Arxiv
25 Aprel 2019, 09:29 | ƏDƏBİYYAT
Kədər işığında

Şair, əməkdar jurnalist Əbülfət Mədətoğlunun yenicə çapdan çıxan “Bir qadına” kitabı haqqında düşüncələr

         Bir neçə gün öncə Əbülfət Mədətoğlu yenicə çapdan çıxan “Bir qadına” adlı növbəti kitabının ilk nüsxələrindən birini mənə hədiyyə edəndə publisistika ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan kəs kimi buna qəlbən sevindim. “Adiloğlu nəşriyyatı”nın mətbəəsində araya-ərsəyə gələn bu Sevgi Kitabının xeyir-duasını Xalq yazıçısı Elçin verib. Yeri düşmüşkən bu yaxınlarda Azərbaycanın ədəbiyyat cameəsində böyük əks-səda doğuran “Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?” adlı tənqidimiz və ədəbi prosesimiz haqqında üç məqaləsində Elçin şair Əbülfət Mədətoğlunun yaradıcılığına da geniş yer ayırıb və onun ədəbiyyatımızdakı layiqli mövqeyini məxsusi vurgulayıb. O, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Nizami Cəfərov kimi ədəbiyyat nəhənglərinin yüksək qiymət verdiyi Əbülfət Mədətoğlu kimi yazarların yaradıcılığına ədəbi tənqidimizin nisbətən biganə münasibətinin qəbuledilməz olduğunu hərtərəfli əsaslandırıb. Azərbaycan ədəbiyyatında halal və dəyərli mövqeyi ilə seçilən Elçinin şəxsən tanımadığı Əbülfət Mədətoğlu yaradıcılığı ilə bağlı həmin peşəkar qeydləri özünün istəyi ilə onun “Bir qadına” adlı yeni kitabında ön sözü əvəzi yerini alıb.

      Yazıçı Elçinin də xüsusi vurğuladığı kimi, Əbülfət Mədətoğlu şeirin bütün növlərində - sərbəst, heca, destruktiv, qoşma, gəraylı və digər poeziya incilərində ustadır.  O, qəlbini və ruhunu yaradıcılığa girov edən qələm əhlindəndir. Onun şeirlərinin hamısı içdən gəlir, sanki, tükənməz bulaqdır. Belə məhsuldarlığın müqabilində şairin yaradıcılığının qətiyyən kəsərdən düşməməsi, özü-özünü təkrarlamaması ən azı heyrət doğurur. Əbülfət Mədətoğlunun yaradıcılıq texnikası neştərə bənzəyir. O, hədəfi nişan almaqda pərgardır, oxucunun, ələxüsus da, qələm əhlinin ruhunu yerindən oynadır. Təbii ki, ruhən Tanrının və təbiətin bir parçasına çevrilmədən bu cür nəfis şeirləri qələmə almaq mümkün deyildir. Onun ruhu sərhəd tanımır, mənəviyyat dünyasının bütün qalaktikalarına baş vurmaqdan yoruldum demək bilmir.

        Sönür içimdəki şam...

        Qaranlığa çökürəm...

        Günahları bu axşam -

        Dizim üstə tökürəm...

 

        Çeşidləmək istəyim -

        Bircə anda daş olur...

        Günahların üstünə -

        Kirpik damır – yaş olur...

 

        Acıların dadını...

        Dil-damağım hiss edir...

        Nəmdi deyə günahlar -

        Yanmır ürək!  - his edir...

      

     Əbülfət Mədətoğlu poeziyası kədərə bələnib. Bu, sıravi deyil, poetik ovqatı baxımından bəşəri kədərdir.  Onun yaradıcılığı yeri gəldikcə indinin qayğıları ilə yanaşı folklorumuzdan, klassik ədəbiyyatımızdan da halalcasına qaynaqlanır. İlk baxışdan bəllidir, yazıçı Elçinin də dəfələrlə vurğuladığı kimi Əbülfət Mədətoğlu kədərin sirdaşıdır. Bu baxımdan,hətta,  əkizdirlər desək də yanılmarıq.

      Mən indi

      başımı

      söykəmişəm

      tənhalığın

      çiyninə...

      Kədər və xatirələr

      Nimdaş olsa da

      Kip oturub əynimə...

       Şairlik Əbülfət Mədətoğluna Tanrı payıdır. Qələmə aldıqları təkcə onluq deyil, bu deyimlərin mayasının qeybdən gəldiyi də məncə şəksizdir. Bunlar bəni-insanın fərdi imkanlarından qat-qat üstün nəsnələrdir. Əbülfət Mədətoğlunun böyüklüyü də ondadır ki, o, Ulu Yaradanın seçiminə,  bu hədsiz-hüdudsuz doğmalığa  daim həssaslıqla yanaşır.

       Ruhumu Cənnətdə gördüm...

       O, pəncərədən baxırdı...

       İlahi, mən içdən öldüm –

       Bu nə uğursuz axırdı?!

 

       Həmişə əllərim göydə

       Torpaq öpür dizim yerdə...

       İstədim ki, ölüm göydə -

       Amma qalsın izim Yerdə!..

 

       Alınmadı, bu arzum da...

       Asi oldu ruhum cismə...

       Mən sahibsiz dəfn olundum –

       Buna görə məndən küsmə!...

       Bu şairin poeziyası say-seçmə hikmətlər, mükəmməl fəlsəfə bağçasıdır. Həmin məkanın bağbanı öz işinin ustasıdır, köksündən pərvazlanan kəlamlar tutumludur, sanki mayası qopuz sədasından yoğrulub. Onun qələmə aldıqları Azərbaycan dilinə də dəyərli töhvədir, ana dilimizi incəliklərinə qədər iç dünyasına sinirməsinin əyani təzahürüdür. Əbülfət Mədətoğlunun şeirlərindən musiqi yağır, onun sətirləri milli ritmlərə köklənib, ruha yatımlıdır, bəstəsi mayasındadır. Şair sözlə qolboyun olaraq həzin rəqs etməkdən, süzməkdən yoruldum demək bilmir. O, adiliyə sığmayan kəslərdəndir. Onun poeziyasında tapdanmış cığırlara, tanış ləpirlərə, sürtülmüş qəliblərə rast gəlməzsən. Çoxlarının əli çatmayan mətləblərə mehman olmaq onun şakəridir. Eşq dəryasına baş vurandan, kədərlə əkizləşəndən bəri fəzilətlər dünyasının qapıları üzünə laybalay açıqdır. Şam əvəzi bir əlində sevgi, digər əlində isə yurd həsrətidir. Özü də, yəqinki, hər ikisinin nuru tən gələr.

         Özümü Məcnun bilirdim –

         Bitməyən dərdə dözümdə...

         Bir şair gözümdə öldü –

         Bir sevən isə özümdə!..

       Əbülfət Mədətoğlu “Söz”ə ocaq çatandır. O, bu ocağı körüklədikcə, sözün qol-qanad açaraq süzməkdən başqa çıxış yolu qalmır. Şeirləri kasadlıqdan uzaqdır. Onun şeirlərinin təbi İlahidəndir. O, Yerlə, Göylə əlləşən qələm əhli olduğundan sənət inciləri sıralayır. Vəhylərinin ünvanı yalnız özünə bəllidir. Bir parça əppəyini “Söz”dən çıxaran şair poeziyanın müqəddəsliyini bir an belə unutmur, onun təəssübünü çəkənlər sırasında layiqli mövqedədir. Dərdə abunə olan bu qələm əhli arada xəzəl dilində də danışır, xəyallarla bağırbadaşdır. Əksər hallarda şeirlərindəki mətləblər hətta “Söz”ün də çərçivəsinə sığmır. Bu, Azərbaycan poeziyasında nadir nümunələrdəndir. Əbülfət Mədətoğlu Göylərdən yağan mətləbləri yoğurub yapmaqda  mahirdir, çünki buna layiq və qadirdir. Onun şeirləri əsasən üç-beş bəndlikdir, di gəl, bunların məna yükü ölçüyəgəlməz və özünəməxsusdur. O, yazılarında mətləb üstə kəsə gəlməyin ustasıdır. Ən qəribəsi də odur ki, həmin mətləblər çox vaxt bir ömürə yetməyəcək miqyasda olur. Bax, məhz  belədə Əbülfət Mədətoğlu yaradıcılığının əsl mahiyyəti ortalığa çıxır.

       Tanrım ağrı böləndə

       Qoymadı heç dinəm də!

       Tapmadı yer sinəmdə -

       Tikdi çiyinlərimə!..

      Qırımından bəllidir, Əbülfət Mədətoğlu yaradıcılığı təkcə onluq deyil, şəksiz, həmin o bir qadın (“Bir qadına” – kitabın adı) onunla həmmüəllifdir. Əslində, onun yeni kitabı da nəzmə çəkilən növbəti məhəbbət dastanıdır. Həmin şeirlərdəki müasir Məcnun da elə Əbülfət Mədətoğlunun özüdür. Bu, eyni zamanda indiki dövrün də Məcnunlardan, Kərəmlərdən xali olmadığına əyani sübutdur.

     Ay Məcnun, ay Kərəm, ay insafsızlar,

     Mənə bu qapını siz göstərdiniz!

     Məni açıq-aşkar oda salanlar,

     İndi də “döz” deyib, gözlədirsiniz...

      Təəssüf doğuran isə odur ki,  hazırda ədiblərimiz gözləri önündə neçə-neçə belə canlı obrazlar olsa da, indiki dövrün Məcnunlarının, Kərəmlərinin dolğun surətini yarada bilmirlər. Bu baxımdan əlimiz yalnız klassik ədəbiyyatımıza yetir.

       Əbülfət Mədətoğlu yaradıcılığında eşq və yurd həsrəti qoşa qanaddır. “Bir qadına” kitabında onun yalnız son dövrlərdə qələmə aldığı məhəbbət şeirləri əksini tapsa da, dünyaya göz açdığı Tuğ kəndinin (Dağlıq Qarabağdakı) timsalında yağı tapdağında olan torpaqlarımızın ah-naləsi də şairin poeziyasının tükənməyən mövzularındandır. Özü də bu yangı təkcə dünənlik deyil. Əksəriyyət bilməsə də, onunla az-çox oturub-duranlara bəllidir ki, şairin Qarabağ dərdi cığırlarını Aşıq Ələsgər və Məmməd Araz yurdlarından da (Əbülfət Mədətoğlunun şəcərəsinə əsasən deyirəm) götürür. Bu baxımdan Əbülfət Mədətoğlunun yurd həsrəti əsrlərə söykənir, həm də gendən gəlmədir. Tanrı onun timsalında cəmi qaçqın və məcburi köçkünlərimizin gözünü yollardan çəksin, onları doğma ocaqlarına qovuşdursun... Amin...

       Çəkdiklərim bir dəvə,

       Bir də ki, fil yüküdü...

       Dərdimin üzündəki –

       Vallah, şeytan tüküdü...

 

       Üzümə gülümsəyib

       qoymur küsüb-inciyim...

       Şərbət kimi süzülür –

       Amma dərddi içdiyim!..       

Təbii ki, ədalət naminə onu da deməliyik ki, Əbülfət Mədətoğlunun şeirlərinin heç də hamısı say-seçmə deyildir. Onların da arasında babatlarına da, sıravilərinə də rast gəlmək olur, amma bu da birmənalıdır ki, belə şeirlərin də hamısı peşəkar qələmin məhsuludur, sadəcə, şahə qalxanları ilə müqayisədə nisbətən”kölgədə” qalır.  Dəyərli söz ustadı Elçin də Əbülfət Mədətoğlunun “Bir qadına” kitabındakı ön sözündə bu məqama da toxunub. O, Əbülfət Mədətoğlu kimi yazarların yaradıcılığını təhlil meydanına çəkməyin vacibliyini ədəbi tənqidçilərin diqqətinə çatdırıb və onları bu cür yazarların Azərbaycan ədəbiyyatı tarixində layiq olduqları halal mövqeyini ortalığa qoymağa  çağırıb.   

                                          Əməkdar jurnalist Azad Müzəffərli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avropa ölkəsi avrodan imtina edir 27 May 2019, 00:57 Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11