Arxiv
18 mart 2019, 16:02 | HADİSƏ
Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA

“Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı həm iqtidar, həm müxalifət, həm xalq, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Qərbi Azərbaycan İcması olaraq biz də bu sərəncamı alqışlayır, ölkənin ictimai-siyasi həyatında mühüm hadisə, milli barışıq yolunda prezident tərəfindən irəliyə atılmış çox ciddi addım hesab edirik. O ki qaldı bundan istifadə edən bəzi dairələrin “Qərbi Azərbaycanlılar” mövzusunu yenidən siyasi dövriyyəyə daxil etməsinə, biz Qərbi azərbaycanlılar düz 30 ildir bu oyunların şahidiyik”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovla Qərbi azərbaycanlılar məsələsində birgə fəaliyyət göstərə bilmək haqda mülahizələrə fikir bildirib:

Ə.Ələkbərlinin sözlərinə görə, bu oyunların kimə və nəyə xidmət etdiyi, hansı siyasi qrup və klanların maraqlarına hesablandığı da məlumdur:


“Görünür, yenə də bəlli qüvvələr yaxın zamanda üç-beş adamın üstünə atılacaq çirkabı böyük bir kəsimin üzərinə yıxaraq, öz aləmlərində nəhəng bir toplumu zərərsizləşdirib həm siyasi proseslərin məcrasını istədikləri istiqamətə yönəltmək, həm də öz “yollarını təmizləmək” niyyətindədirlər. Bütün Qərbi Azərbaycanı təmsil etmək iddiasında olan bir təşkilat – Qərbi Azərbaycan İcması olaraq bəyan edirik ki, həmin məkrli qüvvələrin budəfəki planları baş tutmayacaq. Heç kəs də öz siyasi ambisiyasını həyata keçirmək üçün böyük bir bölgənin insanlarından istifadə etmək fikrinə düşməsin. Əvvəl bəyan etdiyimiz kimi, bir təşkilat olaraq biz Azərbaycanın daxili siyasi proseslərinə qarışmayacağıq, bizim əsas məqsədimiz Qərbi Azərbaycan torpaqları uğrunda mübarizədir. Bu müqəddəs yolda səmimi olaraq yanımızda olan hər kəs bizə dost, qarşımızda dayanan hər kəs isə dəf edilməsi bizim üçün o qədər də çətin olmayan maneədir”.

Əməkdaşlığa gəldikdə Ə.Ələkbərli qeyd edib ki, Qərbi azərbaycanlıların problemlərinin həlli məsələsində onlarla çiyin-çiyinə addımlamaq arzusunu bildirən istənilən siyasi qurum, partiya, ictimai təşkilat və şəxslə birgə çalışmaları istisna deyil:

“Kimdən belə bir təklif gəlsə, onu təşkilatımızın rəhbər orqanında müzakirə edəcəyik. Amma həmin fərd əvvəl öz şəxsi, qrup və siyasi ambisiyalarından imtina və təşkilatımızın Məramnamə və Nizamnaməsini qəbul etməli, qərarlarımıza tabe

olmalıdır. Bizi arxasınca aparmaq fikrinə düşməməli, bizim yanımızda durmağı haqq etməlidir. Bizim bəlli bir strukturumuz, bu strukturda təmsil olunan vətən üçün canını belə qurban verməyə hazır bəlli üzvlərimiz var. Bizim heç kəsə müraciət etməyə ehtiyacımız da yoxdur, çünki bu təşkilat onları, yüzləri yox, yüz minləri və milyonları təmsil etmək iddiasındadır və Qərbi Azərbaycan uğrunda mübarizə kimi müqəddəs bir yola çıxıb. Hər hansı bir məsələ üçün kiməsə müraciət etməli olsaq, ancaq dövlətimizə və xalqımıza müraciət edə bilərik. Ona görə də bütün tərəflərə, xüsusilə sifariş yerinə yetirən bəlli media nümayəndələrinə səslənirəm: qurtarın Qərbi Azərbaycan masası üzərindəki oyunlarınızı! Bizi İrəvan, Göyçə, Zəngəzur, bütövlükdə Qərbi Azərbaycan uğrunda mübarizə hədəfimizdən yayındırmağa çalışmaqla düşmən dəyirmanına su və dən tökməyin!”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə sel dörd nəfərin həyatına son qoyub 14 İyul 2020, 00:44 “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir” - XİN 14 İyul 2020, 00:31 Naftalanda ağır qəza: ölənlər var 14 İyul 2020, 00:19 Heydər Əliyevin hakimiyyətə gəlməsindən 51 il ötür 14 İyul 2020, 00:13 “Ermənistan regionda gərginliyi artırmağa çalışır” - Hikmət Hacıyev 13 İyul 2020, 23:59 “Ermənistanın təcavüzünü pisləyirik” - İranlı sabiq deputat 13 İyul 2020, 23:42 Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı 13 İyul 2020, 23:18 356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır - FOTO 13 İyul 2020, 22:52 Şəmkirdə yağışın yaratdığı fəsadlar aradan qaldırılır 13 İyul 2020, 22:39 Çindən  ABŞ rəsmilərinə qarşı sanksiya 13 İyul 2020, 22:29 "Ölü" doğulan körpə basdırılarkən ağladı 13 İyul 2020, 22:14 Ukraynadan erməni təxribatına REAKSİYA 13 İyul 2020, 22:02 “Can Azərbaycana canımız fəda” - Mövlud Çavuşoğlu 13 İyul 2020, 21:51 Koronavirus Türkiyədə daha 19 can aldı 13 İyul 2020, 21:36 İranlı deputat koronavirusdan öldü 13 İyul 2020, 21:24 Ermənilərin 20-dən çox hərbçisi və texnikası məhv edildi - VİDEO 13 İyul 2020, 21:11 Cəlilabadda baş həkimin evi yandı 13 İyul 2020, 21:00 Quba-Xınalıq yolu BAĞLANDI 13 İyul 2020, 20:50 Elmar Məmmədyarov türkiyəli həmkarı ilə telefonla DANIŞDI 13 İyul 2020, 20:34 Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına zəng etdi 13 İyul 2020, 20:29 Ermənilərin atdığı top mərmisi bu evə düşdü - VİDEO 13 İyul 2020, 20:18 Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 13 İyul 2020, 20:09 Leysan yağışlar bu rayonlarda sel yaratdı -FAKTİKİ HAVA 13 İyul 2020, 20:00 Həmsədrlər cəbhədəki gərginliklə bağlı BƏYANAT yaydılar 13 İyul 2020, 19:50 Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirildi 13 İyul 2020, 19:44 Spiker: “Azərbaycan əsgəri düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir” 13 İyul 2020, 19:25 Gürcüstan prezidenti sərhəddəki gərginliklə bağlı bəyanat yaydı 13 İyul 2020, 19:17 Dərsliklərə yeni mövzular salınacaq - Təhsil Nazirliyi 13 İyul 2020, 19:00 Buraxılış imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradıldı 13 İyul 2020, 18:50 Ermənistan ordusu Tovuzun Dondar Quşçu kəndini toplardan atəşə tutub 13 İyul 2020, 18:40 İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu   13 İyul 2020, 18:33 Müdafiə Nazirliyi Erministan tərəfinin iddialarını YALANLADI 13 İyul 2020, 18:25 ABŞ-da virusdan ölənlərin sayı 140 minə YAXINLAŞIR 13 İyul 2020, 18:21 Şəhid oğullarımızın qanı yerdə qalmayacaq - Bəyanat 13 İyul 2020, 18:17 Qarabağ həqiqətlərinin dünyada təbliği müzakirə olundu 13 İyul 2020, 18:12