Arxiv
8 Aprel 2019, 09:46 | İQTİSADİYYAT
Ekspert problemli kreditlərlə bağlı bəzi məsələlərə yenidən baxmağa ÇAĞIRDI  

Problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdən sonra bir sıra məsələlərin yenidən nəzərə alınması vacibdir.

Bu barədə Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

V.Bayramov həlli vacib məsələləri aşağıdakı kimi ümumiləşdirib:


1. Kredit öhdəliyini yerinə yetirmiş zaminlərə kompensasiyanın ödənilməsi mexanizminin təkmilləşdirilməlidir.



Qaydalara əsasən, kredit götürən şəxs borcu qaytarmaqdan imtina edib və zamin öhdəliyi yerinə yetirdiyi hallarda vəsait zaminə ödənilməlidir. Qaydalara görə, “kompensasiyalar kredit təşkilatının müştərisi olan şəxslərə hesablanır. Zamin ödədiyi kredit öhdəliyi həcmində borcalandan Mülki Məcəlləyə müvafiq olaraq pulun geri ödənilməsini tələb etmək hüququ vardır”. Son illər ödənişlərin həmçinin ödəniş terminalları vasitəsi ilə də aparıldığını nəzərə alsaq kompensasiyanın ünvanlığı xeyili mürəkkəbləşir. Amma mövcud ödəniş mexanizmi zaminin həmin vəsaiti almasına çətinlik yarada bilər. Belə ki, həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarına ehtiyac var. Deməli, borcu qaytarmış zamin kompensasiyanı almaq üçün məhkəməyə müraciət etməlidir və bundan sonra məhkəmə onun xeyirinə qərar qəbul edərsə ona vəsait ödənilə bilər. Kompensasiyalar bu ayının sonundan başlayaraq ödəniləcək və zamin məhkəməyə müraciət etdiyi halda qərarın alınması bir aydan çox zaman alacaq. Nəticədə, zamin məhkəmə qərarını alanadək kompensasiya krediti götürən, amma borcu qaytarmaqdan imtina edən şəxsin hesabına köçürülə bilər. Bu isə o deməkdir ki, məhkəmə qərarı olsa da belə vəsait qərardan öncə ödəniləcək və nəticədə zamin pul ala bilməyəcək. Amma kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs hətta kompensasiya da alacaq. Məsələn, bir vətəndaşın 8 min dollar kredit borcu olub və onu ödəməkdən imtina etdiyi üçün krediti zamin qaytarmalı olub. Hazırda həmin borca 4 min manat kompensasiya hesablanıb. Kredit onu qaytaranın deyil götürüb xərcləyənin adına olduğu üçün onun hesabına kompensasiya ödəniləcək. Bununla da, zamin məhkəmə qərarı alanadək artıq krediti qaytarmayan şəxs kompensasiyanı almış olacaq və bununla da öhdəliyi yerinə yetirən şəxs vəsaitdən mərhum olacaq. Nə təklif edirik? Kredit borcunu ödəmiş zaminlərə məhkəməyə müraciət etmək üçün zaman müəyyənləşdirilsin və məhkəməyə müraciət edilən kredit borcları üzrə kompensasiya qərardan sonra həyata keçirilsin. Məsələn, zamin kompensasiya almaq üçün məhkəməyə müraciət edir və bu məlumat Maliyyə Bazarlarına Nəzarət Palatası ilə elektron bölüşdürülür. Bundan sonra palata həmin kreditlər üzrə kompensasiya ödənişinin yalnız məhkəmə qərarından sonra fərdi qaydada həyata keçirilməsini təmin edir. Yalnız bu halda kompensasiya krediti ödəmiş zaminə çata bilər. Əks halda zaminin həmin vəsaiti almaq imkanları xeyili çətin olacaq.


2. Şişirdilmiş faiz borcları silindikdən sonra kompensasiya ödənişi həyata keçirilsin.



Bəzi banklar kredit borcu olan şəxsin adına böyük məbləğdə cərimə və faizlər yazıblar. Apardığımız tədqiqatlar göstərir ki, bir sıra hallarda vətəndaş borcunu bağlayıb amma bank onun adına faiz və cərimə hesablamaqda davam edib. Nəticədə həmin şəxsin hesabında böyük məbləğdə faiz toplanıb. Məsələn, bank vətəndaşın adına 4 min manat əsassız faiz borcu yazıb və həmin şəxsə çatan kompensasiya 3500 manatdır. Bu halda o şəxsə çatacaq kompensasiya bankın qanunsuz hesabladığı faiz və cərimələrin ödənilməsinə yönəldilir və vətəndaş kompensasiya mərhum olur. Nə təklif edirik? Məbləğindən asılı olmayaraq, yüksək faiz borcları olan kreditlərin fərdi qaydada qiymətləndirilməsi həyata keçirilsin. Əgər kredit xətti üzrə 500 manat əsas məbləğ 3500 manat şişirdilmiş faiz ödənişləri varsa o zaman artıq hesablanmış faizlər silindikdən sonra qalıq borc kompensasiya ilə müqayisə olunsun. Kompensasiya üzrə artıq məbləğ vətəndaşa ödənilsin.


3. Bir sıra banklarda şəffaflığın gücləndirilməsi üçün yeni qaydalar tətbiq olunsu.


Təhlillər bəzi banklarda idarəetmənin şəffaf olmadığını üzə çıxarır. Məsələn, şəxsiyyət vəsiqəsinin nömrəsi olan sənəddəki ad ilə kredit götürənin adı uyğun gəlmir və s. Bu da nəticədə bir sıra kredit məbləğlərinin hesablanmasında çətinliklər yaradır və kompensasiya məbləğinin müəyyənləşdirilməsi çətinləşdirir. Nə təklif edirik? Palata tərəfindən banklarda kooperativ idarəetmənin formalaşması və şəffaflığın gücləndirilməsi məqsədi ilə ayrıca qaydalar hazırlanıb təsdiq edilsin. Bu qaydaların icrasına nəzarət gücləndirilsin.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır 17 Avqust 2019, 14:57 Narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb 17 Avqust 2019, 14:53 Bakıda magistralda avtomobil yanır, tıxac var 17 Avqust 2019, 14:42 Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb 17 Avqust 2019, 14:31 Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31 Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi 17 Avqust 2019, 13:28 Oğuzda mübahisə qətllə nəticələnib 17 Avqust 2019, 13:16 "28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb 17 Avqust 2019, 12:55 Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR 17 Avqust 2019, 12:44 Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir 17 Avqust 2019, 12:24 MTN eyni silahlarla həm sabiq naziri, həm də jurnalisti şərləyib - Vəkil yeni sirlər açdı - II YAZI 17 Avqust 2019, 12:14 Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 17 Avqust 2019, 12:01 Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD 17 Avqust 2019, 11:55 Kamerun, Nigeriya və Konqonun qadın siyasətçiləri Qarabağ haqda məlumatlandı 17 Avqust 2019, 11:53 Sabah 40 dərəcə isti olacaq 17 Avqust 2019, 11:42 Mehmanxana yandı, 8 nəfər can verdi 17 Avqust 2019, 11:39 Tramp bank rəhbərlərini təcili iclasa çağırdı 17 Avqust 2019, 11:21 “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI 17 Avqust 2019, 11:02 Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA 17 Avqust 2019, 10:52 Avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb 17 Avqust 2019, 10:35 Polis dövlətin ən etibarlı dayağıdır 17 Avqust 2019, 10:31 İstanbulda partlayışda ölən var 17 Avqust 2019, 10:11 Göyçay, Ucar və Zərdabda qaz olmayacaq 17 Avqust 2019, 09:52 Ermənilər cəbhədə snayperləri işə saldı 17 Avqust 2019, 09:33 İstirahət günlərinin havası AÇIQLANDI 17 Avqust 2019, 09:15 İldırım 5 nəfərin həyatına son qoydu 17 Avqust 2019, 09:06 Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ 17 Avqust 2019, 08:58 Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş 17 Avqust 2019, 00:48 Sabiq prezidentin xanımına cinayət işi açıldı 17 Avqust 2019, 00:26 Peterburq bazarında azərbaycanlılarla atışma olub 17 Avqust 2019, 00:07 Taliban liderinin qardaşı öldürüldü 16 Avqust 2019, 23:47 Azərbaycan nefti ucuzlaşıb 16 Avqust 2019, 23:31 70-ci illərin məşhur maşınları - FOTOLAR 16 Avqust 2019, 23:16