Arxiv
16 mart 2019, 14:31 | MƏDƏNİYYƏT
Afaq Aslan tələbələrin qarşısına yarıçılpaq çıxdı - Universitetdən AÇIQLAMA

Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan Novruz şənliyində iştirakı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. İstifadəçilər xüsusilə, tədbir təşkilatçılarına irad bildiriblər ki, xanım müğənninin açıq-saçıq geyindiyini bildikləri halda, onu tələbələrin qarşısında çıxışa dəvət ediblər.

 

Modern.az-ın məlumatına görə, bu haqda AzEdu.az-a danışan ADNSU ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov isə A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müğənninin çıxışı proqramın qeyri-rəsmi hissəsində, tələbələrin əyləncəsi üçün nəzərdə tutulan konsertdə olub:

 

“Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Ötən gün keçirilən Novruz şənliyinin idarəsini Tələbə Həmkarlar Komitəsi öz üzərinə götürüb. Biz konserti təşkil etməsi üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət “İnstagram” sosial şəbəkəsində sorğu keçirirərək tələbələrin istəyinə uyğun müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Beləliklə, tədbirə dəvət alan Afaq Aslan tədbirin konsert hissəsində iştirak edib.

 

Afaq Aslanın xarici görünüşü, geyim tərzi isə müğənninin özünü maraqlandıran məsələdir. O geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Qeyd etdiyim kimi, Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət ediblər. Onlar da tələbələrin istəyini nəzərə alaraq, belə addım atıblar. Üstəlik, konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB 24 Avqust 2019, 12:48 Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq ŞƏRHİ 24 Avqust 2019, 12:34 Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək 24 Avqust 2019, 12:31 AQTA Maarifləndirir: Ədviyyatların insan sağlamlığı üçün xeyri və ziyanları 24 Avqust 2019, 12:15 Düşmən tapdağı altındakı Xocalının SON GÖRÜNTÜSÜ 24 Avqust 2019, 12:12 Rusiyada yol qəzasında 3 Ermənisan vətəndaşı öldü 24 Avqust 2019, 12:04 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR 24 Avqust 2019, 11:52 "Qarabağ" 20 min avro cərimələndi 24 Avqust 2019, 11:38 Bakıda 18 manata görə adam döydülər 24 Avqust 2019, 11:21 Fransada G7 sammiti başlayır 24 Avqust 2019, 10:59 Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib” 24 Avqust 2019, 10:56 “Azəriqaz” istirahət günləri də çalışacaq 24 Avqust 2019, 10:51 Gürcüstanda azərbaycanlı tələbə suda boğulub 24 Avqust 2019, 10:47 Şəkidə baş verən yanğın da söndürül 24 Avqust 2019, 10:38 Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16