Arxiv
27 Aprel 2019, 11:29 | TƏHSİL
Rektorlar təyin olsunlar, yoxsa seçilsinlər?

Artıq neçə illərdir istər parlamentdə və Milli Məclisin (MM) Elm və təhsil komitəsində, istərsə də cəmiyyətdə, təhsil və elm camiəsində rektorların seçki yolu seçilməsi məsələsi yönündə fikirlər, ideyalar, təkliflər səslənməkdədir.

 

Əksəriyyət bir çox aparıcı ölkələrdə olduğu kimi, Azərbaycanda da ali təhsilin, elmin inkişafı baxımından seçki variantının daha çox səmərə və effekt verə biləcəyi qənaətindədir.

 

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qəbulu gözlənilən “Ali təhsil haqqında” qanun layihəsində rektorların seçki yolu ilə seçilməsinin əksini tapmasının mümkünlüyü məsələsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, komitə sədri  Oxu.Az-a açıqlamasında Azərbaycanda mövcud təyinat formatının daha çox reallıqlara uyğun gəldiyini və məqsədəuyğun olduğunu bildirib.

 

Əlavə edib ki, bu məsələ adıçəkilən qanun layihəsinin predmeti kimi nəzərdən keçirilmir.

 

“Rektorluqla, rektorlarla bağlı iki variant, iki yanaşma var.

 

Bir çox ölkələrdə seçki yoluna üstünlük verirlər. Bəzən də bir adamın ən yaxşı halda ikinci dəfə seçilməsinə icazə verilir.

 

Elə olur ki, bir adam ikinci dəfə seçilə bilmir və başqası ilə əvəzlənir, seçkidə qalib gəlmiş şəxs rektor vəzifəsini icra edir.

 

Bu zaman bir pərakəndəlik yaranır, yeni rektor kollektivlə tanış olub başa çatacan, vaxt bitir, sonra başqası gəlir və beləliklə, bir boşluq yaranır.

 

Bu isə nəticədə həmin təhsil müəssisəsinin işinin, ali təhsilin keyfiyyətinə təsir edir.

 

Bəzi ölkələrdə, o cümlədən, bizdə və keçmiş sovet ölkələrində daha çox təyinat variantından istifadə edilir.

 

Hesab edirəm ki, təyinat variantı ali təhsilin inkişafı baxımından daha effektiv və səmərəlidir.

 

Eyni zamanda, bizdə rektorların 5 il ərzində təyinat yolu ilə fəaliyyəti qüvvədədir və bu, uğurlu varantdır”, - deyən İ. Həbibbəyli seçki məsələsinin istisna olunduğunu sözlərinə əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat yol polisinin "plyonka" qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36 ABŞ-la Avropa Birliyindən Gürcüstandakı siyasi gərginliyə REAKSİYA 18 Noyabr 2019, 09:36 Hillari Klinton son anda ölümdən döndü 18 Noyabr 2019, 09:28 Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı 18 Noyabr 2019, 09:24 İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib 18 Noyabr 2019, 09:19 İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ 18 Noyabr 2019, 09:01 21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus parlamentinə 110 deputat seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02