Modern.az

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin kadr heyətini formalaşdırır

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin kadr heyətini formalaşdırır

7 May 2019, 10:28

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il sərəncamı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzində kadr və təşkilati məsələlərlə bağlı işlər yekunlaşmaq üzrədir.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyət planına ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil etmək, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirmək, dəyişiklikləri proqnozlaşdırmaq daxildir. Eyni zamanda bildirilib ki, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırmaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim etmək qurumun əsas prinsipləri olacaq.


Məlumata görə, Mərkəzin təyinatında olan işlər bugünədək xarici donorlar tərəfindən sifariş verilib. Hazırda Mərkəzdə təşkilati və hüquqi tənzimləmə prosesi gedir. Həm kadr siyasəti baxımından şöbələrin formalaşdırılması, həm də texniki və təşkilati məsələlərin həlli ilə bağlı işlər yekunlaşmaq üzrədir.

İctimai-sosial, cəmiyyətdə tanınmış aktiv insanların da bu qurumda təmsil olunacağı gözlənilir.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Prezidentin 8 fevral 2019-cu il Fərmanı ilə yaradılıb. Ölkə başçısının 11 fevral 2019-cu il sərəncamı ilə deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?