Arxiv
3 May 2019, 13:00 | ÖLKƏ
“Əli İnsanov, sənin hansı simana inanaq?” - YAP-dan sərt REAKSİYA

“Azərbaycan Prezidentinin əfvi nəticəsində azadlığa çıxan Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət. Onun ümummilli lider Heydər Əliyev yoluna xəyanəti artıq çoxdan bəllidir”.

Modern.az xəbər verir ki, bunu Baş nazirin mavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, dünən “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində Əli İnsanovun xəyanəti yeni formada və səviyyədə özünü göstərdi:

“Keçmiş nazir indi separatçı erməni ideoloqu kimi özünü təqdim və təsdiq etməyə çalışır. Bu isə milli xəyanətdən başqa bir şey deyildir. Erməni separatçılarının ideoloji tezis kimi uydurduğu, guya ermənilərin Azərbaycanda mənəvi-iqtisalarının qeyri-mümkün olması haqqında əsassız şüarın Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil. Görünür, Azərbaycan xalqının dəstəyini qazanmaq xülyasının boşa çıxmasından sonra o, ermənilərin, Qərbdəki erməni lobbisinin dəstəyinə arxalanmaq fikrinə düşüb. Burada qeyri-ixtiyari nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynaması haqqında vaxtilə ağızıdolusu danışması yada düşür. Deməli, heç nə təsadüfən baş vermir. Hər şeyin bir səbəbi, bir izahı var.

Əli İnsanovun simasının digər xarakterik cəhəti olan riyakarlıq isə ən riyakar insanlarda belə qibtə doğura bilər. On ildən çox nazir kimi çalışdığı hakimiyyəti “diktatura” adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən bəlağətlə hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə təhqir edən Əli İnsanov indi tam əksini edir. Soruşmaq lazımdır: Əli İnsanov, sənin hansı simana inanaq? Vaxtilə müxalifəti ən ağır sözlərlə təhqir edərkən gördüyümüz simana, yoxsa indi əvvəllər sədaqətlə qulluq etdiyini dediyin hakimiyyətə böhtan atan sifətinə. Yəqin ən düzgün cavab bu olar ki, heç birinə. Buna isə simasızlıq deyirlər.

Əli İnsanov həbsdə olduğu müddətdə Azərbaycan inanılmaz dərəcədə dəyişib, gözəlləşib, müasirləşib. İnsanlar indi daha yaxşı yaşayırlar. Düşünürdüm ki, azadlığa çıxandan sonra bu dəyişiklikləri görən insan özü də dəyişməyə bilməz. Ancaq görünən budur ki, Əli İnsanova inanmaq mümkün deyil. Onun islah olunduğunu da düşünmək sadəlövhlük olardı.

Azərbaycan xalqı ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndir. İnsanlar ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir”.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Problemli kreditlər – şikayətlər var... 20 May 2019, 10:24 Sənədsiz evlərə görə “əmlak amnistiyası” verilə bilər 20 May 2019, 10:19 “Rayonumuzu təmiz saxlayaq” 20 May 2019, 10:08 Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yaradır - Yol polisi hara baxır? 20 May 2019, 09:51 Nardaranda dəhşət! Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı 20 May 2019, 09:49 Ermənilər kəndlərimizi atəşə tutdu 20 May 2019, 09:48 3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir” 20 May 2019, 09:41 Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ 20 May 2019, 09:30 Ordumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank... 20 May 2019, 09:12 İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır? - Təcili ZƏNG EDİN! 20 May 2019, 09:01 Zaur Darğallı Marneulinin yeni meri seçilib 20 May 2019, 08:48 Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü 20 May 2019, 08:36 Los Ancelesin azərbaycanlı şerifi 20 May 2019, 08:11 Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 AvroLiqanın finalına görə rayon maşınları üç gün Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59