Arxiv
8 May 2019, 16:19 | ƏDƏBİYYAT
Payı istəməzlər, payı verərlər” - MUSA YAQUB

Hələ şair deyildi. Balaca Musa dədə-baba yurdunda yer şumlayıb toxum səpirdi. Biçin vaxtı böyüklərə qoşulub məhsul yığırdı. Nə dünyanın qara daşından xəbəri vardı, nə də kiməsə "öyrətmə özünə, öyrətmə məni" söyləmişdi.

İllər ötdü, balaca Musa sətir-sətir, şeir-şeir cilalanıb böyük şair oldu. Və bir gün Buynuz sakini Musanın şöhrəti yaşadığı kəndin hüdudlarını aşıb Azərbaycana yayıldı. Necə deyərlər, Yaqubov Musa şair Musa Yaquba sığındı. Mayasında halallıq olduğu, poeziyası sevgidən yoğrulduğu üçün xalq məhəbbəti qazandı... 

Bəli, Musa Yaqub 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlib. Orta təhsilini həmin rayonda aldıqdan sonra Göyçay pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra bir il Tircan kənd orta məktəbində müəllim, doqquz il Buynuz kənd ibtidai məktəbində əvvəlcə müəllim, sonda direktor vəzifəsində çalışıb. 1967-1973-cü illərdə işləyə-işləyə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. 1974-cü ildə Bakıya köçüb. Dörd il Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. 1978-ci ildə doğma yurda dönərək "Zəhmətkeş" qəzetində redaktor işləyib. İlk əsəri 20 yaşında "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması olub... 

Musa Yaqub son illər Parkinson xəstəliyindən əziyyət çəkir. Parkinson xəstəliyi Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. Bu xəstəliyin xüsusiyyəti dopaminergik neyronların itkisi və hüceyrə sitoplazmasında "Lewy" cisimlərinin tapılmasıdır…

Musa Yaqubun yaradıcılığı barədə danışmaq istəmirəm. Bu haqda çox deyilib, çox yazılıb. Onun xalqın şairi olduğunu bu xalq çoxdan qəbul edib, bircə qalıb hakimiyyət. Poeziya həmişə sərin dağ çeşməsi kimi şaqraq səsiylə əsəbləri oxşamır, bəzən də çaylar kimi kükrəyib məcrasından çıxır. Allaha sən deyə müraciət edən poeziya heç kimə siz deməyi bacarmaz. Kimin dediyini unutmuşam, şairi güllələməzlər, şairi gülə tutarlar…

"Payı istəməzlər, payı verərlər" söyləyən şairin inanıram ki, halal payı tezliklə veriləcək. Bəli, dövlət o vaxt güclü olur ki, xalqın dediyini hakimiyyət də deyir.

Mayın 10-da ölkəsinin böyük şairi Musa Yaqubun 82 yaşı tamam olur. Amerika Birləşmiş Ştatlarından, bəzən coşub daşan, bəzən də az qala ləpəyə bənzəyən dalğaları ilə sahillərini yalayan Atlantik okeanının yaxınlığından Onu təbrik edir, Ona ağrı-acısız günlər arzulayıram…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat Milli Məclisdə sərt DANIŞDI: “Sizin fəaliyyətiniz nədən ibarətdir?” 22 Oktyabr 2019, 12:16 YAP-ın Gəncə təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradıldı - VİDEO 22 Oktyabr 2019, 12:05 Sabah 25 dərəcə isti olacaq – PROQNOZ 22 Oktyabr 2019, 12:04 “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb 22 Oktyabr 2019, 11:55 “BakıBUS” avtobuslarını necə qoruya bilir... 22 Oktyabr 2019, 11:44 Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm” 22 Oktyabr 2019, 11:42 "Formula 1"Azərbaycan Qran-prisinin biletləri satışa çıxarıldı 22 Oktyabr 2019, 11:42 “Bakı Metropoliteni” qatarların intervalındakı gecikməyə AYDINLIQ GƏTİRDİ 22 Oktyabr 2019, 11:39 Marneulidə soydaşlarımız üçün möhtəşəm konsert təşkil olunub - FOTOLAR 22 Oktyabr 2019, 11:20 BMU-nun kafedra müdiri Keele Universitetində elmi müzakirələrdə iştirak edib 22 Oktyabr 2019, 11:12 Baş prokuror bu rayonların sakinlərini qəbul edəcək 22 Oktyabr 2019, 11:04 Dərbənd topu 22 Oktyabr 2019, 11:03 Azərbaycanda ilk pullu yolun hansı olacağı AÇIQLANDI - RƏSMİ 22 Oktyabr 2019, 10:56 Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Akademiyasına üzv oldu 22 Oktyabr 2019, 10:56 İmtahanlarda zal nəzarətçisi olmaq istəyən 518 nəfər qeydiyyatdan keçib   22 Oktyabr 2019, 10:50 Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı 22 Oktyabr 2019, 10:47 Deputatlar feministlərin Bakıdakı aksiyasını qanunsuz hesab edirlər 22 Oktyabr 2019, 10:40 Türk iş adamından təklif: “Türkiyə məktəblərində Azərbaycan, Avropada Qarabağ...” 22 Oktyabr 2019, 10:34 Təhsil Nazirliyində yeni TƏYİNATLAR - FOTO 22 Oktyabr 2019, 10:21 “Azərbaycanda portağal və digər meyvələr monopoliyadadır” 22 Oktyabr 2019, 10:20 Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?.. 22 Oktyabr 2019, 10:16 Dünya yenidən Bakıya toplanır 22 Oktyabr 2019, 10:11 Hacıqabulda mənzildən oğurluq edən şəxs saxlanıldı 22 Oktyabr 2019, 10:00 Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib 22 Oktyabr 2019, 09:55 1874 uşağa reabilitasiya xidmətləri göstərilib 22 Oktyabr 2019, 09:53 “Məndən heç nə soruşmayın”- Baş Nazirin 74 yaşlı 1-ci müavini YAQUB EYYUBOV 22 Oktyabr 2019, 09:49 Goranboyda gözlənildiyindən çox pambıq yığılıb 22 Oktyabr 2019, 09:43 Baş Nazir Əli Əsədov hökumətdəki bu yüksək vəzifəni kimə həvalə edəcək?.. 22 Oktyabr 2019, 09:39 Ermənilər Qazax və Tovuzu atəşə tutdu 22 Oktyabr 2019, 09:35 "Qızıl top"a iddialılar məlum oldu 22 Oktyabr 2019, 09:32  “Nəsimi dühası-650 il” 22 Oktyabr 2019, 09:30 Yaponiya İmperatoru bu gün taxta çıxır 22 Oktyabr 2019, 09:01 Məşhurların son günü - “Təcili yardım gələnə qədər atam canını tapşırdı” - Məhəbbət Kazımovun oğlu - FOTOLAR 22 Oktyabr 2019, 08:50 Laçın dağ-atıcı alayının şəhidləri anıldı 22 Oktyabr 2019, 08:49 Bu gün Çempionlar Liqasında 3-cü tur başlayır - TƏQVİM 22 Oktyabr 2019, 08:31