Modern.az

İqtisadiyyat naziri istefa verdi

İqtisadiyyat naziri istefa verdi

18 Aprel 2019, 23:42

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia vəzifəsindən azad olunub.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri Mamuka Baxtadze müvafiq qərar imzalayıb.

 

G.Kobulianın səlahiyyətləri onun müavini Natia Turnavaya həvalə olunub.

 

Qeyd edək ki, G.Kobulia 2018-ci ilin iyulun 12-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür