Arxiv
19 Fervral 2019, 12:53 | DİASPOR
Çikaqoda yaşayan azərbaycanlı cütlük...  

Fərid Məmmədov əslən Lənkəran rayonundandır, 1983-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib...

Deyir ki, - "Amerikaya gəlmək istəyən gənclər heç nədən çəkinməsinlər. Amma gəlməzdən öncə qarşılarına məqsəd qoyub götür-qoy etsinlər. Yaxşı-yaxşı düşünsünlər, burada hər hansı bir ixtisasa yiyələnməsələr, çox çətin olacaq"…

…2000-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 2004-cü ildə bakalavr,2008-ci ildə magistr dərəcələrinə yiyələnib. 2010-cu ilədək müxtəlif şirkət və müəssisələrdə çalışıb. 2010-2012-ci illərdə Xəzər, Azərbaycan Dövlət İqtisad və Qərb universitetlərində müəllim işləyib.
2013-cü ildə ABŞ-ın Texas ştatının Hyuston şəhərinə gəlib. Şirkətlərdən birində çalışa-çalışa Hyuston AİU unversitetində oxuyub. Burada ikinci magistr (MBA) dərəcəsinə sahib olub. Sonra şəxsi biznesini quraraq, yaratdığı şirkətə rəhbərlik edib…

2016-cı ildən Çikaqo şəhərində yaşayır. Onu buraya gətirən səbəb ömür-gün yoldaşı Mehriban xanıma olan məhəbbəti olub…

…Mehriban Məmmədova ixtisasca hüquqşünasdır. İlk ali təhsilini Bakı Dövlət Universitetində, ikinci ali təhsilini isə Çikaqo Loyola Universitetində alıb. Hüquq şirkətlərindən birində hüquqşünas işləyir. Çox bacarıqlı xanımdır, 2015-ci ildə "ABŞ-ın orta qərb ştatları üzrə Azərbaycan mərkəzi" adlı təşkilat yaradaraq, Azərbaycan naminə tədbirlər həyata keçirir. Təşkilat bu günədək milli, rəsmi bayramlarımızın qeyd olunmasında Çikaqoda yaşayan soydaşlarımızı bir araya gətirə bilib. Sonuncu tədbirləri bu günlərdə Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunub. Çikaqoda "İllinois ştatının Holokost Muzeyi və Təhsil Mərkəzi"ndə keçirilən bu tədbirdə Türkiyə, Ukrayna konsulluğunun əməkdaşları və Hindistan, Pakistan, Moldova, Qırğızıstan, Özbəkistan cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər. Mehriban xanımın rəhbərlik etdiyi təşkilatın saytını sizə də təqdim edirəm. Oradan geniş məlumat əldə edə bilərsiz: www.acmaus.org

Fərid bəy Mehriban xanımın bütün tədbirlərində öndə olub, necə deyərlər, bütün işləri çiyin-çiyinə görüblər. Foto çəkməyi çox xoşlayır, boş vaxtlarında qrafik dizaynla məşğul olur…

Hazırda təsis etdiyi tibbi daşıma şirkətinə rəhbərlik edir...

Deyir ki, siləkləri çoxdur: “Gələcəkdə şirkətimi genişləndirib daha böyük layihələri həyata keçirmək istəyirəm. Ailədə iki övlad böyüyür, onlara yüksək təhsil vermək ən böyük arzumdur. Azərbaycanı çox sevirəm. Çalışıram ki, vətənimizi burada yaxşı tanısınlar, xalqımıza rəğbət bəsləsinlər. Ötən il noyabrın 9-da, ABŞ-da ilk dəfə olaraq iri həcimli Azərbaycan bayrağının Çikaqonun mərkəzində dalğalanmasına nail olduq. Zarafat deyil, bayrağın ölçüsü 7x14 metr idi. Bunun hər il təkrar olunması üçün xüsusi razılıq əldə etmişik"…

…Uğurların bol olsun, Fərid!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55