Arxiv
23 Aprel 2019, 09:22 | DİASPOR
ABŞ-ın azərbaycanlı iş adamı - Elşən Nur kimdir?..

Ömür elə də uzun deyil. Əvvəlindən baxanda sonsuz olacağı təəssüratını yaratsa da, sonundan geriyə boylananda çox qısa görünür. Ömrün rəngarəng olması üçün yollardan biri də müxtəlif ölkələrə səyahət etmək, həmin ölkələrin insanlarının yaşayış tərzini, mədəniyyətini öyrənməkdən keçir. Harada doğulub böyüməsindən asılı olmayaraq, əgər insan vətənindən uzaqda xeyli müddət yaşadısa, həmin cəmiyyətin bir parçasına çevrilir. Düşüncələri, həyat tərzi büsbütün dəyişir. Doğrusu, haqqında söhbət açmaq istədiyim Elşən Nur cəmi iki ildir ki, Amerikada yaşayır, amma artıq bu cəmiyyətə qaynayıb-qarışa bilib. Bəlkə də bu səbəbdəndir ki, bir sıra uğurlara imza atmağa müvəffəq olub…

O, 1984-cü ildə Bakı şəhərində dünyaya gəlsə də, orta məktəbi dədə-baba yurdu Gəncədə bitirb. 2000-2004-cü illərdə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin ekologiya və təbii sərvətlərdən istifadə fakültəsində ekoloq ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr dərəcəsinə yiyələnib.  2006-2007-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra Bakıya üz tutub. Altı il Azərbaycan Turizm və Menecment Universitetinin tədqiqat və inkişaf şöbəsində layihələr üzrə mütəxəsis işləyib. Eyni zamanda, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktoranturasında, eləcə də Almaniyanın Drezden Texniki Universitetində elmi tədqiqatla məşğul olaraq, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Həmçinin, 2008-ci ildə Azərbaycanda velosipedi və ekoturizmi təbliğ edən ”Təbiət Dostları” adlı ilk təşkilatın yaradıcılarından biri olub.  2013-2015-ci illərdə Ümumdünya Təbiəti Mühafizə Fondunda layihə üzrə əlaqələndirici vəzifəsində çalışıb. Sonra bir ilə yaxın yenidən Almaniyada elmi araşdırmalarla məşğul olub. 2016-cı ildə vətənə dönərək bir il də Təhsil Nazirliyinin idarəsində işləyib. 2017-ci ildən Amerika Birləşmiş Ştatlarında yaşayır. Əvvəlcə Çikaqoda məskunlaşsa da, 2018-ci ilin iyul ayında Kaliforniya ştatının Mountin Vyu şəhərinə köçüb…

…Atası Rəşad Nuriyev Gəncə Dövlət Universitetinin professorudur. Anası Həvayyət Məmmədova uzun illər orta məktəblərdən birində coğrafiya müəllimi işləsə də, hazırda təqaüddədir...

Elşənin ABŞ-da nail olduğu ilk uğur da Kaliforniya ştatı ilə bağlıdır. Evlərin günəş enerjisi ilə işıqlandırılması, xarici görkəminin təmiri, eləcə də isitmə və soyutma sistemlərinin quraşdırılması ilə məşğul olan şirkət təsis edib. Şirkət qısa zamanda amerikalıların rəğbətini qazana da bilib…

Deyir ki, ABŞ-da yaşamaq istəyən insan risk etməkdən çəkinməməlidir: “Əzmlə çətinliklərə sinə gərməli, məşğul olduğu sahədə öz işgüzarlığı ilə etibar və inam qazanmalıdır. Nəticədə uğur özü səni gəlib tapacaq. Mən hələ buraya gələn azərbaycanlıların peşman olduğunu görməmişəm”…

…Ömür-gün yoldaşı Sevinc xanım ixtisasca fransız dili müəllimidir. Yaşadıqları Mountin Vyu şəhərinin məktəblərindən birində öz ixtisası üzrə çalışır. Bir qızı var, adı Amiradır. Amira 6 yaşındadır…

Səyahət etməyi xoşlayır. İndiyədək 40-dan çox Avropa, Asiya ölkəsində olub. Velosiped sürmək, at çapmaq ona görə ən gözəl idman növləridir. Boş vaxtlarında alpinistlik edib qayalara da dırmanır. Psixologiya və parapsixologiya üzrə kitabları mütaliə etməkdən yorulmur. Azərbaycan musiqisini isə sevə-sevə dinləyir.  Nə isə, bu cavan alimin dünyaya baxışı, özünə inamı insanda xoş təəssürat yaradır. Bəli, illər ötəcək, bir gün Azərbaycan mətbuatı Amerikada yaşayan Elşən Nur adlı azərbaycanlı milyonerdən söhbət açanda heç də təəccüblənməyin. Axı zirvələri yalnız özünə güvənənlər, məqsədə doğru əzmlə irəliləməyi bacaranlar fəth edə bilirlər…

Elman Eldaroğlu, ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?