Arxiv
2 Aprel 2019, 12:08 | AKTUAL
“Qərbi azərbaycanlılara çağırışı ancaq ölkə Prezidenti edə bilər” - Əvəz Ələkbərov  

Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və maliyyə institutları kafedrasının müdiri, keçmiş maliyyə naziri Əvəz Ələkbərov son günlərin müzakirədə olan məsələləri barədə Modern.az-ın suallarını cavablandırıb.

- Əvəz müəllim, Novruz bayramı öncəsi cənab Prezident növbəti dəfə böyük Əfv sərəncamı imzaladı. Öncə, cənab Prezidentin bu addımı ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Prezident İlham Əliyevin əfvlə bağlı sərəncamı bütün ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Neçə-neçə  ailələrə sevinc bəxş olunub. Əfv sərəncamının imzalanması humanist prinsiplərə əsaslanan ciddi bir addımdır. Məşhur alman kansleri Otto Bismarkın bir kəlamı var: “Azadlıq hər kəsin gəzdirə bilmədiyi zinətdir”.

- Əfv olunanlar arasında keçmiş səhiyyə naziri Əli İnsanov da var. Ancaq Əli İnsanov azadlığa çıxan kimi, Qərbi azərbaycanlıları da ətrafına yığacağını bildirdi. Keçmiş səhiyyə nazirinin bu addımını necə qiymətləndirirsiniz?

- Qərbi azərbaycanlılar ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatın bütün sahələrində şərəflə işləyirlər, onlar Azərbaycan vətəndaşlarıdırlar. Onların adından ancaq Prezident İlham Əliyev danışa, onlara cağırış edə bilər. Ona görə ki, ölkə Konstitusiyasina görə o məsuliyyət ondadır. Digər tərəfdən isə  cənab prezidentin  babalarının ikisi də Qərbi azərbaycanlıdır. Vətəndaşlar görürlər ki, ölkəmizdə hansı işlər gürülür. Beynəlxalq imicimiz günü-gündən artır. Hamı bilir kimin arxasınca getmək lazımdır. Biz müstəqil dövlətik, kim nə deyir desin, əfv qərarını ölkə Prezidenti özü qəbul edir, onun təşəbbüskarı və ideya müəllifi məhz dövlət başçısıdır.

- Gündəmdə müzakirə olunan məsələlərdən bir də keçmiş əmək və əhalinin sosial müdafi naziri Əli Nağıyevin YAP-çılara yönəlik ittihamlarıdır. Əli Nağıyev YAP üzvləri barədə “bilmirəm YAP-ın 700 min inəyi var, yoxsa yox” deyib. Uzun müddət YAP-ın Siyasi Şurasının üzvü olmuş şəxkimi onun bu fikirlərinə münasibətiniz necədir?

- Mən bir neçə gün mətbuata diqqətlə baxa bilməmişdim. Elmlər doktoru, professor, sabiq nazir, diplomat, YAP-ın yaradılmasında ciddi xidmətləri olan şəxsin belə söz deməsinə inana bilmirəm. Bu “heç bir məntiqə sığmır, ağlımıza gətirə bilmərik ki, belə ifadə işlətmək olar”. Aparıcı partiyanı və onun üzvlərini təhqir etmək yolverilməzdir. YAP-ın gördüyü misli görünməz işlər göz qabağındadır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisin yaz sessiyasının ilk iclasının GÜNDƏLİYİ 28 Yanvar 2021, 10:32 Qırğızıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı 28 Yanvar 2021, 10:23 Dollar ucuzlaşacaq? - İqtisadçı deputatdan AÇIQLAMA 28 Yanvar 2021, 10:17 Cavad Zərif Gürcüstanda səfərdədir 28 Yanvar 2021, 10:11 Koçaryanın ETİRAFLARI: “Zəngəzuru Rusiyanın himayəsində olduğumuz üçün itirmədik” 28 Yanvar 2021, 10:05 Kəlbəcərin Alıbəyli kəndi - VİDEO 28 Yanvar 2021, 10:00 Abşeronda silsilə oğurluqlar edən şəxs tutuldu - VİDEO 28 Yanvar 2021, 09:54 Naxçıvanda kombi istehsalına başlanıldı 28 Yanvar 2021, 09:48 Ötən gün cinayət törədən 47 nəfər saxlanıldı 28 Yanvar 2021, 09:43 Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işləyəcək? 28 Yanvar 2021, 09:37 Qarabağ qazisindən rüşvət alan məmurun məhkəməsi başlayır 28 Yanvar 2021, 09:31 Neft ucuzlaşdı 28 Yanvar 2021, 09:26 Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil olunacaq 28 Yanvar 2021, 09:22 Yaponiyada güclü zəlzələ oldu 28 Yanvar 2021, 09:16 Mərkəzi bankın bugünə olan valyuta məzənnələri 28 Yanvar 2021, 09:10 Ərdoğan bu gün Türkiyə qoşunlarının Qarabağdakı fəaliyyətini müzakirə edəcək 28 Yanvar 2021, 09:06 Bakıda intihar edənlər niyə artıb? - Psixoloq CAVAB VERİR 28 Yanvar 2021, 09:00 Çində koronavirusla bağlı son vəziyyət 28 Yanvar 2021, 08:49 Yeni Zelandiyada zəlzələ olub 28 Yanvar 2021, 08:27 Keçmiş məhkumda narkotik tapıldı 28 Yanvar 2021, 08:23 Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01