Modern.az

Nazirlər Kabineti Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar verəcək

Nazirlər Kabineti Bayıl sürüşmə zonası ilə bağlı yeni qərar verəcək

2 Mart 2019, 11:02

"Bayıl sürüşmə zonası ilə bağlı məsələyə Nazirlər Kabinetində baxılır".

Modern.az-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Onun sözlərinə görə, həmin ərazidə əvvəllər də sürüşmə hadisəsi baş verib:

"Bu, təbii prosesdir. Sürüşmə orada yaşayışın olub-olmaması ilə bağlı deyil. Orada sürüşmə daş dövründə, yaşıllıq olmayan dövrdə də olub. Səhv etmirəmsə, həmin ərazidə sürüşmə 1830-cu illərdə də baş verib.

Həmin vaxt orada nə yaşıllıq salınmışdı, nə də yaşayış var idi. Hazırda orada yaşayanların yerləşdirilməsi məsələsi gündəlikdədir. Nazirlər Kabineti yaxın günlərdə yeni qərar verəcək.

Bu barədə Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?