Arxiv
29 mart 2019, 16:45 | PARLAMENT
“Aprel döyüşləri”nin şərəfinə abidə ucaldılsın? - Deputatlar: “Hələ tələsməyək”  

Ermənistan parlamentində 2016-cı ilin “Aprel müharibəsi” ilə bağlı təklif səsləndirilib. Erməni deputatlar işğalçı ölkədə “Aprel müharibəsi” günlərində qurbanların anılmasını istəyiblər.

Bu məsələnin erməni mətbuatında yayılmasından sonra Azərbaycanda da “Aprel müharibəsi”nin “Zəfər bayramı” kimi qeyd olunması haqqında fikirlər səsləndirildi. Hətta bunu əks etdirən abidənin ucaldılmasını irəli sürənlər də var.


Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bu barədə danışıb. O qeyd edib ki, “Aprel döyüşləri” tarixi hadisədir:


“O döyüşlərdə şəhid olanların xatirəsi bizim üçün əzizdir. Onların adları əbədiləşdirilir, bu proses “Aprel döyüşləri”ndən üç il keçməsinə rəğmən, davam etdirilir. Heç bir şəhidimiz kənarda qalmır, bu qələbə bütün Azərbaycan xalqının diqqət mərkəzindədir.

Lələtəpə yüksəkliyində, Tərtərdə Talış yüksəkliyində Azərbaycan bayrağı dalğalanır. Ordumuzun geri aldığı yüksəkliklərdə, ərazilərdə xatirə abidələrinin, xüsusi nişanların qoyulması vacibdir. Amma hamı, şəxsən mən özüm də gözləyirəm ki, qəti qələbə çalaq, bütün torpaqlarımızı işğaldan azad edək. Bu zaman hər bir azad olunan rayon və qəsəbələrimizdə qələbə abidəsi ucaldaq. “Aprel döyüşləri” də mühüm əhəmiyyət kəsb etdiyinə görə, abidə qoyulması təklifini dəstəkləyirəm. Dövlət rəhbərliyi də bu kimi məsələləri diqqətdə saxlayır”.


Deputat Hikmət Babaoğlu isə bu məsələdə tələsməməyin tərəfdarıdır. O düşünür ki, Azərbaycanı qarşıda daha böyük qələbələr gözləyir:

““Aprel döyüşləri” müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu, Azərbaycan xalqına milli qürur, qələbə dadı yaşadan hadisədir. Döyüşlərdən sonra Cocuq Mərcanlının bərpa olunması, insanların öz əzəli torpaqlarına qayıtması, həm maddi, həm də mənəvi mənada “Aprel döyüşləri”nə ucaldılan abidədir. Buna baxmayaraq, düşünürəm ki, tələsməyə ehtiyac yoxdur. Bizi daha böyük qələbələr gözləyir. Əminəm ki, Azərbaycan döyüşçüsü, Azərbaycan şəhidi, Azərbaycan əsgəri daha böyük abidələrə layiqdir. Ona görə, bir qədər təmkinli olub, səbr etsək, daha yüksək qələbələri görə biləcəyik.

Lakin insanlar hesab edirsə ki, “Aprel döyüşləri”nin şərəfinə qələbə abidəsi ucaldılmaldır, şübhəsiz, bu təklifi də dəstəkləyirəm”.


Erməni parlamentarilərin təkliflərinə gəlincə, H. Babaoğlu onlara da tələsməməyi tövsiyə edib:


“Ermənilər də tələsməsinlər. Onlar çoxsaylı məğlubiyyətlərə uğrayacaqlar, hələ müharibə davam edir. Biz bütün torpaqlarımızı işğaldan azad edəndən sonra ermənilər özləri üçün anım günü qeyd edərlər”.

Zəfər abidəsinin ucaldılması təklifi ilə razılaşmayan deputat Fazil Mustafa da hələlik bununla bağlı qərar verməyin tez olduğunu söyləyib:


“İndiki şərtlərdə müharibəni tamamlamamış, ayrıca zəfər abidəsi ucaltmağın məntiqi izahı yoxdur. Aprel döyüşləri böyük tarixi hadisədir, müharibədə dönüş anıdır. Amma dönüş nöqtəsinə görə deyil, nəticəyə əsaslanıb, abidə ucaldılar. Bu istiqamətdə konkret qələbəmiz yekunlaşandan sonra belə abidəni ucaltsaq, daha məntiqli, doğru olar”.

F.Mustafanın sözlərinə görə, Ermənistanın bu cür addımları sadəcə ictimai rəyə hesablanan məqamlardır:

“Ona görə, “Aprel savaşı”nın Ermənistanda anım günü kimi qeyd edilməsinə onların öz ictimai rəyi baxımından yanaşmaq lazımıdr. Hesab edirəm ki, ucuz variantdan başqa bir şey deyil. Effektli olacaq addım kimi dəyərləndirmirəm”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41 Ermənilər cəbhədə təxribatlara davam edir 19 May 2019, 10:32 Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18