni islahatlar hakim komandada hər hansı arxayınlaşmanın yaranmadığını, əksinə daha böyük hədəflərə nail olmaq xətti götürüldüyünü isbat edir. Problemlərin üstünə gedilməsi, ictimai rəylə daha çox hesablaşmaq xətti götürülüb ki, bu da bilavasitə çatışmazlıqların həllinə əlavə stimul verir. 

 

Bu qısa dövrdə həyata keçirilən siyasəti analiz etdikdə, Azәrbaycan Prezidentinin ona bәslәnilәn yeni ümidlәri tam doğrultduğunu, cәmiyyәtin bütün gözlәntilәrini gerçәklәşdirmәyә çalışdığını, hәr bir fәrdin marağına cavab verәn çevik vә qәtiyyәtli qәrarlar qәbul etdiyini vurğulamaq mümkündür.

Prezident ictimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması xəttinə sadiq qalmaqla, qeyri-neft sektorunun ümumi daxili mәhsuldakı çәkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müәssisәlәrinin açılması, işsizlik probleminin tam aradan qaldırılması, vәtәndaşların sosial müdafiәsi naminә yeni və mühüm əhəmiyyət daşıyan qərarlar qəbul edib.

Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi ardıcıl siyasəti qısaca xarakterizə edən istiqamətlərə diqqət etsək,

 

-         Azərbaycan vətəndaşlarının sosial problemlərinin həllinin dövlət siyasətində ön plana çəkilməsi;

 

-         Davamlı inkişaf tempinin əhalinin sosial rifahının yaxşılaşdırılmasında öz əksini tapması;

 

-         Mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenilənməsi

 

kimi hədəflərin əsas götürüldüyünü deyə bilərik.

 

Dövlət başçısının qәbul etdiyi fundamental qәrarlar, imzaladığı sәrәncamlar onun daim xalqın mәnafeyindәn çıxış etdiyini, habelә verdiyi vәdlәrin sırf әmәli fәaliyyәtә, reallığa adekvat olduğunu sübuta yetirir.

 

İlham Əliyevin ümumilikdə, son 15 illik prezidentlik dönəmi də bu cür qərarlarla kifayət qədər zəngindir. Son 15 ildə Azәrbaycan iqtisadiyyatının yeni vә daha intensiv mәrhәlәsini yaşayıb. Əldə olunan iqtisadi dividentlərin vətəndaşın rifahına yönəldilməsi nəticəsində sosial sferada ciddi irəliləyişlər əldə olunub.

 

İlham Əliyev prezidentlik dönəmində islahatları yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirərək, verdiyi hәr bir vәdi әmәli işi ilә doğruldub, insanlara yüksәk qayğı prinsipinә әsaslanan sosialyönümlu siyasәt strategiyası hәyata keçirilib.

 

Rəqəmlərə müraciət etsək,

-         son 15 il ərzində (son artımlar nəzərə alınmaqla) maaşlar 8,  pensiyalar 10 dəfə artıb;

-         3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib;

-         640 tibb müəssisəsi tikilib və yenidən qurulub;

-         son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib;

-         şəhid ailələri, müharibə veteranları, müharibə əlillərinə 6650 mənzil təqdim edilib.

 

Siyahını daha da genişləndirib bura son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etməsini, ümumi daxili məhsulun 3,3 dəfə artımının qeydə alınmasını, yaradılan yeni iş yerlərini, aztəminatlı təbəqənin sosial müdafiəsinə yönəldilən xərcləri və s. əlavə etmək olar.

 

Gəlinən nəticə odur ki, əldə olunan nailiyyətlər əhalinin sosial rifahının yaxşılaşmasında öz əksini tapmaqdadır. Bazar iqtisadiyyatının diktә etdiyi şәrtlәrin aztәminatlı vәtәndaşların mәnafeyinә toxunmaması həyata keçirilən siyasətin əsas qayəsidir.  Bütün hallarda aztәminatlı tәbәqәnin maraqları mütlәq şəkildə nәzәrә alınıb və alınmaqdadır. Əminliklə vurğulamaq olar ki, ölkәmizin inkişafı üçün atılan hәr bir addımın bu tәbәqәnin maraqlarına vura bilәcәyi cüzi ziyan belә, tәxirәsalınmaz sosial müdafiә tәdbirlәri hesabına kompensasiya olunur.

 

Təqribən ay yarımını arxada qoyduğumuz 2019-cu ilin də ilkin təhlilləri məhz sosialyönümlü siyasətin öndə olduğunu deməyə əsas verir. İqtisadi inkişafın bilavasitә әhalinin sosial müdafiәsindә әks olunması konsepsiyasının müddәaları uğurla hәyata keçirilir.

Son həftələr ərzində şəhid ailələrinin birdəfəlik müavinətlə bağlı  problemləri kökündən həll edilib, onlara verilən prezident təqaüdü 58 manat artırılıb, eyni zamanda minimum əməkhaqqı və pensiyalar artırılıb. Prezident ortaya çıxan ayrı-ayrı sosial problemlərin həllini dərhal nəzarətə götürüb və onlar həll edilib.

Sevindirici hal odur ki, prezidentin rəhbərliyi ilə hakim komandanın həyata keçirdiyi siyasət daha çevik xarakter almaqla, yoxsulluğun tam aradan qaldırılmasını hədəfləyib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVID-19 qurbanlarının sayı 2 477 nəfərə çatıb 31 May 2020, 00:59 Bu qadağalar iyunun 15-dək qüvvədə qalacaq 31 May 2020, 00:51 Bakıda 21 yaşlı gənc bıçaqlandı 31 May 2020, 00:48 Açıq havada idman yarışları keçirməyə icazə verildi 31 May 2020, 00:38 Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 31 May 2020, 00:32 İri ticarət mərkəzləri və "Mall"lar açılır 31 May 2020, 00:17 Restoran, kafe və çay evlərinin iş saatı 22:00-dək UZADILDI 31 May 2020, 00:06 Bu gündən bəzi məhdudiyyətlər ləğv edilir - RƏSMİ 31 May 2020, 00:01 İlin kosmik hadisəsi: “SpaceX” ilk dəfə fəzaya insan göndərdi - VİDEO 30 May 2020, 23:47 Nyu-Yorkda 200-dən artıq etirazçı saxlanılıb 30 May 2020, 23:39 Azərbaycan-İran sərhədində yanğın 30 May 2020, 23:26 Daha 710 “Taliban” üzvü azad edildi 30 May 2020, 23:13 Xırdalanda yaşayış binasında yanğın oldu 30 May 2020, 23:00 Rusiyada terrorçular məhv edildi 30 May 2020, 22:42 Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA 30 May 2020, 22:28 Liderlər Honkonq və Liviyadakı vəziyyəti müzakirə etdi 30 May 2020, 22:12 Türkiyədə 126 984 nəfər koronavirusdan sağalıb 30 May 2020, 22:00 Daha bir ölkədə maska taxmaq məcburi oldu 30 May 2020, 21:46 Son sutkada daha 215 nəfər koronavirusdan öldü 30 May 2020, 21:31 Xüsusi karantin rejimi daha bir ay uzadılıb 30 May 2020, 21:17 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO 30 May 2020, 21:16 Prezident ötən il üçün gəlirlərini açıqladı 30 May 2020, 21:03 İtaliyada sutkalıq koronavirus qurbanları yenidən artdı 30 May 2020, 20:54 Azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib 30 May 2020, 20:43 Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır 30 May 2020, 20:29 Türkiyədə daha bir şəhid verdi 30 May 2020, 20:16 Ağ Evin qarşısında etirazlar başlayıb 30 May 2020, 20:01 Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva 30 May 2020, 19:58 Koronavirusun peyvəndi nə zaman hazır olacaq? 30 May 2020, 19:30 Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30