Arxiv
12 Fervral 2019, 18:55 | AKTUAL
“Mənəviyyatsızlaşdırma tendensiyasına son qoymaq azərbaycanlıların ümdə borcudur” - Deputat

“Hazırda beynəlxalq münasibətlərdə çox mürəkkəb mərhələdən keçirik. Bu, heç şübhəsiz ki, dövlətlərarası və beynəlxalq münasibətlərdə də yeni keyfiyyət dəyişikliyi yaradır və bu prosesdə biz yeni hadisənin “təntənəsinin” şahidi oluruq. Əlbəttə ki, bu, netokratiya, yəni  şəbəkə hakimiyyəti adlandırılan yeni hakimiyyət növünün milli dövlətlər  üzərində təcrübədən keçirilməsidir. Və qlobal dövlət adlandırılan dövlətə məhz milli dəyərlərdən uzaq, yeni informativ əsaslarda formalaşan vətəndaşların identifikasiyası prosesi gedir. Bu uzun müddətli prosesdir və artıq başlayıb”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

Hikmət Babaoğlu bildirib ki, bu prosesin hədəfi milli dövlətlər və milli maraqlardır: “Prosesin birinci  mərhələsi dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma ilə başlayır.

 

İkinci  mərhələ lidersizləşdirmədir və sonda  hədəf dövlətsizləşdirmə mərhələsinə qədər gəlib çatır. Biz hamımız azərbaycanlıyıq. Harada yaşamağımızdan, hansı peşə ilə məşğul olmağımızdan, hansı siyasi dünyagörüşünün daşıyıcısı olmasından asılı olmayaraq, hər birimizin ən ümdə vəzifəsi Vətəni, dövləti qorumaqdır. Ona görə də, düşünürəm ki, son dövrlərdə müşahidə etdiyimiz dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma tendensiyasına son qoymaq bütün azərbaycanlıların ümdə borcudur”.

 

Çıxışı zamanı Azəraycanda çap mediasının vəziyyətinə toxunan millət vəkili söyləyib ki, Azərbaycan Prezidenti milli mətbuatın böyük hamisi və dostudur. “Əgər Azərbaycanda bu günə qədər çap mediası varsa, buna görə Prezident İlham Əliyevin himayəsinə borcludur. Düşünürəm ki, bundan sonrakı mərhələdə də çap mediasının yaşaması üçün hamıdan çox Azərbaycan Prezidenti narahatdır və çap mediasının yaşaması  üçün bundan sonra da lazımi addımlar atacaqdır. Hazırda informasiya cəmiyyətində, infiormasiyanın əldə edilməsi, bölünməsi üçün yeni mərhələ baş verir. Bu prosesdə də çap mediası sona qədər öz rolunu oynayacaq”-deyə, Hikmət Babaoğlu vurğulayıb.

 

Türkiyə Böyük Millət Məclisi  tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentinin 100 illik yubileyi ilə bağlı pul sikkəsinin  hazırlanaraq deputatlara təqdim edilməsini də yüksək qiymətləndirən millət vəkilinin sözlərinə görə, yalnız “Bir millət, iki dövlət” fələsəfəsilə yaşayan ölkənin parlament rəhbəri belə bir addım ata bilərdi: “Biz məhz qardaş ölkə tərəfindən belə bir addımın şahidi olduq və  bunu qürurla qəbul edirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
4 ballıq  zəlzələ Gürcüstanı silkələdi 23 Sentyabr 2019, 21:57 “Ermənistanın məsuliyyətsiz davranışı sülh danışıqlarını şübhə altına salır” - Elmar Məmmədyarov 23 Sentyabr 2019, 21:43 "Qarabağ" daha bir qələbə qazandı 23 Sentyabr 2019, 21:27 Kürdəmirdə kütləvi dava: yaralılar var 23 Sentyabr 2019, 21:14 Salyana yeni rəis təyin olundu 23 Sentyabr 2019, 20:58 Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir 23 Sentyabr 2019, 20:46 Putin Ermənistana gedir 23 Sentyabr 2019, 20:30 Bakıda qayınata gəlinini baltalayaraq öldürüb 23 Sentyabr 2019, 20:17 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı 23 Sentyabr 2019, 20:03 “Əfqan Muxtarlı aclığa başlayıb” - Penitensiar Xidmət 23 Sentyabr 2019, 19:58 Bakı Dəmiryolu Vağzalında fəhlə yıxılaraq xəsarət alıb   23 Sentyabr 2019, 19:49 Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb 23 Sentyabr 2019, 19:40 Kişinin başına dəmir parçası düşdü   23 Sentyabr 2019, 19:29 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu - FOTO 23 Sentyabr 2019, 19:20 Məmmədyarov həmkarı ilə görüşdü 23 Sentyabr 2019, 19:09 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO 23 Sentyabr 2019, 19:00 Nazirlər Kabinetində büdcə müzakirələri 23 Sentyabr 2019, 18:53 Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü 23 Sentyabr 2019, 18:44 “Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR   23 Sentyabr 2019, 18:35 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA 23 Sentyabr 2019, 18:26 Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO 23 Sentyabr 2019, 18:15 Oqtay Əsədov qızıl medalla təltif olundu 23 Sentyabr 2019, 18:06 Elmar Məmmədyarov argentinalı nazirlə əməkdaşlığı müzakirə etdi 23 Sentyabr 2019, 17:58 Manatın sabahkı məzənnəsi necə olacaq... 23 Sentyabr 2019, 17:42 Müəllimlərin işə qəbulunun II turu üzrə nəticələr açıqlandı 23 Sentyabr 2019, 17:36 Ağacın dibini betonlayan şəxs cəzalanıb 23 Sentyabr 2019, 17:35 ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb 23 Sentyabr 2019, 17:33 Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26 Ölkə fəlakət içində: Fövqəladə vəziyyət elan olundu! 23 Sentyabr 2019, 17:10 Bakıda dələduz  “general” tutuldu - FOTOLAR 23 Sentyabr 2019, 17:04 Tələbələrin NƏZƏRİNƏ: “Nar” təqaüd proqramı elan edir! 23 Sentyabr 2019, 16:56 “Azərsu” rəsmiləri vətəndaşları qəbul etdi 23 Sentyabr 2019, 16:53 İlham Əliyev 13 milyon manatlıq sərəncam imzaladı 23 Sentyabr 2019, 16:52 Həftədə neçə kiloqram arıqlamaq olar? – Dietoloqdan XƏBƏRDARLIQ 23 Sentyabr 2019, 16:46 Fədayə Laçının məhkəməsi yenə təxirə salındı 23 Sentyabr 2019, 16:38