Modern.az

Bayram bazarlığı bizə neçəyə başa gələcək? - Yarmarka qiymətlərindən FOTOREPORTAJ  

Bayram bazarlığı bizə neçəyə başa gələcək? - Yarmarka qiymətlərindən FOTOREPORTAJ   

Reportaj

16 Mart 2019, 09:57

Novruz ölkəmizdə təntənəylə qarşılanan, sevilən bayramdır. Bu bayram yazın gəlişi, təbiətin oyanışı, köhnə ilin ağrı-acısının geridə qalmasını simvolizə edən qədim xalq mərasimidir.

 

Bütün ailələr Novruz bayramını təmtəraqla keçirməyə çalışır. Bayram axşamında süfrə arxasında əyləşir, tonqalın üstündən atlanaraq köhnə ilin ağırlığını ocaq başında qoyurlar.
Süfrələrimizin şəkərbura, paxlava, qoz, fındıq və cürbəcür naz-nemətlərlə bəzəndiyi bu bayramı hər səbirsizliklə gözləyir.

Bəs bayram ərəfəsində bazar və yarmarkalarda qiymət artımı müşahidə edilirmi?

 

Modern.az saytı olaraq yarmarka və mağazada olan məhsulların qiymətini nəzərdən keçirdik.

 

Metronun “Gənclik” stansuyasının yaxınlığında açılan yarmarkada işləyən satıcılar bildirdilər ki, qiymətlərdə heç bir artım yoxdur.

 

Əksinə,  özləri müəyyən  qədər endirim ediblər ki, hər kəsin büdcəsinə uyğun olsun, heç kimin süfrəsi bayram axşamı boş qalmasın. Onların sözlərinə görə, yarmarkada olan qiymətlər bazardakından xeyli aşağıdır. Alıcı sayı kifayət qədər çoxdur. Son günlər satış da güclənib.

“Bravo” supermarketində isə rastlaşdığımız qiymətlər demək olar ki, yarmarkada olan qiymətlərlə eynidir. Burada da zövqə görə yerli və xaricdən gətirilmiş qida məhsulları satılır. Müştərisi çox olan supermarketin bayramqabağı ən çox satış etdiyi məhsullar isə quru meyvə və  çərəzlərdir.

Məhsulların qiymətləri yarmarka və supermarketdə çəkdiyimniz şəkillərdə əks olunub.

 

 

Günel Məmmədyarlı

Foto: İsmət Paşa

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır