Modern.az

Jurnalist Anar Niftəliyevin anası vəfat edib

Jurnalist Anar Niftəliyevin anası vəfat edib

15 Aprel 2019, 12:54

Tanınmış jurnalist Anar Niftəliyevə ağır itki üz verib. 

 

Modern.az Bakupost.az-a istinadən xəbər verir ki, jurnalistin anası Güllübəyim Niftəliyevanın beyninə qan sızıb. Mərhumə bir gün komada qalıb, bu gün isə keçinib. 

 

G.Niftəliyevanın yas mərasimi aprelin 16-da Şamaxının Şıxzahirli kəndində olacaq. 

 

Qeyd edək ki, A.Niftəliyevin qardaşı, tanınmış aşıq Vüqar Mahmudoğlu da ötən ilin yanvar ayında dünyasını dəyişmişdi. 

 

Jurnalistin xanımı, tənqidçi Elnarə Tofiqqızı da 2013-cü ildə "Medi Sina” klinikasında əməliyyat zamanı vəfat etmişdi. 

Allah rəhmət eləsin...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır