Modern.az

ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd edib

ABŞ İranın məhbusların dəyişdirilməsi təklifini rədd edib

Dünya

25 Aprel 2019, 23:10

ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.

O bildirib ki, ölkəsinin Xarici işlər naziri Məhəmməd Cavad Zərifin İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı təklifi ciddi və əhəmiyyətlidir: “ABŞ-ın məsul şəxslərinin bu təklifə təpgisi onların müzakirə və razılaşma haqqında fikrə sahib olmadıqlarını göstərir”.

S.A.Musəvi əlavə edib ki, M.Zərif cinayəti məlum olan və İranda saxlanılan ABŞ vətəndaşlarını Ağ Evin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan sonra müxtəlif dövlətlərdə tutulan İslam Respublikası vətəndaşlarına dəyişməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, M.Zərif Ağ Ev rəhbərliyinə İranda tutulan ABŞ vətəndaşlarının Birləşmiş Ştatlarda saxlanılan İslam Respublikası vətəndaşlarına dəyişdirliməsini təklif edib: “Tutulanların dəyişdirlməsi təklifini masaya qoyuram. Mən bu məsələyə hazıram və səlahiyyətim də var”.

 

Nyu-York-Asiya dərnəyində çıxış edən M.Zərif bu təklifi 6 ay əvvəl irəli sürdüklərini, ancaq Donald Tramp Administrasiyasından bir cavab almadıqlarını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır