Arxiv
25 Aprel 2019, 09:50 | DİASPOR
Çikaqoda uğur qazanan azərbaycanlı halal insan

Halallıq ən yüksək insani keyfiyyətlərdən biridir. Bu dəyər hər kimdə varsa, o şəxs həm etibarlı və həm də sədaqətli olur. Amerika Birləşmiş Ştatlarının bir dövlət kimi necə olduğu haqqında fikir yürütmək istəmirəm, amma etiraf eləməliyəm ki, əksər amerikalıların həyat tərzində hallalıq ən önəmli yerlərdən birini tutur. Burada hallal adam oldunsa, səni əhatə edən cəmiyyətin rəğbətini hər zaman hiss edəcəksən…

Haqqında söhbət açmaq istədiyim Əli Əzimov da halal insandır. İyirmi səkkiz yaşında Amerikaya gələnədək bircə dəfə də olsun Azərbaycandan kənara çıxmayan bu soydaşımız məhz elə halal adam olduğu üçün qısa müddətdə bu nəhəng ölkədə özünə şərait yarada bilib…

O, 1983-cü ildə Bakının Buzovna kəndində dünyaya gəlib. 2000-ci ildə həmin kənddə 26 nömrəli məktəbdə orta təhsilini başa vurub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirərək, istehlak mallarının keyfiyyətinin təyin edilməsi üzrə ekspert ixtisasna yiyələnib. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Sonra on il ”ZZ motors” şirkətinin ehtiyat hissələri departamentində menecer işləyib. 2010-cu ildə ”Green card” udaraq bir il sonra ailəsi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinə gəlib…

…Atası Akif Əzimov ”BakıQazMaş” zavodunun direktoru olub. Ömrünün son illərində ”AzərQaz”da avtomobil parkına rəhbərlik edib. 2004-cü ildə qəflətən dünyasını dəyişib. Anası Ema xanım uşaq bağçasında musiqi müəllimi işləyir…

Əli Çikaqoda məskunlaşandan sonra iki il müxtəlif işlərdə çalışıb. 2013-cü ildə ”BakuCaspian” şirkətini yaradaraq biznes sahəsində fəaliyyətə başlayıb. Şirkət yaşlı və eləcə də azyaşlı amerikalıların tibbi nəqliyyatla xəstəxanalara daşınması ilə məşğul olur. 2018-ci ildən başqa bir soydaşımızla birləşərək şirkəti böyüdə bilib. Hazırda 20 sürücüyə və 4 inzibati işçiyə rəhbərlik edir. Onların bir neçəsi azərbaycanlılardır...

Deyir ki, ən böyük arzusu Çikaqoda ”Azərbaycan Mədəniyyət Mərkəzi” yaratmaqdan ibarətdir. “İstəyirəm ki, həmin mərkəzdə azərbaycan dili kurslarından tutmuş, rəqs, musiqi dərnəkləri də olsun. Azərbaycan tarixindən online dərslər tədris edilsin. Qoy balalarımız milli kimliyini itirməsinlər”…

…Ömür-gün yoldaşı Günel xanım məşhur söz ustadı Kəbir Azərinin qızıdır. Kəbir Azəri Nizami Rəmzi ilə birlikdə avtomobil qəzasında həlak olub. Günel xanım ixtisasca ingilis dili müəllimidir. Hazırda həyat yoldaşının şirkətində çalışır. Üç övladı var, bir oğlan, iki qız. Oğlu Ayhan 11, qızları Məryəm xanım 8, Xədicə isə 3 yaşındadırlar…

Amerikaya gəlişi həyatının ilk böyük riski olub. İki azyaşlı uşaqla yad bir ölkədə hər şeyi yenidən başlamağın nə qədər məsuliyyətli olduğunu başa düşmək heç də çətin deyil. Yeri gəlmişkən, elə soydaşlarımız var ki, on ildən çoxdur ABŞ-da yaşayır, amma necə deyərlər, hələ də yerində sayırlar…

Bir başaqa oğuldur, Əli. Həm yumor hissi, həm mehribanlığı və həm də sədaqəti ilə çoxlarından fərqlənir. Futbol oynamağı xoşlayır, balıqçılıqla məşğul olmağı özünün hobbisi hesab edir. İbadətindən də heç zaman qalmır, vaxtlı vaxtında namaz qılır, oruc tutur. Deyir ki,- ”Burada təəccüblü heç nə yoxdur. Hər bir qul Allahına şükür etməyi bacarmalıdır”…

İkinci ən böyük arzusu isə ailəliklə Həcci ziyarət etməkdir. Bəli, ABŞ-a gələndə özü ilə gətirdiyi halallıq ona qısa zamanda amerikalıların etibarını, etimadını qazandırıbsa, özü söylədiyi kimi, qulu olduğu Allah bu arzusunu da inşəallah çin edər…

Elman Eldaroğlu, ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16 Türkiyəli media rəhbəri: “Erməni dilində televiziya açılmasına etiraz etməyimiz düzgün deyil”   16 İyun 2019, 10:07 Ermənilər cəbhədə təxribatlara davam edir 16 İyun 2019, 09:55 Din tiryəkdirmi? 16 İyun 2019, 09:43 İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08 Folklor İnstitutu işçi axtarır 15 İyun 2019, 14:56 AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” 15 İyun 2019, 14:33