Arxiv
12 Aprel 2019, 16:19 | İQTİSADİYYAT
Bakının yeni Baş Planını alman şirkəti hazırlayacaq

Bakının Baş planının hazırlanması üçün beynəlxalq şəhərsalma şirkətinin seçilməsi üzrə açıq tender başa çatıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinə start verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığını rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması işini davam etdirir. İki mərhələdən ibarət olan bu prosesin birinci mərhələsində görülmüş təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilmişdi. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilib.


“Keçirilmiş açıq tender bir çox aparıcı şəhərsalma və memarlıq şirkətinin marağını cəlb etmişdir. Dünyanın müxtəlif ölkələrini təmsil edən 20-yə yaxın iri beynəlxalq şirkət tərəfindən iştirakla bağlı tender komissiyasına müraciət olunmuşdur. İştirakçıların təkliflərinin dəyərləndirilməsi beynəlxalq təcrübə, işçi heyətinin peşəkarlığı, yanaşma tərzi, qiymət və 40-dan çox digər meyar üzrə hərtərəfli təhlil əsasında aparılmışdır. Tenderdə iştirak üçün müraciət etmiş şirkətlərin əvvəlki illərdə reallaşdırdıqları işlər sırasında Paris, Frankfurt, London, İstanbul, Çikaqo kimi iri şəhərlərin planlaşdırılması layihələri qeyd oluna bilər”,-deyə Komitədən bildirilib.

Qalib gəlmiş “AS+P” – qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunmuş “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə uğurla icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.


Baş planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. “Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.


Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, paytaxtın sistemli və davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan Bakının Baş planının vaxtında və keyfiyyətli hazırlanması məqsədilə bütün resurslarını səfərbər edib, bu prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun və aparıcı dünya təcrübəsi nəzərə alınmaqla təşkili üçün bütün səylərini əsirgəməyəcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxılıb 22 Avqust 2019, 19:42 Gömrükdə 50 minə yaxın siqaret ələ keçirildi 22 Avqust 2019, 19:29 ABŞ-Venesuela gizli danışıqları nə barədə aparılır... 22 Avqust 2019, 19:15 Nazir müavini: "Taxta bazarında yanğın tam məhdudlaşdırılıb" 22 Avqust 2019, 19:01 Bu il dəmir yolları 270 min sərnişin daşıyıb 22 Avqust 2019, 18:42 Jurnalist Tural Yusifov imkansız tələbənin 1 illik təhsil haqqını ödədi  22 Avqust 2019, 18:14 Nazir müavini: Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib 22 Avqust 2019, 18:12 “Azərbaycan dövləti əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir” 22 Avqust 2019, 18:08 Elçibəyin köməkçisi 19 illik sirri açır: “Almaniyaya aparmağa pulumuz olmadı” - MÜSAHİBƏ 22 Avqust 2019, 18:02 Əli Əhmədov: “Azərbaycan heç zaman indiki qədər güclü olmayıb” 22 Avqust 2019, 17:47 Dərnəgüldəki taxta bazarın yanğınında iki nəfər zəhərləndi 22 Avqust 2019, 17:42 Pirşağıda tullantı təmizləyici qurğu istifadəyə veriləcək 22 Avqust 2019, 17:38 Manatın məzənnəsi dəyişmədi 22 Avqust 2019, 17:25 Mirmahmud Mirəlioğlu Fəzail Ağamalının Elçibəylə bağlı iddialarına CAVAB VERDİ 22 Avqust 2019, 17:14 Telefon almadığına görə anasını öldürən oğula AĞIR CƏZA 22 Avqust 2019, 17:02 Bakıda taxta bazarı yanır - VİDEO + FOTOLAR - YENİLƏNİB 22 Avqust 2019, 17:02 Saakaşvili “Qarabağ Azərbaycandır!” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı - QALMAQAL 22 Avqust 2019, 16:40 Şamaxıda da yanğın oldu - Havaya helikopter qaldırıldı 22 Avqust 2019, 16:36 “Nar” 6 ayın naliyyətlərini açıqladı 22 Avqust 2019, 16:05 Hadi Rəcəbli sağlamlıq turizmi ilə bağlı görüş keçirdi 22 Avqust 2019, 15:56 Rəsmi Bakıdan BMT Baş katibinə ETİRAZ 22 Avqust 2019, 15:56 Əli Əhmədov bazarları gəzdi: “Yayın ortasında 2 manata kartof olmaz!” - VİDEO 22 Avqust 2019, 15:34 Hacıqabulda "Mercedes" yük maşınına çırpıldı1 ölü, 1 yaralı 22 Avqust 2019, 15:09 İcra başçısı vətəndaşların problemləri ilə tanış oldu 22 Avqust 2019, 15:07 Bank BTB-də yeni departament müdiri təyin olundu 22 Avqust 2019, 15:03 Nazirlik Bakıda 129 binaya müsbət rəy verib 22 Avqust 2019, 14:56 “Elçibəy prezident olmaq istəmirdi” - Fəzail Ağamalıdan mübahisəli AÇIQLAMA 22 Avqust 2019, 14:41 Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır 22 Avqust 2019, 14:36 Baş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdi 22 Avqust 2019, 14:30 Rəşad Atakişiyev təyyarənin xilası üçün sonacan mübarizə aparıb - Hərbi təhlilçi 22 Avqust 2019, 14:16 Bakıda anasının zəncirlədiyi uşağı kimsəsizlər evinə verdilər  22 Avqust 2019, 14:06 Nazarbayev Darxan Kıdıralıya böyük ETİMAD göstərdi 22 Avqust 2019, 14:03 Bakıda itkin düşən qız tapılıb 22 Avqust 2019, 13:56 Bəzən uşaqlarda qurd xəstəliyinin kökünü kəsmək olmur - Baş pediatrdan XƏBƏRDARLIQ 22 Avqust 2019, 13:35 BMT-nin Baş katibi müraciət yaydı 22 Avqust 2019, 13:34