Arxiv
27 mart 2019, 09:18 | İQTİSADİYYAT
Eldar Əzizov bəzi məmurları cəzalandırdı - digərlərinə vaxt verildi

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a bildirib ki, müşavirədə bü günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar BŞİH tərəfindən xüsusi komissiyanın yaradıldığı qeyd olunub. 

 

Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş diqqətə çatdırılıb, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatlıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcudluğu bildirilib. Müşavirə zamanı mövcud nöqsanları əks etdirən fotomateriallar nümayiş etdirilib, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələ ciddi nəzarətə götürülüb.

 

Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyə olunub. Eyni zamanda Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədovtutduğu vəzifədən azad edilib. Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verilib.

 

Müşavirədə həmçinin qeyd olunub ki, Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyası hazırlanır. Bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya şirkətinin rəhbərliyinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi əsasən qənaətbəxş səviyyədədir. Lakin vəziyyət Bakı Şəhər İcra Hakimiyyətini tam qane etmədiyindən bu sahəyə diqqət və nəzarətin daha da artırılacağı bildirilib.

 

Qeyd olunub ki, Bakı şəhərində məişət tullantıları üçün yeni konteynerlərin qoyulması davam edir, paytaxtda tullantıların daşınması və idarə olunması ilə bağlı islahatların həyata keçirilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında başa çatacaq.

 

Müşavirədə Bakı şəhərində təmizlik aylığının keçirilməsi elan olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ordumuzun “Qrad” sistemindən istifadə etməsi barədə məlumat dezinformasiyadır” - Müdafiə Nazirliyi 15 İyul 2020, 06:36 Azərbaycan ordusuna dəstək aksiyası - FOTOLAR 15 İyul 2020, 01:23 Bu ölkə Tovuz istiqamətindəki döyüşlərə görə Ermənistanı DƏSTƏKLƏDİ 15 İyul 2020, 01:03 ATƏT sədri cəbhədə artan gərginliklə bağlı bəyanat verdi 15 İyul 2020, 00:56 Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ 15 İyul 2020, 00:45 "WhatsApp"da problem yarandı 15 İyul 2020, 00:43 Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilər - FOTO 15 İyul 2020, 00:33 Şəhid General-mayorumuzla vida mərasimi keçirildi 15 İyul 2020, 00:30 Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27