Arxiv
6 May 2019, 16:58 | TƏHSİL
“Azərbaycan dili” fənnindən imtahan verənlərin nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib.

Modern.az xəbər verir ki, imtahanın nəticələri bu gün saat 16:50-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

İmtahanda iştirakı nəzərdə tutulan 15468 abituriyentdən 396 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda iştirak edən 15072 abituriyentdən 10353 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. 

Qeyd edək ki, hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi (toplanılan bal) şagirdin yekun attestasiya sənədinə yazılır. Abituriyentlərin balı 50 və daha yuxarı olduqda isə “məqbul” qiymət almış hesab olunurlar və ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqəyə buraxılırlar.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

2019-cu il mayın 5-də keçirilən birinci imtahanda iştirak etməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər, həmçinin buraxılış imtahanı çərçivəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balı 50-dən az olan cari ilin məzunları mayın 26-da keçirilən ikinci imtahanda iştirak etmək üçün mayın 8-dən 14-dək qeydiyyatdan keçməklə “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (10 AZN) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. Azərbaycan dili fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.

İmtahan nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası Mərkəzin Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apelyasiya Komissiyasına 7 və 8 may tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik: Köhnə avtomobillərin idxalı məhdudlaşdırıla bilər 22 May 2019, 16:38 Ceyrançöl və Küdrüdə zərəvericilərlə mübarizə aparılır   22 May 2019, 16:16 Daha 5 kəndə içməli su veriləcək 22 May 2019, 16:13 Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR 22 May 2019, 16:10 “UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev   22 May 2019, 16:09 Məhkumluğun mübarək, Aslan İsmayılov! - İş adamı SOCAR-ı da məsələyə QATDI 22 May 2019, 16:07 Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ 22 May 2019, 16:05 Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu 22 May 2019, 15:52 “Güclü haqlıdır” siyasəti gerçəkləşməyəcək 22 May 2019, 15:49 Rada Zelenskinin təkliflərini rədd etdi 22 May 2019, 15:49 Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi 22 May 2019, 15:41 “Made in Azerbaijan 2019”un qalibləri müəyyənləşdi   22 May 2019, 15:36 Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı 22 May 2019, 15:25 Azərbaycana 8 baş bizon gətirilib 22 May 2019, 15:24 Sosial müavinət və təqaüdlərin artımı 600 minə nəfərə təsir edib 22 May 2019, 15:17 Ukraynanın yeni prezidenti kadr təyinatlarına başladı 22 May 2019, 15:15 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 22 May 2019, 15:13 Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıldı - SİYAHI 22 May 2019, 15:12 Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı 22 May 2019, 15:01 Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi 22 May 2019, 14:52 Ötən həftə 143 əcnəbi saxlanılıb 22 May 2019, 14:35 Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat laqeydliyin nəticəsi sayır 22 May 2019, 14:13 Ordumuzun təlimləri - səhra şəraitində təminat məntəqələri yaradıldı - VİDEO 22 May 2019, 13:53 Beynəlxalq sözlərə erməni qarşıqlığı düzəldilir - Daha bir SAXTAKARLIQ 22 May 2019, 13:50 Fənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar 22 May 2019, 13:36 Keçmiş baş nazirin eks-nazirləri - Pənah Hüseynin onlardan xəbəri varmı? 22 May 2019, 13:16 Banklar AvroLiqanın finalına görə gücləndirilmiş rejimə keçir 22 May 2019, 13:07 Sabahın HAVASI: 32 dərəcə isti olacaq, dolu düşəcək   22 May 2019, 13:01 Azərbaycanda insanlar cırlaşır - Həkim səbəblərdən DANIŞDI 22 May 2019, 13:00 Ağcabədidə heyvan leşini kəsib satmaq istəyirmişlər - FAKT 22 May 2019, 12:58 Gəncədə ofisdən 7 min dollar oğurlandı 22 May 2019, 12:24 Universitetlərdə tələbələrə hansı qadağalar var… 22 May 2019, 12:23 Rusiyalı səyyah işğal altındakı Azıx mağarasında - FOTOLAR 22 May 2019, 12:21 “Gənc musiqiçilərin Respublika festivalı”nın yekunu 22 May 2019, 12:12 Xələf Xələfov gürcü həmkarı ilə sərhəd məsələsini müzakirə edəcək 22 May 2019, 12:06