Arxiv
28 mart 2019, 16:48 | PARLAMENT
YAP-çı deputatdan Əli Nağıyevə SƏRT CAVAB: “Deməli o, ziyalı deyil, fikirləri əxlaqa sığmır”  

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev  son günlər bəzi açıqlamaları ilə gündəmə gəlib.

O, “Demokrat.az”a müsahibəsində Yeni Azərbaycan Partiyasının üzvləri barədə  danışarkən sərt ifadələrdən istifadə edərək, “700 min inək” sözünü işlədib.

Belə ki, Ə.Nağıyev jurnalistin YAP üzvləri barədəki sualına cavabında “...sən deyirsən ki, YAP-çılar, hansı ki, 700 min üzvü var. Mən bilmirəm ki, bu gün Azərbaycanda 700 min inək var, ya yoxdur. Sən məni niyə bunlarla yanaşı qoyursan? Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam” vurğulayıb. 


YAP-ın qurucularından biri olan və hazırda da onun sıravi üzvü kimi fəaliyyət göstərən Əli Nağıyevin bu cür fikirlər səsləndirməsi partiyadaşlarının qəzəbinə tuş gəlib.


YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında Əli Nağıyevin Yeni Azərbaycan Partiyası haqqında dediyi fikirləri təhqir adlandırıb:

“Açığı, Əli Nağıyevin bu fikirlərini oxuyanda dəhşətə gəldim. Ona görə ki, heç bir ziyalı öz ölkəsinin vətəndaşını bu formada təhqir etməz. Çünki insan insandır. Üzr istəyirəm, heyvan heyvandır. Ceyran,  inək, maral olmasının fərqi yoxdur. İnsan Tanrının yaratdığı ali varlıqdır. Hesab edirəm ki, Əli Nağıyevin bu fikirləri Azərbaycan vətəndaşına, eləcə də, partiya üzvlərinə qarşı təhqirdir”.

YAP-çı  deputat bildirib ki,  Əli Nağıyev özünü Yeni Azərbaycan Partiyasının qurucularından  hesab edirsə, o  heç vaxt partiyanın üzvlərinə belə münasibət göstərməməlidir.:


“Əli Nağıyev özü də YAP-ın bir müddət rəhbərliyində çalışıb. İcra katibliyi yaranmamışdan öncə təşkilati məsələlərə rəhbərlik edib. Onun zamanında  vətəndaşların YAP-ın üzvlüyünə qəbul olunması prosesində bilavasitə iştirak edirdi. Özünün qəbul etdiyi insanlara belə yanaşması ziyalıya yaraşmayan hərəkətlərdir. Heç bir ziyalı bunu deməz. Bunu ziyalı deyibsə, deməli, o, ziyalı deyil. Bu, etik də deyil. Əxlaqa da yaraşmır”.

Məlahət İbrahimqızının sözlərinə görə, onlar bu partiyanın sıralarında formalaşıblar:

“Əli Nağıyev kimi insanlar düşünməlidirlər ki, onlar ulu öndərimiz Heydər Əliyevin kölgəsində formalaşıblar. Əli Nağıyev də daxil, Heydər Əliyevin işığına  toplaşırdılar. Belə olmasaydı, özləri partiya yaradıb rəhbərlik edərdilər. Bilirdilər ki, arxalarınca kimsə getməyəcək. Onlar bu partiyanın sıralarında formalaşıblar. Cənab prezident İlham Əliyevin rəhbərliyində dövlət vəzifələri tutublar. Bunu heç vaxt unutmamalıdırlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrana qarşı sanksiyaların müddəti daha 1 il artırıldı 13 Noyabr 2019, 00:52 Bakıda yataqxanada uçqun olub - FOTO 13 Noyabr 2019, 00:27 “Facebook” onlayn ödəmə xidmətini işə salır 13 Noyabr 2019, 00:08 Azərbaycan nefti bahalaşıb 12 Noyabr 2019, 23:51 Azərbaycanlı fəal Paşinyanı çətin duruma saldı - VİDEO 12 Noyabr 2019, 23:38 Çayları plastikdən təmizləmək üçün cihaz hazırlandı 12 Noyabr 2019, 23:15 Bakıda 39 yaşlı kişiitkin düşdü 12 Noyabr 2019, 22:56 Məşhur reper həbsxanada öldü 12 Noyabr 2019, 22:42 "BƏƏ Azərbaycana 2 milyard dollar investisiya yatırıb" - Mikayıl Cabbarov 12 Noyabr 2019, 22:23 Trampla Makron Suriya barədə razılaşdı 12 Noyabr 2019, 22:06 Professor gənc sevgilisinə 4 güllə vurdu 12 Noyabr 2019, 21:48 Rusiya Ebola əleyhinə peyvənd istehsalına başladı 12 Noyabr 2019, 21:31 Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi 12 Noyabr 2019, 21:14 Ağstafa sakini bıçaqlandı 12 Noyabr 2019, 21:00 Leyla Əliyeva növbəti həyətin açılışında - FOTO 12 Noyabr 2019, 20:46 Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsi 22,56 faiz artıb 12 Noyabr 2019, 20:31 Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun məhkəməsi başlayır 12 Noyabr 2019, 20:16 Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 12 Noyabr 2019, 20:10 “Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır” 12 Noyabr 2019, 19:59 “Tədricən bu göstəricilərdən uzaqlaşmalıyıq” – Vüqar Gülməmmədov 12 Noyabr 2019, 19:37 İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edib - YENİLƏNİB 12 Noyabr 2019, 19:21 YAP Qarabağ müharibəsi əlilinə ev tikəcək 12 Noyabr 2019, 19:13 Saxlanılan müsavatçılar sərbəst buraxıldı 12 Noyabr 2019, 18:59 Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdi 12 Noyabr 2019, 18:46 Nazir müavini bu rayonların təhsil işçiləri ilə görüşüb 12 Noyabr 2019, 18:34 “Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi 12 Noyabr 2019, 18:26 “Müraciətlərinin ən peşəkar araşdırmaçısı məhz hüquqşünaslar ola bilər” - Əli Hüseynli 12 Noyabr 2019, 18:14 Qarabağda erməni minaya düşdü 12 Noyabr 2019, 18:08 Müğənni Vüqar Muradovun evindən oğurlanan 3500 manat geri alındı 12 Noyabr 2019, 18:07 “Heydər Əliyev və Azərbaycan tarixi” yarışına rekord sayda komanda qatıldı 12 Noyabr 2019, 17:56 Arif Hacılı sərbəst buraxıldı 12 Noyabr 2019, 17:45 Baş redaktorun ailəsinə ağır itki üz verib 12 Noyabr 2019, 17:34 Deputat: “Hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur” 12 Noyabr 2019, 17:29 İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar - FOTO 12 Noyabr 2019, 17:25 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTO 12 Noyabr 2019, 17:22