Arxiv
16 Fervral 2019, 21:20 | DİASPOR
Anaları azərbaycanlı, ataları banqladeşli olan amerikalı bacılar - FOTOLAR  

İlahə Süleymanova-Hosman əslən Tərtər rayonundandır. 14 ildir Banqladeş əsilli Anvor Hossainla (Ənvər Hüseyn) ailə qurublar. 4 övladları var - 2 qız, 2 oğlan. İlahə xanım Bakı Asiya Universitetini bitirib. Bir müddət "Lukoil" neft şirkətində tərcüməçi işləyib. Ömür-gün yoldaşı maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Hazırda ABŞ-ın Nyu York ştatında yaşayırlar. 

Bu gün mən sizə İlahə xanımdan deyil, qızları Şevrin və Şannendən söhbət açacam. Şevrinin 12, Şannenin 10 yaşı var...

Əvvəlcə Şevrin barəsində

O, 6-cı sinifdə oxuyur, dərs əlaçısıdır. Eyni zamanda rəqsə gedir. "Broadway Dance" məktəbinin rəqqasələrindən biridir və 6 fərqli rəqs üzrə məşqlər edir. Şevrin bir çox ölkələrdə yayımlanan, uşaqların çox sevdiyi “Super Why” cizgi filminin baş qəhrəmanlarını səsləndirib...

İndi də Şannen haqqında

5-ci sinifdə oxuyur. Musiqi alətlərinə çox böyük marağı var. Piano və skripkada sərbəst ifa edir…


Bacılar, ay bacılar…

"Travel Channel"də yayımlanan "Mysteries at the Museum" filmlərində hər iki bacı birlikdə müxtəlif rollar alıblar. Bundan əlavə karatenin Taevando növü ilə birgə məşğul olurlar, "Swim Team" üzgüçülük məktəbinə gedirlər…

Son 3 ildə bu iki bacı birlikdə və ayrılıqda filmlərdə, verilişlərdə, uşaq talk-şoularında, reklamlarda çəkiliblər və müxtəlif cizgi filmlərini səsləndiriblər. 

Şannenin ilk rolu ona böyük şöhrət gətirib. Bollivud ulduzu Priyanka Çoprani haqqında çəkilən reklam çarxında sənətkarın uşaqlığını canlandırıb.

Şannen hazırda dünyada tanınan, 45 ölkədə yayımlanan "Master Chef Junior" telemüsabiqəsinə qatılıb. Bu müsabiqə Amerika və Kanadada yaşayan 8-13 yaşlı uşaqların arasında aparılır. Təxminən 4 mərhələdən ibarət olan seçim turuna minlərlə uşaq qatılsa da cəmi 24 iştirakçı seçilir. Şannen də bu 24 uşağın arasındadır. O, bütün sınaqlardan uğurla keçdiyi üçün bu müsabiqədə iştirak etmək hüququ qazanıb. Yarışmaya münsiflik edən insanların arasında Qordon Ramsey, Kristina Tosi, Aaron Şancez kimi dünya şöhrətli aşpazlar da var. Əgər Şannen bu müsabiqənin qalibi olsa 100 min dollar pul mükafatına layiq görüləcək…


Azərbaycana sevgi

Haqqında ABŞ mətbuatında çox məqalələr yazılıb, çox müsahibələrin qəhrəmanı olub. Qəzetlərdən birinin əməkdaşı Şannenə sual verir,- “Sən bu qədər fərqli və dadlı yeməklər hazırlamağı necə öyrənmisən?”
O isə - “Anam Azərbaycandan olduğu üçün evdə həmişə yemək hazırlayır. Və adətən bişirdiyi yeməklər çox fərqli olur. Anamın vətəni olan Azırbaycanı insanların çoxu tanımır. Mən xüsusi olaraq kulinariya kurslarına getməmişəm. Elə evdə anamdan öyrənmişəm yemək hazırlamağı, çünki bu işi sevə-sevə edirəm, demək olar ki, elə anam mənim ilk müəllimimdir. Mən Azərbaycan mətbəxinin təamlarını da hazırlaya bilirəm. Atam Banqladeşdən olduğu üçün, gələcəkdə məni o yerlərə aparsa, hind yeməklərini də hazırlamağı öyrənərəm. Bilirsiniz, hind yeməklərinin tərkidində çoxlu fərqli ədviyyat olur. Əslində, mən həm atamın və anamım birgə mədəniyyətinin təcəssümüyəm"- deyə, cavab verir…

Bu da yekun…

Bəli, ABŞ-ın Nyu York ştatında bir beynəlmiləl ailə var. Həmin ailədə ana azərbaycanlıdır. Övladlarına Azərbaycanı sevdirən bu anaya, balalarını həmişə xoşbəxt görməyi arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55