Arxiv
8 May 2019, 08:08 | DİASPOR
Amerikada azərbaycanlılara arxa-dayaq olan yəhudi

Vətən sevgisi kəlmələrində deyil, əməllərində öz əksini tapanda insan daha əzəmətli görünür, sözü ötkəm olur, hamının ehtiramını qazanır. Otuz ildir ki, Amerikada yaşayır, amma bir anlıq da olsa Azərbaycanı unutmayıb. Qanına, ruhuna hopan vətən sevdası ona bu qərib məmləkətdə güc verib, irəli aparıb. Çətinliklərə sinə gərib, nəhayət yad insanların arasında, yad ölkədə özünə balaca bir Azərbaycan yaratmağı bacarıb. Və axtara-axtara bu ölkəyə pənah gətirən azərbaycanlıları bir araya toplaya bilib. Onların qayğısına qalıb, problemlərinin həllində vasitəçi olub, əl tutub, yardım edib. Bir sözlə, soydaşlarımızdan mərhəmətini əsirgəməyib, çoxlarına ana nəvazişi göstərib…

Deyir ki, ilk dəfə on altı il bundan əvvəl Novruz bayramında 40-a yaxın ailəni bir araya gətirə bilib:
“Gözəl bayram şənliyi keçirdik. Sonra illərlə ad günlərində, müxtəlif bayramlarda birgə olduq. Pikniklər təşkil edib ümumi süfrə açdıq, bir-birimizin sıxıntılarını öyrəndik, birlikdə həllinə çalışdıq. Azərbaycanla bağlı xatirələrimizi bölüşdük. Beləcə, bu gün də bir ailə kimi mehriban yaşayır, tədbirlərimizi davam etdiririk"…

Haqqında söhbət açdığım Ninel Zamanskaya milliyətcə yəhudidir. 1937-ci il aprelin 3-də Bakı şəhərində dünyaya gəlib. 1954-cü ildə o vaxt qızlar məktəbi adlandırılan 18 nömrəli orta məktəbi bitirib. 1954-1958-ci illərdə indiki Azərbaycan Dillər Universitetində ali təhsil alıb, ingilis dili müəllimi ixtisasına yiyələnib. 1958-1963-cü illərdə Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963-1972-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda, 1972-1988-ci illərdə Dəmiryolu Peşə Məktəbində öz ixtisası üzrə müəllim, sonda tədris hissə müdiri vəzifəsində çalışıb. 1989-cu il 27 dekabr tarixindən Amerika Birləşmiş Ştatlarında məskunlaşıb. Əslində o, buraya Çikaqoda yaşayan xalaoğlusugilə qısa müddətə qonaq gəlib. 1990-cı ildə 20 yanvar hadisələri zamanı rus əsgərinin atdığı güllədən bacısı qızının həlak olması, onun Amerikada qalmasına səbəb olub. Bir müddət tək yaşadıqdan sonra ailəsini də ABŞ-a gətirə bilib. O vaxtdan da Minnesota ştatının Minneapolis şəhərində yaşayırlar…

…Ömür-gün yoldaşı İlya Paller giologiya elmləri namizədidir. SSRİ-nin Neft-Qaz üzrə elmi tədqiqat insitutunun Bakı filialında çalışıb. 1970-ci ildə Moskvada keçirilən ümumdünya tədbirində iştirak edərkən İlya Pallerin layihəsi ən yaxşı layihə kimi qalib gəlib. 1974-1977-ci illərdə Bolqarıstanın Vratsa şəhərində onun müəllifi olduğu bu layihə istehsalatda həyata keçirilib.

İki qızı var. Böyük qızı Natella xanım Bülbül adına məktəbi bitirib, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsli alıb. Hazırda tərcüməçi işləyir.
İkinci qızı Lina xanım da həmin universitetin məzunudur. Evində rus dili fənnini tədris edir. Həm də tərcüməçi işləyir. Yeri gəlmişkən, Azərbaycana sevgisini qızlarına da ötürə bilib. Lina xanımın avtomobilinin nömrə yerində belə yazılıb: "Bakinka made in Azerbaijan"...

Ninel xanım Minneapolisə gələndən sonra 1990-1993-cü illərdə özəl şirkətlərdən birində çalışıb. 1993-2001-ci illərdə yəhudi icmasının mərkəzi sığorta şirkətinin müştəri xidmətində işləyib. 2001-ci ildə "N & N İnterpreters Co" tərcüməçilik agentliyini yaradaraq o vaxtdan həmin agentliyə rəhbərlik edir. Hazırda agentliyin iyirmidən çox tərcüməçi işçisi var. Onlar müxtəlif millətlərin nümayəndələri tibbi müəsissələrə müraciət edərkən həkimlə müştəri arasında tərcüməçiliklə məşğul olurlar. 

Ninel xanım ingilis, rus, Azərbaycan, bolqar, dağ yəhudilərinin dillərində sərbəst danışır. Alman, ukrayna, türk dillərini isə danışarkən çətinlik çəksə də, yaxşı anlayır…


"Evimdə hələ də "Azərbaycan mətbəxi" adlı kitabı əzizləyib saxlayıram. Hətta geyim tərzim də Bakıda olduğu kimidir. Necə orada zövqlə geyinməyi, başıma şal salmağı və boğazıma şərf taxmağı sevirdimsə, burada da onlardan istifadə edirəm. Hətta bayramlarda, müxtəlif yığıncaqlarda Azərbaycandan gətirdiyim zinyət əşyalarımdan xüsusi həvəslə aksesuar kimi istifadə edirəm"...


Azərbaycan dilində səlis danışan bu xanımla söhbətimiz zamanı o, Bakını, köhnə qonşuları, dost-tanışı, orada ötən illəri yada salıb, xatirələrini dilə gətirdi. Bakının beynəlmiləl şəhər olduğunu vurğuladı. Keçmiş "Torqovıy" küçəsinin tinində, "Karqanov"da olan qastronomda satılan dörd növ qara kürüdən danışaraq, həsrət dolu köks ötürdü. Bu həsrət içindəki Azərbaycan sevdasından qaynaqlanırdı... 


Bəli, hər zaman söylədiyim kimi, bu dəfəki söhbətimin sonunda da qeyd edirəm ki, Azərbaycandan pərvazlanıb dünyanın müxtəlif ölkələrində məskunlaşan yəhudilər bizim vəfalı qardaş və bacılarımızdırlar…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28