Modern.az

Srebrenitsalı Ana: “BMT-nin konfransında bildirəcəm ki, dünya indiyə qədər Xocalı soyqırımını tanımayıb

Srebrenitsalı Ana: “BMT-nin konfransında bildirəcəm ki, dünya indiyə qədər Xocalı soyqırımını tanımayıb”

Diaspor

23 Fevral 2019, 19:59

"Xocalı soyqırımında öz əzizlərini itirmiş Azərbaycan anaları və qadınları faciənin tanınması məsələsində birləşməli, həqiqətə və ədalətə nail olmalıdırlar".


Modern.az "Report"a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə "Srebrenitsa Anaları" Hərəkatının prezidenti Munira Subaşiç bildirib.

"Biz problemimiz haqqında bütün instansiyalarda danışırdıq. Bu gün səsimizi bütün instansiyalarda eşitdilər - Haaqa tribunalında, bütün beynəlxalq məhkəmələrdə. Biz susmuruq, hər yerdə Srebrenitsa soyqırımı haqqında danışırıq", - deyə M.Subaşiç bildirib.


O, vurğulayıb ki, faciənin gedişatında 10,6 mindən çox insan həlak olub, onların 500-dən çoxu qadınlar və uşaqlardır.

Təşkilat prezidentinin sözlərinə görə, onun özü faciənin gedişatında yaxınlarını - ərini, oğlunu, qaynını, üç qardaşını, iki bacısını, bütovlükdə 22 qohumunu itirib.


"Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və biz Azərbaycan qaçqınlarına rast gəlirik, biz Xocalını faciəmizlə müqayisə etdik. Həmin faciə, həmin ağrı, həmin cinayət. Yeganə fərq ondadır ki, biz faciəmizi sübut etməyə nail olduq, bütün dünya qəbul etdi ki, soyqırım törədilib", - deyə təşkilatın başçısı vurğulayıb.


O, Xocalıda doğmalarını itirmiş anaları və qadınları susmamağa, özlərində güc tapmağa və həqiqətə şahidlik etməyə çağırıb.

"Martın 9-da BMT-nin Srebrenitsa soyqırımına həsr edilmiş konfransında iştirak edəcəyəm. Konfransın gedişatında mütləq bildirəcəm ki, Azərbaycana baş çəkdim, Xocalı faciəsi ilə yaxından tanış oldum, və göstərəcəm ki, dünya Xocalı soyqırımını indiyə qədər tanımayıb", - deyə M.Subaşiç qeyd edib.


O, Xocalı soyqırımının tanınması üçün analara və qadınlara qeyri-hökumət təşkilatları yaratmağa kömək etməyi məsləhət görüb.


Qeyd edək ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəliblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi