Modern.az

Brexit-lə bağlı müqavilə “ölüdür” - Böyük Britaniyanı ağır günlər gözləyir

Brexit-lə bağlı müqavilə “ölüdür” - Böyük Britaniyanı ağır günlər gözləyir

13 Mart 2019, 13:14

Böyük Britaniyanın Avropa Birliyindən çıxma tarixinə az qalmış baş nazir Tereza Mey Brexit-lə bağlı daha uyğun şərtlər altında müqavilə imzalamaq istəyib.

 

Modern.az ABŞ-ın Bloomberg agentilyinə istinadən xəbər verir ki, onun bu cəhdi alınmayıb.

 

Brexit-in başlanmasına 17 gün qalmış parlament Tereza Meyin təqdim etdiyi sonuncu təklifi də səs çoxluğu ilə rədd edib. Beləliklə, Avropa Birliyi ilə Böyük Britaniya arasında sazişin imzalanması şansları sıfıra yaxınlaşıb.

 

“Meyin yekun təkliflərlə bağlı vaxtı uzatması Böyük Britaniyanı uçurumun kənarına gətirib. Brexit-lə bağlı sazişi xilas etmək alınmayacaq. Bununla yanaşı, Meyin baş nazir kimi taleyi də sual altındadır. Ölkə siyasəti parçalanmış vəziyyətdədir”-deyə Bloomberg yazır.

 

Xatırladaq ki, müxalifət lideri Ceyms Korbin böhrana görə növbədənkənar seçkilərin keçirilməsini təklif edir.  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir